Icma.az
close
up
RU
525 ci qəzet İrana qarşı maksimum təzyiq siyasəti Xa­qa­ni Cəfərli yazır

525 ci qəzet İrana qarşı maksimum təzyiq siyasəti Xa­qa­ni Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani CƏFƏRLİ

ABŞ prezidenti Donald Tramp yanvarın 5-də İrana qarşı "maksimum təzyiq" siyasətinin yenilənməsi haqqında sərəncam imzaladı. "Maksimum təzyiq" siyasətinin yenilənməsi ifadəsi Trampın ilk səlahiyyət müddətində İrana qarşı yürütdüyü sərt siyasətinin dörd illik fasilədən sonra yenidən bərpasına işarə olmaqla yanaşı, həm də Tehrana yönəlik siyasətdə dəyişiklik edilməyəcəyinin bəyanıdır. Tramp bu mövqeyini İranın nüvə silahı əldə etmək ərəfəsində olması ilə izah edərək deyib ki, İran nüvə silahına malik ola bilməz. Tehranı neft gəlirlərindən məhrum etmək üçün Tramp Maliyyə Nazirliyinə və Dövlət Departamentlərinə İran neftinin ixracını sıfıra endirmək göstərişi verib. Bununla belə, Tramp İran prezidenti ilə danışığa hazır olduğunu da bəyan edib.

İranın xarici işlər naziri Abbas Araqçı "X" sosial şəbəkəsində yazıb ki, Trampın İrana "maksimum təzyiq" göstərmək üçün yeni cəhdi, əvvəlki prezidentlik dövründə olduğu kimi, uğursuzluqla başa çatacaq. Nazir onu da qeyd edib ki, "Nüvə silahının yayılmaması haqqında" müqaviləni imzalamış tərəf kimi İran heç bir halda nüvə silahı istehsalına və ya onu əldə etməyə cəhd göstərməyəcək. Mesajının sonunda nazir Abbas Araqçı bildirib ki, yalnız iqtisadi təzyiq və sanksiyalar da daxil olmaqla İrana qarşı düşmənçilik hərəkətlərinə son qoyulacağına təminat olacağı halda nüvə silahının edilməyəcəyinə dair əməli təminatlar verilə bilər.

Trampın danışıqlara hazır olması və İranla razılığa gələcəyinə ümid bəsləməsi haqqında fikirləri ilə İranın xarici işlər naziri Abbas Araqçının iqtisadi təzyiq və sanksiyaların dayandırılacağı təqdirdə nüvə silahı əldə edilməyəcəyi barədə dedikləri gərginliyin hərbi münaqişəyə səbəb olmadan həlli mümkünlüyünə inamı artırır. Digər tərəfdən Trampın anlaşma əldə olunacağı halda təzyiq vasitələrindən imtina etdiyi yaxşı məlumdur. Onun Kanada və Meksikaya öncə gömrük rüsumları tətbiq etməsi, ancaq şərtlərin qəbulundan sonra tariflərin tətbiqini təxrə salması bunun ən son nümunələrindəndir.

Ancaq gərginliyin arta biləcəyini göstərən məqamlar da var. ABŞ-nin Qəzza zolağını nəzarətə götürə biləcəyi və burada yaşayanların başqa ölkələrə köçürülməsinin Yaxın Şərqdəki ən uzun sürən münaqişənin dayanaqlı həlli yollarından biri olması haqqında Trampın fikirləri İranın kəskin etirazına səbəb olub. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Baqai Trampın Qəzza zolağı ilə bağlı təklifini qətiyyətlə rədd edib və Birləşmiş Millətlər Təşkilatını ABŞ prezidentinin fikirlərini pisləməyə çağırıb. Digər tərəfdən, İranın nüvə silahı əldə etməyə yaxınlaşması haqqında fikirlər də artmaqdadır və bu amil Trampın "maksimum təzyiq" siyasətinin davam edəcəyi ehtimalını artırır.

