52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Сari il yanvarın 1-dən iyunun 15-dək sanatoriya-kurort müəssisələrinə yollayışlarla bağlı 51 min 812 müraciət daxil olub, 10 min 220 yollayış verilib.
Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) məlumat verilib.

Bildirilib ki, AHİK-in sağlamlıq və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesi e-ahik.az elektron xidmət portalı vasitəsilə həyata keçirilir. Vətəndaşlar və həmkarlar ittifaqı üzvləri sistem üzərindən rahat şəkildə qeydiyyatdan keçərək yollayış üçün müraciət edə bilirlər.
Müraciətlər gündəlik qəbul edilir, onlara mövcud prosedurlara uyğun olaraq operativ şəkildə baxılır və cavablandırılır. Elektronlaşdırma prosesi şəffaflığın artırılmasına, müraciətlərin daha çevik idarəolunmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Yollayışların verilməsi prosesi “Sosial sığorta haqqında” Qanun, həmçinin Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (hazırda Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”na və “Məcburi dövlət sosial sığorta vəsaiti hesabına sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsi, istifadəsi və uçotunun aparılması Qaydaları”na əsasən tənzimlənir və yollayış verilərkən qanunvericiliyin tələbləri əsas götürülür. Bu tələblərə görə, güzəştli yollayış veriləcək şəxslər həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmalıdır. Bu şəxslər yollayışları dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər. Həmin Qaydaya Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərə əsasən, yollayışlardan güzəştli istifadə hüququ müraciətçilərin ailə üzvlərinə, o cümlədən uşaqlarına şamil olunmur. Bununla belə, Baş Kollektiv Sazişdən irəli gələn sosial öhdəliklərə uyğun olaraq, AHİK-in təşəbbüsü əsasən sağlamlıq və istirahət mərkəzləri ilə bağlanmış müqavilələr çərçivəsində 12 yaşadək iki uşağın ödənişsiz əsasda qonaq edilməsi və qidalanması təmin olunur.
© Azərta
Baxış sayı:164
Bu xəbər 23 İyun 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















