525 ci qəzet Azərbaycan və Moldova XİN rəhbərləri mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə edib
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşüb.
525.az xəbər verir ki, görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə regional və beynəlxalq vəziyyətlə bağlı aktual məsələlər müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli təmasların rolu qeyd edilib.
İki ölkə arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 Fevral 2025 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