"The New York Times" qəzetinin məlumatına görə, ABŞ kəşfiyyatı iranlı elm adamlarından ibarət gizli komandanın zənginləşdirilmiş uranı bir neçə ay ərzində döyüşə hazır silaha çevirməyi hədəfləyən yollar axtardığı haqqında məlumat əldə edib. Məlumatda o da qeyd edilir ki, Bayden administrasiyasının son aylarında əldə edilən bu bilgilər Trampın komandası ilə paylaşılıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) 2024-cü ilin dekabrında İranın nüvə silahı hazırlamağa daha yaxın olduğu barədə xəbərdarlıq edib. ABŞ dövlət katibi Marko Rubio fevralın 3-də açıqlamasında deyib ki, Vaşinqton İrana daha çox təzyiq göstərməlidir. Dövlət katibi hesab edir ki, İran nüvə silahı əldə etməyə çalışır.

Bütün bunlar ABŞ-ni və İsraili hərbi əməliyatlara sövq edəcək məlumatlar ola bilər. ABŞ Senatında da İrana qarşı hərbi əməliyyatların tərəfdarları öz mövqelərini gücləndiriblər. İranın Yaxın Şərqdəki qüvvələrinə əzici zərbə vuran İsrail də Tehranın nüvə proqramının dayandırılması üçün tarixi imkan yarandığı qənaətindədir. Ötən ilin dekabrında Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün, lazım gələrsə, İran İslam Respublikasına qarşı beynəlxalq sanksiyaları bərpa edəcək "geri çəkilmə" mexanizmini işə salmağa hazır olduqlarını bildirmişdilər.

Hələlik isə Tramp administrasiyası İranın neft satışının qarşısını almağı hədəfləyir. Son illər İran neft ixaracatında uğurlar əldə etməyə başlayıb. OPEC-in məlumatına görə, İran neft ixracından 2023-cü ildə 53 milyard dollar, ötən il isə 54 milyard dollar qazanc əldə edib. OPEC-in məlumatına görə, 2024-cü ildə İranın neft hasilatı 2018-ci ildən bəri ən yüksək həddə çatıb.

İrana qarşı Trampı sərt siyasət yürütməyə sövq edən başqa bir amil isə Tehranın ona sui-qəsd hazırmasından ehtiyat etməsidir. Qeyd etmək lazımdır ki, hələ Baydenin prezidentliyi zamanı ABŞ kəşfiyyatının İranın Trampa qarşı sui-qəsd edə biləcəyi ilə bağlı məlumata malik olması haqqında xəbərlər yayılmışdı. Həmin xəbərlərdə Trampın həyatına İranın sui-qəsdi ilə bağlı araşdırma çərçivəsində 3 nəfərə qarşı ittihamların elan olunduğu da öz əksini tapmışdı. Ötən ilin noyabrında "The Wall Street Journal"da yer alan bir məlumatda qeyd olunurdu ki, İran oktyabr ayında Bayden administrasiyasına Trampı öldürməyə cəhd etməyəcəyinə dair yazılı zəmanət verib. İrana qarşı "maksimum təzyiq" siyasətini yenidən bərpa edən Tramp bununla bağlı sərəncamı imzaladıqdan sonra bildirib ki, Tehranın onu öldürəcəyi təqdirdə komandasına İranı məhv etmək barədə göstəriş verib.

Göründüyü kimi, ABŞ ilə İran arasında münasibətlər ən gərgin mərhələdən birinə qədəm qoyub. Bu isə İrana qarşı hərbi əməliyyatlara səbəb ola bilər. Ancaq hərbi əməliyyatlarsız da Trampın "maksimum təzyiq" siyasəti İran üçün ağır nəticələr doğura bilər. Ekspertlər hesab edirlər ki, Tramp İranın neft ixracatını "sıfırlaya" bilsə, ölkədə sosial partlayış qaçınılmaz olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri