51,5 min könüllü, 6 mindən çox zabit... Rusiyanın Ukraynada yeni itkiləri açıqlandı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiyanın Ukraynaya müdaxiləsindən bəri ölən hərbçilərin adları üzə çıxarılıb. BBC Rus Xidməti və "MediZona" komandası, könüllü volonterlərlə birlikdə aparılan araşdırmalara əsasən, indiyədək 158 143 rusiyalı hərbçi müəyyən edilib.
Araşdırma göstərir ki, öldürülənlərin 55 faizi könüllü, səfərbər edilmiş və ya cəzaçəkmə müəssisələrindən müharibəyə göndərilmiş şəxslərdir. Ən çox itkilər hələ də könüllülər arasında qeydə alınıb – 51 538 nəfər.
Məlumatlara görə, Rusiyanın Ukraynadakı müharibədə 6 278-dən çox zabiti həlak olub və onların 77 faizi kiçik rütbəli komandirlərdir.
Ən çox həlak olmuş hərbçilərin sayına görə Başqırdıstan və Tatarıstan liderliyini qoruyur.
Tədqiqatçılar bildirirlər ki, 2025-ci ilin itkilərinin yekun hesablanması bir neçə ay çəkə bilər, lakin bu il Rusiyanın hərbi qüvvələri üçün ən qanlı il kimi tarixə düşə bilər.
Araşdırmada qeyd olunur ki, həlak olanların siyahısı açıq mənbələrdən – KİV məlumatları, yerli administrasiyaların açıqlamaları, sosial şəbəkələrdə qohumların paylaşımı və qəbiristanlıq qeydlərindən hazırlanır. Tədqiqatçılar hesab edirlər ki, həqiqi itkilər 243 300-dən 351 400-ə qədər ola bilər.
Məlumatda vurğulanır ki, Moskva və Kiyev müharibədəki öz itkilərini açıqlamır, yalnız düşmən tərəfin zərərini təqdim edirlər. Müharibə tərəfləri adətən uğurlarını böyüdür, uğursuzluqları isə kiçildir. BBC və "MediZona" araşdırması isə bu baxımdan ən əhəmiyyətli və müstəqil qiymətləndirmə sayılır.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















