Icma.az
close
up
RU
​Hər şeyi ürəyinə salan 5 bürc

​Hər şeyi ürəyinə salan 5 bürc

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi insanlar deyilən bir sözü bir neçə dəqiqəyə unudur, bəziləri isə onu günlərlə, hətta aylarla düşünür. Astrologiyaya görə, bəzi bürclər emosional təbiətlərinə görə baş verən hadisələri daha dərindən yaşayır, tənqidi və ya laqeyd münasibəti uzun müddət yadda saxlayırlar. Onlar hər şeyi ürəklərinə salmağa meyilli olduqları üçün bəzən özlərini lazımsız yerə yora bilirlər.

Metbuat.az hər şeyi ürəyinə salan 5 bürcü təqdim edir:

Xərçəng

Xərçəng bürcü duyğularını ən dərin yaşayan bürclərdən biridir. Onlar yaxınlarının dediyi ən kiçik sözü belə uzun müddət düşünür, bəzən isə lazımsız nəticələr çıxarırlar. Kənardan sakit görünsələr də, daxilən hər hadisəni analiz edir, incikliyini gizlətməyə çalışırlar. Sevdikləri insanlardan gələn laqeydlik isə onları çox sarsıdır.

Balıq

Balıqlar çox həssas və mərhəmətli olduqları üçün başqalarının hisslərini də öz hissləri kimi yaşayırlar. Onlar kobud sözlərdən, sərt münasibətdən və haqsızlıqdan tez inciyirlər. Əksər hallarda heç nə deməsələr də, yaşadıqları məyusluğu uzun müddət unuda bilmirlər.

Qız

Qız bürcü hər şeyi incə detallarına qədər düşündüyü üçün deyilən sözləri dəfələrlə beynində təhlil edir. Tənqidə qarşı dözümlü görünsələr də, daxilən bundan ciddi təsirlənə bilirlər. Xüsusilə haqsız ittihamlarla qarşılaşanda bunu uzun müddət ürəklərinə salırlar.

Əqrəb

Əqrəblər güclü xarakter nümayiş etdirsələr də, əslində çox həssas olurlar. Etibar etdikləri bir insan tərəfindən xəyal qırıqlığına uğradıqda bunu asanlıqla unutmurlar. Onlar incikliklərini açıq şəkildə göstərməsələr də, yaşadıqları hissləri uzun müddət içlərində saxlayırlar.

Tərəzi

Tərəzi bürcü münasibətlərə və insanlar arasındakı harmoniyaya böyük önəm verir. Kiminsə onlardan narazı qalması və ya sərt davranması onların əhvalına ciddi təsir edir. Münaqişələrdən qaçmağa çalışdıqları üçün çox vaxt hisslərini içlərində yaşayır və hər şeyi ürəklərinə salırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 İyul 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri