51 yaşlı Əməkdar artist gözəllik yarışmasına bu obrazda qatıldı
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.
Axşam.az xəbər verir ki, yarışma noyabrın 27-də start götürüb. Aktrisa bununla bağlı Misirə yollanıb. 150 ölkədən olan xanımın qatıldığı yarışmada N.İbrahimova Merlin Monro obrazını canlandırıb.
Aktrisa bildirib ki, yarışma təşkilatçıları ondan bu obrazı yaratmağını istəyiblər:
"Beauty Queen on the Universe" şirkəti bu obrazı istədi. Biz də müqavilə zamanı razılıq əldə edib imzaladıq".
N.İbrahimovanın geyimini modelyer Şəlalə Qurbanova hazırlayıb.
Bir çox ölkədən olan simaların yer aldığı münsiflər arasında Azərbaycandan modelyer Leyla Əhmədova var.
Təmsilçilər 10 gün paytaxt Qahirədə qalacaq, müxtəlif tədbirlərə qatılacaq və şəhəri gəzəcəklər. Yarışmanın finalı dekabrın 6-da olacaq.
Müsabiqədə ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan gözəllər yarışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Noyabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















