Icma.az
close
up
RU
525 ci qəzet Avro Atlantik tərəfdaşlığının tarixi sınağı Xa­qa­ni Cəfərli yazır

525 ci qəzet Avro Atlantik tərəfdaşlığının tarixi sınağı Xa­qa­ni Cəfərli yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Böyük Britaniyanın Baş naziri Uinston Çörçill və ABŞ prezidenti Franklin Ruzvelt tərəfindən 1941-ci ildə əsası qoyulan Avro-Atlantik tərəfdaşlığının gələcəyi ilə bağlı tərəddüdlər yaranıb. ABŞ-la Avropa arasında münasibətlər fundamental və bəlkə də geri dönməz dəyişikliklərlə üz-üzədir. Aydın görünür ki, ABŞ-la Avropa arasında sıx əlaqələri yaradan münasibətlər sistemi dağılmasa da, sürətlə dəyişir.

Dünyanın 60-dan çox ölkəsinin dövlət və hökumət başçılarının iştirak etdiyi 61-ci Münhen Təhlükəsizlik Konfransı son zamanlar ABŞ-la Avropa arasında yaranmış fikir ayrılığına aydınlıq gətirmək əvəzinə Atlantik okeanın hər iki tərəfində gərginliyi daha da artırdı. Gərginliyin artmasında katalizator isə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin çıxışı oldu. Vensin çıxışından çıxan qənaət belədir ki, ABŞ-la Avropanın yolları əhəmiyyətli dərəcədə ayrılıb.

Vitse-prezident Vensə görə, Avropa ABŞ-nin istinad etdiyi fundamental dəyərlərdən və demokratiya prinsiplərindən imtina edib. Vens hesab edir ki, Avropanın siyasi elitası xalqın iradəsinə hörmətlə yanaşmır. Bu fikrini əsaslandırmaq üçün Vens ötən ilin dekabrında Rumıniyada keçirilən prezident seçkilərinin nəticələrinin ləğvini və Buxarestin qərarının avropalı bürokratlar tərəfindən dəstəkləməsini qeyd edib. ABŞ-nin vitse-prezidenti ifrat sağçı Almaniya üçün Alternativ (AfD) və ifrat solçu Sara Vaqenknextin Alyansını təmsil edən siyasətçilərin konfransa qatılmasına icazə verilməməsini kəskin tənqid edərək Avropa liderlərini öz xalqının fikirlərini dinləməkdən qorxmaqda günahlandırıb. Vensin Avropaya yönəlik ittihamının üçüncü məqamı isə Avropada şəxsi hüquq və azadlıqların pozulması ilə bağlı idi. Bu ittihamının sübutu kimi Vens Britaniyada abort klinikalarının yanında səssiz ibadət edən insanların həbsini qeyd edib.

"Köhnə qitə"yə yönəlik tənqidlərini ümumiləşdirən Vens bildirib ki, bugünkü Avropa "dissidentlərin senzuraya məruz qaldığı, kilsələrin bağlandığı, seçkilərin ləğv edildiyi" SSRİ-yə bənzəyir.

ABŞ-nin vitse-prezidentinin bu çıxışı Avropanın siyasi liderlərində soyuq duş effekti yaradıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Vensin çıxışını şərh edərkən deyib ki, onlar bizimlə mübahisə etməyə cəhd göstərirlər. Fransalı deputat Natalia Puzereff ABŞ-nin vitse-prezidentinin çıxışından dəhşətə gəldiyini bildirib. Berlin Karnegi Rusiya və Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Aleksandr Qabuev Vensin çıxışından sonra konfrans iştirakçılarının əhval-ruhiyyəsini dəyərləndirərkən hamının şokda olduğunu bildirib. 

Vensin tənqidlərinin əsas hissəsinin hədəfi olan Almaniyanın kansleri Olaf Şolts və müdafiə naziri Boris Pistorius ABŞ-nin vitse-prezidentinin bəyanatlarını "qəbuledilməz" adlandırıblar. Almaniya prezidenti Frank-Valter Ştaynmayer isə ABŞ-da "texnoloji, maliyyə və siyasi gücün tarixən görünməmiş cəmləşməsindən" narahatlığını ifadə edib. Ştaynmayerin bu sözlərinin Almaniya prezidentini tiran adlandıran və açıq şəkildə AfD-ni dəstəkləyən İlon Maska yönəldiyi hər kəsə məlumdur. Ştaynmayerin bu sözlərini konfrans iştirakçıları alqışlamaqla Vensin çıxışına olan ümumi müansibətlərini nümayiş etdiriblər.

Avropalı və amerikalı siyasətçilər arasında əvvəllər heç vaxt müşahidə olunmayan söz atışması konfrans boyu davam edib. Konfrans iştirakçılarının ümumi mövqeyi belədir ki, Amerika Avropanın strateji müttəfiqi olmaqdan çıxıb və yeni reallığa uyğunlaşmağın vaxtıdır. Almaniyanın müdafiə naziri Boris Pistorius xəbərdarlıq edərək deyib ki, ABŞ-nin Rusiya ilə Ukrayna arasında əldə etməyə çalışdığı barışıq Avro-Atlantik əlaqələri üçün tarixi dönüş nöqtəsi ola, bundan sonra yollarımız müxtəlif istiqamətlərə gedə bilər.

Avropanı Rusiya-Ukrayna sülh danışıqlarından kənarda saxlamaq istəyən Tramp administrasiyasından fərqli olaraq Çinin xarici işlər naziri Van İ bəyan edib ki, müharibə Avropa torpaqlarında getdiyinə görə, Avropa bu prosesdə mühüm rol oynamalıdır. Çinli nazirin bu mövqeyi konfrans iştirakçıları üçün gözlənilməz olub. Əslində isə Çin Avro-Atlantik tərəfdaşlığında yaranan çatdan faydalanmaq və Avropa ilə münasibətlərini yaxşılaşdırmaq istəyir. Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstək Çinin Avropadakı mövqeyinə ciddi zərbə vurub. ABŞ-nin vitse-prezidenti Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışının avropalı siyasi liderlər arasında yaratdığı ağır təəssüratdan ustalıqla faydalanan çinli nazir Avropanın maraqlarını qoruyan çıxışı ilə konfrans iştirakçılarında ölkəsinə qarşı yeni ab-hava yarada bilib. Əslində isə bu, Çinin milli maraqlarını aqressiv müdafiə tərzi olan "qurd döyüşçü diplomatiyası" strategiyasının bir hissəsidir. Bu strategiya "başqalarını ittiham etmək", "sərt ifadələr işlətmək", "günah keçisi yaratmaq" üzərində qurulub. Müharibə Avropa torpaqlarında getdiyinə görə, Avropanın sülh prosesində mühüm rol oynamasını bəyan edən Van İ vitse-prezident Vensin uğursuz çıxışının yaratdığı əhval-ruhiyyəni ABŞ-nin əleyhinə yönəldərək, rəsmi Vaşinqtonu "günah keçisi"nə çevirib. Avropanı rəqib deyil, əlverişli tərəfdaş hesab edən Çinin ABŞ-la rəqabəti qazanması üçün "köhnə qitə"nin dəstəyinə ehtiyacı var. Rusiyanın daha da zəifləməsində maraqlı olan Pekin Moskvanın sülh danışıqlarından maksimum itki ilə çıxması üçün Avropa ilə işbirliyinə də gedə bilər. Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri artdıqca Çinin ictimai-siyasi dairələrində Rusiyanın sərhədləri daxilində olan 1.54 milyon kvadratkilometrlik tarixi torpaqlarla bağlı düşüncələr siyasi fikrə çevrilməyə başlayır. Tarixə Çin torpaqlarının bütövləşdirən lider kimi düşmək Mao Tszedundan bəri bütün çinli siyasətçilərin ən böyük arzusudur.

Tramp administrasiyası Ukraynada müharibəni qısa müddətdə dayandırmağa nail olsa belə, bu, Avropa ilə Rusiyanın münasibətlərində kəskin dönüşə səbəb olmayacaq. Əksinə, Avropanın əksər ölkələri ilə Rusiyanın münasibətləri daha da pisləşə bilər. Finlandiya Rusiya ilə sərhəddə 200 kilometrlik hasar çəkilişini sürətləndirib və divar səddinin çəkilişini vaxtından qabaq başa çatdırmağa çalışır. Çexiya, Polşa, İsveç və Baltikyanı respublikalar Rusiya təhlükəsinə qarşı sürətlə silahlanmağa çalışırlar. Almaniya Xarici Əlaqələr Şurasının (DGAP) "Növbəti müharibənin qarşısının alınması" hesabatının müəllifləri Kristian Möllinq və Torben Şützun gəldiyi qənaətə görə, Almaniyanın və digər NATO üzvlərinin öz ərazilərində Rusiya ilə müharibəyə hazırlaşması üçün təxminən 6-10 il vaxtı var. Litvanın müdafiə naziri Dovile Sakaliene isə Rusiya ilə müharibəyə hazırlaşmaq üçün NATO-nun cəmi 3-4 il vaxtının qaldığına əmindir. Avropada əksər siyasətçilər və beyin mərkəzləri Ukraynada əlverişsiz sülh müqaviləsinin Rusiya ilə müharibəni qaçınılmaz edəcəyini düşünürlər. ABŞ prezidenti Donald Tramp isə "Fox News" telekanalına müsahibəsində Rusiyanın yaxın gələcəkdə NATO ölkələrindən biri ilə müharibəyə başlamaq niyyətində olduğuna  "bir damcı" da olsa inanmadığını bildirib. ABŞ və Avropa arasında Rusiya təhlükəsi və Ukraynaya qarşı müharibənin hansı şərtlər çərçivəsində başa çatması ilə bağlı yaranan dərin fikir ayrılığı Avro-Atlantik tərəfdaşlığın gələcəyini sual altına alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri