Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycan Çin: münasibətlər daha da irəli gedəcək

525 ci qəzet Azərbaycan Çin: münasibətlər daha da irəli gedəcək

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi verib. Müsahibədə dövlət başçısı bir sıra mühüm mövzulara toxunub. Həmin mövzular içində Çinlə münasibətlər, Azərbaycanın şaxələnmiş xarici siyasəti, Orta dəhliz və digər istiqamətlər xüsusi aktuallıq kəsb edir. Azərbaycan - Çin münasibətləri qədim tarixə malikdir. Bu gün də hər iki ölkə əməkdaşlığın daha da inkişafında, irəliyə aparılmasında maraqlıdır. Ötən il Azərbaycan - Çin münasibətlərində xüsusi bir il oldu. Belə ki, iki ölkə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı.

Prezident İlham Əliyev müsahibəsində bu məqama toxunaraq deyib: "Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq".

Azərbaycanın şaxələnmiş xarici siyasətinə diqqət çəkən Prezident ölkəmizin Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzaladığını söyləyib: "Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir".

Çin və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyi dəstəkləyib. Azərbaycan "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyir, Tayvanı Çinin ərazisi olaraq tanıyır.

Orta Dəhlizin əhəmiyyətinə toxunan dövlət başçısı deyib ki, bu, sözsüz ki, alternativ təklif edir, biznes imkanlar təmin edir: "Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır".

Prezident bildirib ki, ötən müddət ərzində Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib: "Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək".

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Çin vətəndaşlarını viza almaq tələbindən azad edib. Onların ölkəmizə səfərləri üçün elektron vizaya da ehtiyac yoxdur. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq: "Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir".

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı "525"ə deyib: "Çin Cənubi Qafqazdakı proseslərlə bağlı daim balanslı siyasət yürütməyə çalışıb. Bu gün biz Çinin Cənubi Qafqazda həm Gürcüstana, həm Ermənistana, həm də Azərbaycana artan marağına şahidlik etməkdəyik. Amma əlbəttə, Çinin "Bir kəmər, bir yol" layihəsi, eyni zamanda Avropaya alternativ olaraq orta xətlə çıxışı məhz birbaşa olaraq Azərbaycandan və Azərbaycanın mövqeyindən asılıdır. Bunun üçün bizim ölkəmiz artıq infrastruktur tədbirlərini bir neçə ildir həyata keçirməkdədir. Ələt Beynəlxalq Ticarət Limanının inşa edilməsi, Bakı yaxınlığında gələcəkdə yük təyyarələri üçün tikilməsi nəzərdə tutulan ikinci hava limanının inşa edilməsi, bundan başqa digər infrastruktur layihələri də onu göstərir ki, bu yolun artıq tam işlək vəziyyətə düşməsi, reallaşması üçün bu və ya digər şəkildə orta xətdəki ölkələrin təşəbbüsləri lazımdır. Bakı və Pekin arasındakı münasibətlər təxminən 8-9 ildir ki, artan xətt üzrə inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin Pekinə səfərini, orada "Bir kəmər, bir yol" layihəsi ilə bağlı Çinin qərar verməsini, bundan sonrakı hadisələri də çox yaxşı xatırlayırıq. Digər tərəfdən, siyasi məsələlərə gəldikdə, Çin BMT Təhlükəsizlik Şurasının beş üzv ölkəsindən biridir. Biz bilirik ki, Azərbaycan bir çox çağırışlarla həm də son beş ildə BMT TŞ-da üzləşib. Ona görə də Çinin də burada bu və ya digər məsələlərə yanaşması, mövqeyi olduqca maraqlıdır. Bu baxımdan Çinlə münasibətlərin inkişafı Azərbaycanın marağındadır. Amma siyasi məsələlərlə yanaşı, burda iqtisadi dividentlər də kifayət qədər ciddidir. Çin şirkətlərinin Azərbaycana gəlməsi iki ölkə arasında qarşılıqlı olaraq ticarət dövriyyəsinin artırılması və s. kimi məsələlər bu gün də müzakirə predmetidir".

Politoloqun sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsinə nəzər salsaq, burada Çin artıq xüsusi paya malikdir: "Eyni zamanda, Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi də Bakının Pekinə olan bir jestidir. Məlumdur ki, Azərbaycan viza ilə bağlı heç də tez-tez bu kimi qərarlar vermir. Amma bunun məhz Çinə şamil edilməsi özü-özlüyündə ölkəmiz tərəfindən gələcəyə düşünülmüş bir addımdır. Gözlədiyimiz odur ki, Çin tərəfi də Azərbaycan vətəndaşları ilə bağlı eyni prinsipdən çıxış etsin".

Z.Məmmədov deyib ki, Çin telekanalının ümumilikdə Azərbaycan Prezidentinə diqqəti və hər dəfə müxtəlif beynəlxalq təşkilatlar, tədbirlər çərçivəsində müsahibə alması xüsusi qeyd edilməlidir: "Azərbaycan Prezidenti artıq neçənci dəfədir ki, Çinin dövlət televiziyasına, eyni zamanda dövlət agentliyinə müsahibə verir. Bunu da Çin tərəfindən Cənubi Qafqaza, ölkəmizə olan marağın göstəricisi kimi qəbul etmək olar".

Politoloq Çinlə ABŞ arasında münasibətlərə dair Bakının baxışını da şərh edib. Onun sözlərinə görə, Azərbaycan bütün ölkələr arasında ziddiyyətlərin diplomatik yolla həll edilməsinin tərəfdarıdır. Bunun üçün həmişə əlindən gələni edib: "Biz artıq bir neçə dəfə bir-birinə qarşı olan müxtəlif dövlətlərin dialoquna ev sahibliyi də etmişik. Bu kontekstdə Çin-ABŞ münasibətləri bütün regionlar, qitələr üçün çox vacibdir. Çünki qlobal dünyada Pekin və Vaşinqton doğrudan da bir-birinə qarşı iqtisadi, siyasi və hərbi güc nümayiş etdirmək qabiliyyətindədirlər. İndi hakimiyyətə artıq Trampın gəlməsi Çin - ABŞ münasibətləri üçün həm yeni çağırışlar, həm də yeni suallar yaradır. Gözlənilən də odur ki, Amerika Prezidenti Ukrayna və Yaxın Şərqdə məsələni həll etdikdən sonra Çinlə bağlı kardinal qərarlar verə bilər. Buna görə də Çin də ABŞ liderinin bu və ya digər regionlarda apardığı siyasəti yaxından izləyir. ABŞ Rusiya, ABŞ-Çin münasibətləri əlbəttə, dünyanın hər bir yerinə təsir etməsi baxımından aktual mahiyyət daşıyır. Ona görə dünya liderlərinin də bu və ya digər ziddiyyətlərdə tutduqları mövqe olduqca vacibdir və hər iki ölkə tərəfindən yaxından izlənilir".

Milli Məclisin deputatı Aydın Hüseynov isə "525"ə deyib ki, Azərbaycan - Çin münasibətləri qarşılıqlı hörmət və yaxın dostluq prinsiplərinə əsaslanır: "Cənab Prezident İlham Əliyevin Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələrin daha da inkişafına səbəb olub. Həmçinin müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Azərbaycanın isə "Vahid Çin" siyasətini dəstəkləyib".

Deputat əlavə edib ki, Çin və Azərbaycanın qlobal ticarətə töhfə verəcək ən mühüm layihə olan Orta Dəhlizdəki fəaliyyəti mühüm əhəmiyyət daşıyır: "Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bu isə bölgədə yeni coğrafi xəritəni cızır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri