Icma.az
close
up
RU
525 ci qəzet Rusiyanın son şansı Xa­qa­ni Cəfərli yazır

525 ci qəzet Rusiyanın son şansı Xa­qa­ni Cəfərli yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaqani CƏFƏRLİ

ABŞ prezidenti Donald Trampın fevralın 12-də Rusiya prezidenti Vladimir Putinlə təxminən bir saat yarım çəkən telefon danışığı üç ildir davam edən qanlı müharibənin sülh yolu ilə nizamlanacağına ümidlər yaratdığı kimi, etirazlar da doğurub.

İkinci Dünya müharibəsindən sonra Avropa qitəsində ən qanlı müharibə hesab olunan Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin üçüncü ili başa çatmaqda olsa da, tərəflərdən heç biri strateji məqsədinə çatmayıb. Üç il öncə hərbi müdaxiləyə başlarkən Rusiyanın rəsmən elan olunan hədəfi Ukraynanın demilitarizasiyası və denazifikasiyası idi. Amma üç illik müharibədən sonra Rusiya hələ də öz məqsədlərinə çatmaq imkanına malik deyil.

Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) hesablamalarına görə, təxminən üç il davam edən müharibədə Rusiya ordusunun ən azı 172000 hərbçisi həlak olub, 611000 nəfər yaralanıb. "Oryx" internet resursu Rusiya ordusunun foto və videomateriallarla təsdiqlənən hərbi texnika itkisinin 20300 ədəddən çox olduğunu bildirir. Ukraynaya qarşı müharibənin məsuliyyətini bölüşmək istəməyən yüz minlərlə mütəxəssis ölkəni tərk edib. Bunun nəticəsində ölkədə bütün sahələrdə ciddi kadr çatışmazlığı var. Kadr çatışmazlığı büdcə gəlirlərinin azalmasına da ciddi təsir edir.

Ukraynaya qarşı müharibə başlayandan Rusiya hökumətinin maliyyə sabitliyini qorumaq üçün istifadə etdiyi Milli Rifah Fondunun (MRF) vəsaitləri tükənməkdədir. Rusiyanın keçmiş maliyyə naziri Mixail Zadornovun hesablamalarına görə, neft gəlirlərinin azalması davam edəcəyi halda MRF-də qalan vəsait yalnız altı ay ərzində dövlət xərclərini maliyyələşdirməyə kifayət edəcək. Rəsmi məlumata görə, müharibədən əvvəl MRF-də 113.5 milyard dollar likvid aktiv olub. Bu ilin əvvəlinə olan məlumata görə, Fondda cəmi 37.5 milyard dollar qalıb. Rusiyanın büdcə kəsiri isə ən bədbin ehtimalları da ötüb keçib. Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, yanvar ayında büdcə kəsiri 1.7 trilyon rubl və ya Ümum Daxili Məhsulun 0.8 faizini təşkil edib. Halbuki 2025-ci il üçün nəzərdə tutulan büdcə kəsiri 1.2 trilyon idi. İndi isə məlum olur ki, yalnız yanvar ayındakı büdcə kəsiri bundan 500 milyard rubl çoxdur. Əgər iki-üç ay belə davam etsə, may ayına qədər MRF-də bir dollar da qalmayacaq. Bundan sonra isə rublun kursunu qorumaq və dövlətin maliyyə öhdəliklərini yerinə yetirməsi mümkünsüz olacaq. Büdcə kəsirinin artmasına səbəb olan xərclər isə müharibənin vurduğu zərbələr və ağırlaşan sanksiyalar səbəbindən artmaqdadır. Fevralın 27-dən sonra Rusiyanın neft satışı daha çətinləşəcək. Bu isə Rusiyanın neft gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Belə bir vəziyyətdə bir saatı büdcəyə iki milyard rubla başa gələn müharibəni maliyyələşdirmək mümkün olmayacaq. Bütün bunların üzərinə Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin vurduğu zərəri də əlavə edəndə bir neçə aydan sonra Rusiyanın üzləşəcəyi vəziyyəti təsəvvür etmək çətin deyil. Buna görə Trampın təşəbbüsü Rusiya üçün son şansdır.

O da nəzərə alınmalıdır ki, Rusiyanın Trampın ikinci belə təşəbbüs üçün imkanı olmayacaq. Qərb blokunun aparıcı dövlətri olan Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşanın xarici işlər nazirləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə birgə bəyanat yayaraq Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiklərini ifadə ediblər. Trampın Ukrayna və Avropanın iştirakı olmadan Putinlə anlaşmaq cəhdi sərt reaksiyalar doğurmaqdadır. Nüfuzlu "Bloomberg" agentliyinin məlumatına görə, Trampın təşəbbüsü Avropa paytaxtlarında çoxları tərəfindən "xəyanət" kimi qəbul edilir. İranın nüvə proqramının və Çinin dünya üzərində hegemonluğa nail olmasının qarşısının alınmasını əsas missiyası elan etmiş Tramp bu vəzifələrin öhdəsindən Avropanın dəstəyi olmadan gələ bilməz. Buna görə də Avropanın, xüsusilə də Böyük Britaniyanın qəti mövqeyi Trampı Putinlə danışıqları davam etdirməkdən çəkindirə bilər.

ABŞ-nin özündə də Tramp Putinlə telefon danışığına görə sərt tənqidlərin hədəfinə çevrilməyə başlayıb. Trampın birinci prezidentlik müddətində milli təhlükəsizlik müşaviri olmuş Con Bolton dövlət başçısının təşəbbüsünü sərt tənqid edərək, onu təslimçilikdə ittiham edib. Con Bolton hesab edir ki, Trampın bu təşəbbüsü ABŞ-nin bütün dünyadakı maraqlarına ziyan vurur. Con Bolton Tramp administrasiyasının bu mövqeyini "biabırçılıq" adlandırıb. Respublikaçılar Partiyasının nüfuzlu liderlərinin də Bolton kimi Trampın təşəbbüsünə qarşı çıxacağını gözləmək olar. Respublikaçıların Konqresdəki liderlərindən biri, Helsinski Komissiyasının həmsədri Co Uilson fevralın 13-də yayımladığı iki açıqlamada Rusiya prezidentini hərbi cinayətkar adlandırıb. Bundan başqa, Co Uilson Ukraynanın silah-sursatla təmin olunması üçün lend-liz proqramının bərpa olunması təşəbbüsü ilə çıxış edərək müvafiq qanunvericilik layihəsini Konqresdə qeydiyyatdan keçirib. Bütün bunların Trampa xəbərdarlıq olduğu çox aydın görünür. Konqresin hər iki palatasında respublikaçıların kiçik üstünlüyü var. Əgər hər iki palatada üç nəfər respublikaçı konqresmen Trampa qarşı çıxsa, prezident qanunverici orqanda dəstəyini tamamilə itirə bilər. Buna görə də Trampın Putinlə danışıqlarının gələcəyi respublikaçı qanunvericilərin mövqeyindən çox asılı olacaq. Trampın təşəbbüsü ABŞ-nin əksər nüfuzlu media qurumları tərəfindən də sərt tənqid olunmaqdadır. Buna görə də telefon danışığından bir neçə saat sonra müdafiə naziri Pit Heqset təkziblə çıxış edərək Rusiyaya güzəştə gedilmədiyini və Ukraynaya yardımları davam etdirəcəklərini bəyan etmək məcburiyyətində qalıb. Senatda vitse-prezident Ceyms Devid Vensin dəstəyi nəticəsində bir səs fərqi ilə müdafiə naziri təsdiq olunan Pit Heqset Tramp administrasiyasının kövrək olduğunu çox yaxşı bilir. Rusiya mövzusu elə bir məsələdir ki, belə kövrək administarsiya mövqeyində təkid edə bilməz. Rusiya bütün bunları nəzərə almalı, Trampın təşəbbüsünün uğursuzluğa düçar olmaması üçün güzəştə getməlidir. Əks halda Rusiya strateji məğlubiyyətə hazır olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see312

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see286

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see206

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see204

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see191

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see160

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see153

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see146

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see146

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see142

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see132

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see132

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see130

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri