Icma.az
close
up
RU
525 ci qəzet “20 Yanvar” xalqımızın milli dövlətçilik və suverenlik arzusuna aparan yolun tarixi dönüş mərhələsidir

525 ci qəzet “20 Yanvar” xalqımızın milli dövlətçilik və suverenlik arzusuna aparan yolun tarixi dönüş mərhələsidir

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm qanlı faciə, həm də qəhrəmanlıq dastanı kimi yazıldı. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 

Ötən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasına və ermənilərin Kremldəki rejimə arxalanaraq Qarabağı Ermənistana birləşdirmək istəklərinə qarşı Azərbaycan xalqının başlatdığı milli mübarizənin, suverenlik amalının SSRİ rəhbərliyi tərəfindən amansızcasına boğulması və digər proseslər “20 Yanvar” faciəsinə səbəb oldu. 

Şübhəsiz ki, həmin dövrün mürəkkəb ictimai-siyasi mühiti, geniş vüsət almış milli-azadlıq hərəkatını idarə edə biləcək və xalqı düzgün istiqamətləndirəcək yetkin siyasi liderin, dövlət rəhbərinin olmaması bu faciənin baş verməsində xüsusi rol oynadı. 

Ulu Öndər Heydər Əliyevin haqlı olaraq bəyan etdiyi kimi “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

Nəticədə keçmiş SSRİ-nin rəhbəri Mixail Qarbaçovun Azərbaycan xalqına qarşı törətdiyi misli görünməmiş bu vəhşilik baş verdi. Sovet ordusunun qırmızı mundirinə bürünmüş cinayətkar erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı terror aktı 134 mülki vətəndaşın ölümünə, 600-dən çox insanın yaralanmasına səbəb oldu. Qətliam keçmiş imperiyada və dünyada geniş əks-səda doğurdu. 

Qanlı hadisəyə ilk olaraq kəskin münasibəti Ümummilli Lider Heydər Əliyev bildirdi. Ümummilli Lider Qorbaçovun əlaltılarının ona qarşı təxribat və sui-qəsd planları hazırlaya biləcək cəhdlərinə baxmayaraq, həyatını risk altına qoyaraq hadisənin ertəsi gün, yanvarın 21-də İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək geniş rezonans yaradan mətbuat konfransı keçirdi. 

Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, cəsarətli bəyanat verdi və hadisəni bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş qanlı terror aktı kimi qiymətləndirdi, Moskvanın və respublika rəhbərlərinin birbaşa məsuliyyət daşıdığını bəyan etdi. Ulu Öndər Moskvadan Azərbaycan rəhbərliyinə göndərdiyi teleqramda isə hadisəni xalqa qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası kimi qiymətləndirərək günahkarların cəzalandırılması üçün dərhal addımlar atmasını tələb etdi. 

Onun 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək “20 Yanvar” hadisəsinə növbəti dəfə sərt mövqeyini ifadə etməsi və qatillərinin aşkarlanması üçün hüquqi tədbirlərin görülməsinə dair çağırışı əsl ürək ağrısı və yanğısı idi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Heydər Əliyevin tarixi çıxışı Sovet rəhbərliyində təşvişə səbəb oldu. Onun Kommunist Partiyası sıralarından çıxmaq barədə kəskin mövqeyi ifadə etməsi ildırım effekti yaratdı, bir neçə il əvvəl SSRİ Nazirlər Sovetinin birinci müavini, Siyasi Büronun üzvü olmuş, nəhəng dövlətin dəmir qətiyyətli şəxsiyyətinin KomPartiyanı tərk etməsi nüfuzlu partiya xadimlərinin nəhəng dövlətə olan inamını sarsıtdı. 

Bu, çətin tarixi anlarda Heydər Əliyevin xalqa Öndərlik edərək vahid milli birlik quruculuğuna başlaması Azərbaycan xalqının milli dövlət quruculuğu yönündə inam və inadını daha da gücləndirdi. Ulu Öndər əsl xalq hərəkatına çevrilən milli dövlət ideyasını gerçəkləşdirmək üçün Milli Liderlik missiyasını üzərinə götürdü, Azərbaycan kommunist rejiminin ona qarşı ədalətsizliklərini nəzərə alaraq, Naxçıvanda əzmkar fəaliyyəti ilə Azərbaycan tarixində yeni siyasi dövrü başlatdı. 

Onun xalqı öz ətrafında sıx birləşdirmək və düzgün idarə etmək məharəti sayəsində “20 Yanvar”dan başlayan milli azadlıq mübarizəsi xalqın milli birlik və həmrəylinin möhkəmlənməsinə, müstəqil dövlətçiliyin bərpasının tarixi sonluqla – müstəqil Azərbaycan Respublikasının və milli dövlətin yaranması ilə tamamlandı. 

“20 Yanvar” faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi yalnız Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Hələ Naxçıvanda olarkən onun təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra isə Heydər Əliyevin tapşırığı ilə vaxt itirilmədən faciənin dəqiq araşdırılması və hüquqi addımların atılmasına başlanıldı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə o, bu barədə fikirlərini bildiridi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi və faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Həmçinin, “20 Yanvar” faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərman imzalandı və bu addım matəm günü kimi hər il faciənin dövlət səviyyəsində qeyd edilməsini rəsmiləşdirdi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, “20 Yanvar” Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndərin müvafiq Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev bu yöndə siyasəti ləyaqətlə davam etdirməkdədir. Cənab Prezident şəhidlərin xatirəsini daim uca tutur, şəhid ailələrinin, əlillərin sosial müdafiəsinə xüsusi diqqət göstərir. Dövlət başçısının imzaladığı “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmana əsasən ayrıca təqaüd növü təyin edilib. Həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə müavinətlər ödənilir, ötən dövr ərzindən onlara 143 mənzil və 100-dək avtomobil təqdim edilib. 

“20 Yanvar” faciəsinə aparan yol Azərbaycan xalqının Ermənistanın ərazi iddiaları və Qarabağın işğal planlarına qarşı şərəfli mübarizədən başlamışdı və qürurverici tarixlə tamamlandı. Şəhidlər xiyabanı igid oğullarımızın müqəddəs and yerinə çevrildi. Xalqımız bu əziz və uca ünvanda şəhidlərimizin ruhu qarşısında baş əyərək onların qanının yerdə qalmayacağına söz verdilər və sözlərini tutdular. 

35 il əvvəl Ermənistanın ərazi iddialarına və təcavüzkarlığına qarşı milli mübarizəyə qalxan, Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarını fəda edən qəhrəman vətən övladlarının müqəddəs amallarının hər biri qəbul olundu, onların qısası alındı.

Beləliklə, Heydər Əliyevin milli suverenlik amalı onun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən şərəfli missiya ilə baş çatdı, onun zəfər əzmi və ordumuzun rəşadəti sayəsində uzun illər yaradılmış saxta erməni mifi məhv edildi, Ermənistanın torpaq iddiaları və erməni terrorizminin kökü Azərbaycan torpaqlarında əbədi kəsildi. Azərbaycanın bütövlüyü və dövlət suverenliyi tamamilə bərqərar olundu.

Bu gün şəhidlərimizin ruhu şaddır, Prezidentimizin sayəsində onların torpaq və vətən uğrunda tökülən qanı yerdə qalmayıb, bu faciənin baş verməsinə zəmin yaratmış erməni separatçıları, cinayətkarları tarixin ədaləti qarşısında öz layiqli cəzalarını alıblar.

Ramid Namazov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri