Icma.az
close
up
RU
525 ci qəzet Baltik dənizində müharibə təhlükəsi Xa­qa­ni Cəfərli yazır

525 ci qəzet Baltik dənizində müharibə təhlükəsi Xa­qa­ni Cəfərli yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaqani CƏFƏRLİ

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri bu münaqişənin daha geniş coğrafiyaya yayılacağı haqqında dəfələrlə ehtimallar irəli sürülüb, xəbərdarlıqlar edilib. Ancaq indi ilk dəfədir ki, Ukraynadakı müharibənin Baltik dənizinə sıçraması qaçınılmaz həddə çatıb. Rusiyanın köhnə tankerlərdən ibarət "kölgə donanması"nın yaratdığı ekoloji təhlükə, eləcə də Baltik dənizinin dibi ilə keçən kabel və boru kəmərlərinə vurulan zərərlərin artması Avropa İttifaqına üzv ölkələrinin səbrini tükəndirib. Avropa ölkələri Baltik dənizi vasitəsilə Rusiya neftini daşıyan tankerlərin yoxlanılmasına və ələ keçirilməsinə imkan verən plan hazırlayırlar.

"Politico" nəşri Avropa İttifaqının bir neçə rəsmisinə istinadən yazır ki, bu əməliyyatı həyata keçirməyə imkan verən qanunvericilik bazasının yaradılması üçün yeni qanunlar hazırlanır. Nəşrin məlumatında qeyd edilir ki, Avropa ölkələri hətta öz ərazi sularından kənarda da şübhəli gəmiləri dayandırmağa imkan verən qanunvericilik bazası yaratmağa çalışır.

Qeyd edək ki, Rusiyanın köhnə, çürük tankerlərdən istifadəni genişləndirməsi nəticəsində ekoloji fəlakətin baş vermə ehtimalı Qara dənizdəki iki qəzadan sonra artıq bütün sahilyanı ölkələrin qorxulu röyasına çevrilib. Dekabrın 15-də Qara dənizdə "Volqoneft-212" və "Volqoneft-239" adlı iki tankerin qəzaya uğramasından sonra dənizə tökülən bir neçə min ton mazut artıq ekoloji təhlükəyə çevrilib. Qara dənizin şimal-qərb sahilində yerləşən Anapanın sahilləri benzopiren ilə çirklənib. Ən təhlükəli maddələrdən olan benzopiren çox güclü kanserogendir. Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun elmi direktoru Viktor Danilov-Danilyan jurnalistlərə bildirib ki, mazutdan təmizlənmiş torpaq və sahil qumlarında benzopirenin icazə verilən maksimal konsentrasiyası iyirmi dəfədən çoxdur. Benzopiren bədənə hətta hava yolu ilə daxil ola bildiyi üçün Rusiyanın Qara dəniz sahillərinin böyük bir hissəsi turizm üçün təhlükəli bölgəyə çevrilib. Ekoloqlar ən azı bir neçə il, bəlkə də bir neçə on il bu bölgənin turizm üçün təhlükəli olduğunu, bununla bağlı xəbərdarlıq edilməsini tələb edirlər.

Belə bir aqibət Baltikyanı ölkələri də gözlədiyi üçün Avropa dövlətləri qabaqlayıcı tədbirlər görməyə çalışır. Hətta qəza baş verməsə belə, Rusiya neftini daşıyan köhnə tankerlərdən neft sızması təhlükəyə çevrilməkdədir. Bununla bağlı bir neçə hal qeydə alınıb. Baltik dənizindəki Ust-Luqa limanında Rusiya neftini daşıyan tankerin mühərrik otağında baş verən partlayış təhlükənin nə qədər real olduğunu təsdiq edən növbəti hadisədir. Bütün bu hadisələr Rusiyanın köhnə tankerlərdən ibarət "kölgə donanması"na qarşı qətiyyətli tədbirlərin görülməsini həyati əhəmiyyətli məsələyə çevirir.

Rusiya neftini daşıyan tankerlərə qarşı belə tədbirlər isə gərginliyi artıracaq. Kopenhagen Universitetinin dəniz təhlükəsizliyi üzrə eksperti, professor Kristian Buger bildirib ki, daha sərt nəzarət Rusiya ilə hərbi toqquşma riskini artırır. Çünki Rusiya tankerlərin saxlanılmasının qarşısını almaq üçün tankerləri müşayiət etmək üçün döyüş gəmiləri göndərə bilər. Ekspertlər hesab edirlər ki, Baltik dənizində neft tankerlərinin total yoxlanılışını həyata keçirmək və saxlamaq üçün NATO-nun dəstəyinə ehtiyac olacaq. Qeyd edək ki, Şimali Atlantika Alyansı təxminən bir ay əvvəl, yanvarın 14-də Baltik dənizində yaranan təhlükələrə operativ reaksiya vermək üçün "Baltik keşikçiləri" missiyasını başladıb. Ötən ilin mayında isə NATO Baltik dənizində vacib əhəmiyyəti olan sualtı infrastrukturun təhlükəsizliyini təmin edən mərkəz yaratmışdı. Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bildirib ki, NATO Baltikyanı regionda Rusiyanı blokadaya almağa, eyni zamanda Rusiyanın Leninqrad və Kalininqrad vilayətlərindəki limanlarının işini iflic etməyə çalışır. Patruşev Aralıq dənizində batan rus gəmisi ilə baş verən hadisəni və Finlandiya hakimiyyət orqanları tərəfindən "Eagle S" tankerinin həbsini bu istiqamətdə atılmış addım hesab edir. Rusiyada hesab edirlər ki, Qərb İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən istifadə edərək Baltik dənizini Alyansın daxili su hövzəsinə çevirmək istəyir. Bununla yanaşı, Moskvada belə qənaət yaranıb ki, NATO Montrö konvensiyasına zidd olaraq Qara dənizdəki hərbi mövcudluğunu gücləndirməyə çalışır.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxnanın sözlərinə görə, sanksiyalara məruz qalan Rusiya neftinin təxminən yarısı Fin körfəzindən keçir. Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin Rusiya bölməsinin rəhbəri İsaak Levinin məlumatına görə, 2024-cü ildə Fin körfəzindən Rusiyanın "kölgə donanması"na daxil olan 348 tanker keçib. Bu tankerlər Rusiyanın dəniz yolu ilə satdığı neftin 40 faizini daşıyıb. İqtisadiyyatın bütün sahələrində ağır böhranla üzləşən Rusiyanın mövcudluğu neft satışından asılı vəziyyətə düşüb. Əgər Rusiyanın Baltik və Qara dənziləri vasitəsi ilə neft satışı məhdudlaşdırılsa, bu, Rusiya üçün ölüm hökmünə bərabər olar. Rusiya bunun qarşısını almaq üçün "kölgə donaması"na aid tankerləri hərbi gəmilərlə müşayiət etmək niyyətinə düşsə, hərbi toqquşma qaçınılmaz olacaq. Qərb ölkələri dəfələrlə xəbərdarlıq ediblər ki, Baltik dənizində hərbi münaqişə yaransa, iki gün ərzində Rusiyanın hərbi donanmasını və Kalininqrad vilayətindəki hərbi qüvvəsini məhv edəcəklər. Proseslərin bu istiqamətdə inkişafı Rusiyanın seçimindən və hətta təsadüfi bir hadisədən asılı ola bilər. İstənilən təsadüfi hadisə Baltik dənizində müharibəni qaçınılmaz edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri