Icma.az
close
up
RU
525 ci qəzet ABŞ dən Rusiyaya qarşı yeni sanksiyalar

525 ci qəzet ABŞ dən Rusiyaya qarşı yeni sanksiyalar

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarında fəaliyyət göstərən 100-ə yaxın hədəfə yenidən sanksiyalar tətbiq edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik açıqlamasında Çinlə Rusiya arasındakı ticarət əlaqələrinin inkişafına qarşı addımların bir hissəsi olaraq Rusiyadan 6 təşkilat və 1 şəxs, Çindən isə 9 təşkilatın sanksiya siyahısına salındığını bəyan edib.

Açıqlamada qeyd olunub ki, Rusiya səlahiyyətliləri ilə koordinasiya edən Qırğızıstanda yerləşən Keremet Bank və ABŞ-nin sanksiyalarından yayınmağa çalışan digər bir bank da sanksiya siyahısına daxil edilib. Hazırda sanksiya altında olan 100-ə yaxın qurumun fəaliyyəti yenidən nəzərdən keçirilib və bu səbəbdən onlara təkrar sanksiyalar tətbiq edilib.

Bəyanatda vurğulanıb ki, yeni sanksiya tətbiq edilən qurumlarla bilərəkdən əhəmiyyətli əməliyyatlarda vasitəçilik edən xarici şəxslər də ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Rusiyanın müdafiə sənayesi şirkətləri və hərbi sənaye bazasını dəstəkləyən 150-dən çox təşkilat və şəxs də yeni sanksiyalara məruz qalıb. Bugünkü tədbirlərin, başda Çin olmaqla, bir çox ölkədən olan şirkətləri əhatə etdiyi və Rusiyanın ABŞ-dən yayınma səylərini dəstəkləyənlərə qarşı yönəldiyi qeyd edilib.

ABŞ Maliyyə Nazirinin müavini Wally Adeyemo, atılan addımların Rusiyanın ABŞ sanksiyalarını pozmasına və Ukraynaya qarşı müharibə üçün silah istehsalında lazım olan mallara çıxışına mane olacağını bildirib.

Adeyemo əlavə edib ki, ikinci dərəcəli sanksiyaların genişləndirilməsi Rusiyanın gəlir və mallara çıxış imkanlarını daha da məhdudlaşdıracaq.

Malik Atilay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri