Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

525 ci qəzet Tramp əleyhinə ittifaq Xa­qa­ni Cəfərli yazır

525 ci qəzet Tramp əleyhinə ittifaq Xa­qa­ni Cəfərli yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Franklin Ruzvelt ABŞ-ı "Böyük Depressiya"dan (Great Depression) çıxaran məşhur "Yeni sövdələşmə" (New Deal) proqramını həyata keçirməyə başlarkən opponentlərini ilk yüz günü qiymətləndirməyi çağırması ABŞ-nin tarixində yeni bir ənənə yaratdı. Həmin dövrdən etibarən yeni seçilən dövlət başçısının hakimiyyətinin ilk yüz gününün qiymətləndirilməsi, həmin müddətdə prezidentin proqramını həyata keçirməsinə mane olmamaq ənənəsi yaranıb.

Donald Tramp ikinci prezidentliyinin ilk günlərində elə qərarlara imza atıb ki, bu ənənəyə artıq son qoyulub. Trampın prezidentliyinin ilk ayı tamam olmamış məhkəmələr dövlət başçısının bir neçə qərarını ləğv ediblər. ABŞ torpaqlarında doğulan bütün uşaqlarıa avtomatik olaraq vətəndaşlıq verilməsinin dayandırılması ilə bağlı Trampın prezidentliyinin ilk günü, yanvarın 20-də imzaladığı sərəncamın icrası yanvarın 23-də federal hakim Con Kofenur tərəfindən "Konstitusiyaya zidd" qərar kimi dəyərləndirilərək dayandırıldı. Çox maraqlıdır ki, hakim Con Kofenur bu vəzifəyə respublikaçı prezident Ronald Reyqan tərəfindən təyin edilib. Qeyd edək ki, ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişə görə, Birləşmiş Ştatlarda doğulmuş bütün şəxslər ABŞ vətəndaşı hesab olunurlar. Trampın sərəncamı Konstitusiyanın pozulması kimi dəyərləndirilir ki, bu da hüquqi nəticələr doğura bilər.

Hakim Con Kofenurdan sonra məhkəmələr ard-arda Trampın bir neçə sərəncamının icrasını dayandıran qərarlar qəbul etdilər. Bunların arasında USAİD-ın maliyyələşdirilməsinin dayandırılması ilə bağlı sərəncam da var.

İşdən çıxarılan və ya intizam tənbehinə məruz qalan federal hökumət işçilərinin müraciətlərinə baxan agentliyinin rəhbəri Ket Harrisin vəzifəsindən kənarlaşdırılması haqqında Trampın sərəncamının hakim Rudolf Kontreras tərəfindən dayandırılması yeni administrasiyanı çətin vəziyyətə saldı. Tramp administrasiyanın aparıcı şəxsləri artıq bu vəziyyətə etiraz etməyə başlayıblar. Vitse-prezident Ceyms Devid Vens bəyan edib ki, məhkəmələr "xalqın iradəsi"nin gerçəkləşdirilməsinə imkan vermirlər. Trampın tənqidçiləri isə 47-ci prezidenti Konstitusiyanı və qanunları pozmaqda ittiham edirlər. Bu ittihamlar yaxın gələcəkdə Trampa qarşı impiçment tətbiq olunması üçün əsas ola bilər.

Trampın prezidentliyinin ilk ayı ölkəni bürüyən etiraz aksiyaları ilə də tarixə düşəcək. ABŞ-nin müasir tarixində belə hal müşahidə olunmayıb. Trampın prezidentliyinin ilk ayında ABŞ-nin 50 ştatında keçirilən 50 etiraz aksiyası ümumiyyətlə Birləşmiş Ştatların tarixində müşahidə olunmamış hadisədir.

Trampın mövqeyini sarsıdan ən güclü hadisə isə Səudiyyə Ərəbistanın paytaxı Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqları oldu. Ukraynadakı müharibəni dayandırmaq üçün keçirilən danışıqlara rəsmi Kiyevin nümayəndəsinin dəvət edilməməsi, danışıqlardan sonra prezident Trampın ukraynalı həmkarı Volodimir Zelenskinin ünvanına səsləndirdiyi fikirlər Vaşinqtonun Qərb müttəfiqləri tərəfindən sərt etirazla qarşılandığı kimi, ABŞ-nin özündə də etirazlar doğurub.

Trampın Ukrayna prezidentini diktator adlandırmasını Avropa liderləri süngü ilə qarşılayıblar. Çexiya prezidenti Petr Pavel deyib ki, Ukrayna prezidentini diktator adlandırmaq üçün çox kinli olmaq lazımdır. Norveçin Baş naziri Jonas Gahr St?re Trampın bəyanatının "son dərəcə ədalətsiz" olduğunu bəyan edib. Fransa, Almaniya, Polşa, Finlandiya və Britaniya daxil olmaqla Avropa ölkələrinin böyük əksəriyyətinin liderləri və siyasətçiləri Ukrayna prezidenti Volodimir Zelenksiyə dəstəklərini ifadə edərək, Trampı tənqid ediblər. Trampı tənqid edənlər arasında Britaniyanın keçmiş Baş naziri Boris Consonun fikirləri xüsusi diqqət çəkib. Zelenskinin cəmi 4 faiz reytinqi olması haqqında Trampın fikirlərini şərh edən Boris Conson yazıb ki, Zelenskinin reytinqi təxminən Trampın özünün reytinqi qədərdir. Boris Conson İkinci Dünya müharibəsi zamanı Britaniyanın 1935-1945-ci illər arasında seçki keçirmədiyini də qeyd etməklə Ukraynada seçki keçirilməməsinin məntiqə tam uyğun olduğunu vurğulayıb.  

Britaniya Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok Zelenskinin diktator deyil, Ukraynanın demokratik yolla seçilmiş prezidenti olduğunu bəyan edib. Badenok özünün və gələcəkdə ondan sonra Mühafizəkarlar Partiyasına rəhbərlik edəcək şəxslərin də Ukraynanı qətiyyətlə dəstəkləyəcəklərini vəd edib.

Trampın Ukrayna prezidentinə yönəlik sözləri, Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqları Vaşinqtonda Avropadan daha sərt reaksiya doğurub. Avropalı siyasətçilərdən fərqli olaraq amerikalılar Trampın ünvanına təhqiredici ifadələr səsləndirməkdən də çəkinməyiblər.

Demokratlar Partiyasının Konqresdəki liderlərindən biri Adam Şiff deyib ki, Trampın rus diktatorunu alçaqcasına sakitləşdirməsi tarixdə biabırçılıq kimi qalacaq. Adam Şiff Ər-Riyadda keçirilən danışıqları Çexoslovakiyanın Hitler tərəfindən işğalına gətirib çıxaran anlaşmadan bəri bir demokratik dövlətə Qərb dövləti tərəfindən edilən ikinci xəyanət adlandırıb. Nüfuzlu senator Berni Sanders Trampı Ukraynanın müstəqilliyini və demokratiyasını sarsıtmaq üçün Putinlə birləşməkdə ittiham edib. Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer deyib ki, Amerika prezidentinin dostlarımızdan birinə arxa çevirib Putin kimi quldurun tərəfinə keçməsi iyrənclikdir.

ABŞ-nin Yaponiyadakı keçmiş səfiri Rahm Emanuel isə Trampı Putinlə birləşərək NATO-nu parçalamaqla Stalinin ən böyük arzusunu həyata keçirməkdə ittiham edib.

Tramp demokratların düşərgəsindən səslənən bu ittihamları nəzərə almaya bilər. Ancaq təmsil etdiyi Respublikaçılar Partiyasının nüfuzlu təmsilçilərinin tənqidləri Tramp üçün həyəcan siqnalı olmalıdır. Soyuq Müharibə illərində prezident Ronald Reyqanın komandasının əsas simalarından olmuş Ken Adelman respublikaçıları ayağa qalxmağa və özlərinə "biz nəyin tərəfdarıyıq?" sualını verməyə çağırıb. Trampın birinci prezidentliyi müddətində milli təhlükəsizlik müşaviri olmuş Con Bolton deyib ki, bu, Trampın müttəfiqlərini açıq şəkildə alçaltmaq strategiyasının bir hissəsidir. Ər-Riyadda keçirilən danışıqlara etiraz edən respublikaçı konqresmen Mayk Louler deyir ki, Putin rəzil diktator və quldurdur.

Respublikaçıların əsas simalarından olan Rocer Uiker və senator Con Kennedi Ər-Riyadda keçirilən danışıqları tənqid ediblər. Ukraynalıların danışıq masasında olmasını tələb edən Uilker deyib ki, Putin hərbi cinayətkardır və edam olunmasa, ömrünün sonunadək həbsxanada oturmalıdır. Senator Con Kennedinin Putinə yönəlik çox sərt ifadələri də Rusiya prezidentinə xoş sözlər ünvanlayan Trampa mesajdır. Senator prezidenti respublikaçıların düşərgəsindən səslənən tənqidlərin müxalif hərəkata çevrilməmiş partiyadaşları qarşısında mövqeyini açıqlamağa çağırıb. Senator həmin zamana kimi də respublikaçıları prezidentə qarşı addım atmamağa səsləyib.

Göründüyü kimi, Ər-Riyaddakı Rusiya-Amerika danışıqları, ABŞ prezidentinin ukraynalı həmkarına yönəlmiş sərt açıqlamaları Trampa qarşı çox güclü ittifaqın yaranmasına səbəb olub. Əgər Tramp mövqeyində israr etsə, ciddi problemlə üzləşəcək. Birincisi, Konqresdəki respublikaçıların dəstəyi olmadan Tramp Rusiya ilə hər hansısa bir anlaşmanı həyata keçirə bilməz. Xüsusilə də Senatın mövqeyi Tramp üçün çox vacibdir. Çünki bütün beynəlxalq müqavilələr Senatda təsdiq olunmalıdır.

İkincisi, Tramp Rusiyaya ciddi güzəştə getsə, bu, bütövlükdə onun hakimiyyətini sarsıda bilər. Məsələn, Senat Trampın komandasının üzvlərindən bəzilərinə etimadsızlıq göstərə bilər. Son günlər respublikaçı senatorlar tərəfindən sərt tənqid olunan müdafiə naziri Pit Heqset etimadsızlıqla üzləşən ilk nazir ola bilər.

Tramp isə geri addım atmaq niyyətində deyil. "Financial Times"ın məlumatına görə, Tramp administrasiyası müharibənin üçüncü ilinin tamam olması ilə bağlı G7 ölkələrinin birgə bəyanatında Rusiyanın işğalçı adlandırılmasına qarşı çıxır. Tramp administrasiyası eyni məsələ ilə bağlı BMT-nin qətnaməsinin həmmüəllifi olmaq istəmir. Tramp administrasiyanın ayrı-ayrı üzvlərinin Ukrayna prezidentinə qarşı sərt çıxışları da davam edir. Bütün bunlar Trampın NATO müttəfiqlərindən məsafə saxlamaq, Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq siyasətini davam etdirmək niyyətində olduğunu göstərir. Əgər proses belə davam etsə, ABŞ-nin siyasi elitası ilə Tramp arasında fikir ayrılığı dərinləşəcək. Bu, eyni zamanda əsas alıcısı NATO-ya üzv ölkələr olan nəhəng hərbi-sənaye kompleksini narazı salacaq. Konqres üzvlərinin önəmli bir hissəsinin, xüsusi ilə də respublikaçı qanunvericilərin seçki kampaniyasının uğurlu olmasında hərbi-sənaye şirkətlərinin maliyyə dəstəyi önəmli rol oynayıb. Vaşinqtonun siyasi elitasının və nəhəng hərbi-sənaye kompleksinin maraqlarının tapdandığı halda Trampın ikinci prezidentlik müddətini başa vurması çox çətin olacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri