Icma.az
close
up
RU
5:00 uduzmağımıza səbəb olan 5 amil... “Pul hər şeyi həll etmir...” Dahi Tramp

5:00 uduzmağımıza səbəb olan 5 amil... “Pul hər şeyi həll etmir...” Dahi Tramp

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“8 avqustda o boyda söz demişəm - oynamaqlarına bax!..”

"Görünür, “Qarabağ”, “Qalatasaray”, “Fənərbaxça” kimi komandalar  sadalanan amillərin  çoxundan xeyli uzaqlaşmağa çalışdığından müəyyən uğurlar qazana bilir..."

Düzü, peşəkar futbol azərkeşi deyiləm. Son illər Azərbaycan yığmasının oyunlarına baxmağa, nə vaxtım, nə də həvəsim olur. Hərdən “Qarabağ”ın oyunlarının son 10-15 dəqiqəsinə, bir də dünya, yaxud Avropa çempionatlarında Türkiyə və Ukraynanın oyunlarını izləyirəm... Fəqət, futbol millimizin dünənki oyunu bir vətənşüvən, üzr istəyirəm, vətəndaş kimi məni də çox ağrıtdı... 

O saat adamda belə bir sual yaranır. Necə olur, 3 il yarımdır müharibənin içində hər şeyi, o cümlədən iqtisadiyyatı, idmanı, eləcə də bir çox şəhər və qəsəbələrindəki futbol klubları, onların meydançaları darmadağın olmuş neftsiz, qazsız yoxsul Ukrayna Fransa kimi futbol nəhənginə cəmi 2:00 uduzur, neftli, qazlı, qızıllı-gümüşlü, balıqlı-kürülü şükür Allaha, savaşsız, terrorsuz, qalib milyarder Azərbaycan isə İslandiya kimi o qədər də güclü olmayan komandaya 5:00 uduzur... 

Bu düşüncədən sonra ağlıma son iillərin 1 nömrəli dünya dahisi Donald Trampın(dəlidən doğru xəbər) İlham Əliyev və Nikol Paşinyanla Vaşinqtondakı görüşündə dediyi doğrudan da mənalı bir fikir gəldi:

“Pul hər şeyi həll etmir...”

Doğrudan da, bu aksiom Azərbaycanın iqtisadiyyatına da, elm və təhsilinə də, səhiyyəsinə də, o cümlədən futboluna da uyğun gəlir. Son onilliklərdə futbolumuz neftdən gələn yüz milyonlarla gəlirlərlə nə qədər rövnəqlənsə də, xaricdən gətirilmiş məşqçilərə ildə yüz minlər ödənilsə də, bir dənə “Qarabağ”ın hər dəfə yarımçıq qalan Avropa uğurlarından savayı heç nə gözə dəymir... 

Yəqin, İslandiyaya uduzduğumuzu eşidən Tramp deyəcək: “8 avqustda o boyda söz demişəm - oynamaqlarına bax!..”

1 nömrəli Amerika dahisinin “Pul hər şeyi həll etmir...” kəlamının yerinə düşdüyü məqam ayrıca bir insanın, ailənin, yaxud şirkətin, eləcə də futbol komandasının özünün əldə etdiyi,  eləcə də, dövlətin başında durduğu ölkənin, xalqın sərvəti hesabına qazandığı yüz minləri, milyonları, milyardları xərcləmək qaydasının pozulması zamanı meydana çıxır...

Həmin qayda isə əsasən insana da, ailəyə də, şirkətə də, futbol komandasına, ayrıca futbolçuya da aid edilə bilən aşağıdakı 5 amil səbəbindən pozulur:

1. Korrupsiya, xırda və böyük rüşvətxorluq;

2. Qohumbazlıq, tayfabazlıq;

3. Səhlənkarlıq, məsuliyyətsizlik; 

4. Tənbəllik, kefkomluq;

5. Şöhrətpərəstlik, narsislik- özünə vurğunluq...

Bu amillər təəssüf ki, müsəlman adlanan bir çox ölkələr kimi Azərbaycan və Türkiyə cəmiyyətinə də aid edilə bilər. Ona görə də bizdə kollektiv vətəndaşlıq institutu kimi, kollektiv futbol da yoxdur. Görünür, “Qarabağ”, “Qalatasaray”, “Fənərbaxça” kimi komandalar  sadalanan amillərin  çoxundan xeyli uzaqlaşmağa çalışdığından müəyyən uğurlar qazana bilir... Təsəvvür edin ki, dünyanın ən yaxşı məşqçisini qoymusan futbol komandasının başına və ona da futbolçulara da yetərincə pul xərcləyirsən. Həmin məşqçi də komandanın təlimlərini futbol elminin bütün incəliklərinə uyğun aparır. Amma futbolçuların çoxu rüşvət və ya qohum, tanış, “day-day” hesabına toplanıb, üstəlik, səhlənkar və məsuliyyətsizdirlər- məşqlərdən yayınmağa çalışırlar, tənbəl və kefkomdurlar- bir xarici şəhərə gedən kimi  gözlənilən oyunda necə oynayacaqlarında yox, həmin məkanın hansı gözəl qızı ilə tanış olub, üzr istəyirəm, bazlıq etmək(hələ qumarı, narkotiki demirəm), hansı ləziz xörəkləri yemək, hansı yerlərində gəzib şəkil və video paylaşmaq, hansı brend mağazalarından özünə, övladlarına, yaxınlarına hansı super geyimləri almaq və s. haqda düşünürlər. Belə idmançılar həmçinin oyun zamanı kollektiv oyunun qurulmasına yox, paxıllığın çəkdiyi filan komanda yoldaşından əvvəl qol vurub şöhrət, mükafat qazanmaq haqda düşünür. O halda hansı peşəkar və kollektiv oyundan, qələbədən dəm vurmaq olar?..

Sonda belə nəticəyə gəlirəm ki, neft-qaz, qızıl-gümüş ölkəsinin də, futbol komadasının da uğur qazanmasından ötrü bolluca pulla yanaşı, düzgün düşüncə tərzi, dürüstlük, halallıq, sadəlik, təvazökarlıq, məsuliyyətlilik, işgüzarlıq, kollektiv, cəmiyyət olaraq bir-birinə inanma, etibar, sədadət və s. hökmən gərəkdir...

Və bir daha özü də narsist, şöhrətpərəst, tərifpərəst, mükafatpərəst, nobelpərəst olsa da, dahi Trampın kəlamını təkrarlayıram:

“Pul hər şeyi həll etmir...”

Sultan Laçın    

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri