Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycan yəhudiləri çar hakimiyyəti dövründə Arxiv sənədlərinin izi ilə

525 ci qəzet Azərbaycan yəhudiləri çar hakimiyyəti dövründə Arxiv sənədlərinin izi ilə

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rövşən YERFİ

Azərbaycan Respublikasında üç yəhudi icması - dağ yəhudiləri, aşkenazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Dağ yəhudilərinin ölkəmizdə məskunlaşması V-VI əsrlərə, Gürcüstan yəhudilərinin VIII əsr ehtimal edilir. Aşkenazi yəhudilərinin isə Azərbaycana gəlişi çar Rusiyası dövründən başlayıb. İlk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumunun baş verməsi ilə şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artıb. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi vardı ki, onların da əksər hissəsini aşkenazilər təşkil edirdi. Bununla yanaşı, 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər şəhərlərində baş vermiş yəhudi qırğınları nəticəsində yüzlərlə aşkenazi Azərbaycana pənah gətirmiş, daha çox, Bakıda məskunlaşmışdılar. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş aşkenazilər burada özlərinə ikinci vətən tapıblar.

Çar zamanında ölkəmizə köç etmiş gerlər və subbotniklər də Rusiyanın müxtəlif yerlərlərindən 1820-ci illərdə Yəhudiliyi qəbul etmiş etnik qruplardır. 1839-1841-ci illərdə Çar hökuməti bu şəxsləri Cənubi Qafqaza əsasəndə Azərbaycana sürgün etmişdi. Onlar köhnə adı Həştərxan-Bazarı olan Cəlilabadın böyük məskunlaşma məntəqələrindən biri sayılan Privolnoyeyə yerləşdirilmişdilər. Bura sonralar Rusiyanın ən böyük Yəhudi-Rus məskunlaşma məntəqələrindən birinə çevrilmişdi. Təəssüf ki, həmin dövrün kameral təsvir kitablarından başqa, onlara aid məlumatları özündə saxlayan heç bir sənəd dövrümüzədək gəlib çatmayıb. Bu etnik qrupdan olanların əksəriyyəti, Rusiyaya köç etmələri səbəbindən Azərbaycanda hazırda gerlər və subbotniklər, demək olar ki, yaşamırlar.

XIX əsrin yarısı - XX əsrin əvvəllərində yəhudilər ən çox Bakı quberniyasında yaşayırdılar. İmperiya zamanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə yer olan Qubanın yəhudi qəsəbəsindən əlavə, Bakı şəhərində və Bakı qəzasının Sabunçu, Balaxanı, Ramanı kəndlərində, Lənkəran şəhərində və Lənkəran qəzasının Privolnoye kəndində, Şamaxı, Göyçay, Cavad qəzalarındakı yaşayış məntəqələrində yerləşmişdilər.

Azərbaycan Dövlət Tarix Arxivində qorunan qiymətli mənbələr arasında yəhudilərə dair rast gəlinən ilk sənədlər 1863-cü ilə aid Bakı qubernatorunun dəftərxanası işləri siyahısıdır ki, burada müxtəlif məsələlərlə bağlı qeydlərdə onların adları çəkilir (f.45, siy.2, sax.vah.79).

Bu saxlama vahidindən sonra ən maraqlısı "Qəzalardakı yəhudilərin, sineqoqların, ibadət evlərinin sayı haqqında məlumatların təqdiminə dair Bakı quberniyasının qəza rəisləri ilə yazışmaları"dır (f.44, siy.2, sax.vah.40, vər.1-8). 1869-cu ildə tərtib edilmiş sənədlər Bakı, Quba, Şamaxı, Cavad qəza rəislərinin raportlarından ibarətdir. Quba qəzası, yəhudi qəsəbəsinin 1868-ci ilə dair göstərilən məlumatları belədir: 4947 nəfər yaşayan qəsəbədə kişilərin sayı qadınlardan çoxdur. Doğum və ölüm sayında da kişi cinsi üstünlük təşkil edir. İl ərzində 44 nikah qeydə alınıb, boşanma hadisəsi baş verməyib.

Sayları artdıqca mövcud ibadət evləri ilə kifayətlənməyən yəhudilərin 1908-ci ildə Bakıda, 1911-ci ildə Quba yəhudi qəsəbəsində yeni sineqoqların tikintisi ilə bağlı Bakı Qrado naçalnikinə və Quba qəza rəisinə müraciətləri tarixi baxımdan əhəmiyyətlidir.

Yəhudi slobadasının yeni qəsəbəsində “Mizraxi” sineqoqunun 02.06.1911-ci il tarixli layihəsi

Onlar təkcə dini inamları ilə deyil, təhsil və maarif sahələrində də geniş fəaliyyətləri ilə fərqlənmişlər. 1909-cu ildə Bakı yəhudi qadın peşə məktəbi fəaliyyətə başlamışdı (f.309, siy.1, sax.vah.852, vər.1-10). 1911-ci ildə "Talmud-Tora" yəhudi maarifçi cəmiyyətinin qurulmasına nail olmuşlar (f.46, siy.2, sax.vah.143, vər.1-18).

İki sinifli Yəhudi Qadın Peşə məktəbinin 1915-ci il üzrə hesabatı

1913-cü ildə yəhudi ədəbi-musiqili cəmiyyətinin yaradılması haqqında Bakı Qrado naçalnikliyi qarşısında vəsatət qaldırmışlar (f.46, siy.2, sax.vah.164, vər.1-8). Bu arada yəhudi qəzetləri ilə yanaşı, Solomon İsakoviç Dvosin adlı yəhudi rus dilində "Bakinskiə razvleçeniə" jurnalının nəşr edilməsi üçün quberniya rəhbərliyindən icazə istəmişdi (f.46, siy.4, sax.vah.59, vər.1-5).

1913-cü ildə Bakı ravvin cəmiyyəti iudey dinindən olan şəxslər üçün Bakı şəhərində yəhudi xeyriyyə cəmiyyətinə xeyriyyə evi açmağa razılıq verməsini şəhər İdarəsindən xahiş etmişdi (f.1, siy.1, sax.vah.1751, vər.1-6) .

1914-cü ilin Bakı şəhərinin hesabatı üzrə məlumatlara istinadən əsrin əvvəllərindən yeni məskunlaşan sakinlərin milli tərkibində ruslar və ermənilərdən sonra yəhudilər də xüsusi yer tutub. Şəhər əhalisinin 4.55 faizi hesab edilən 9689 nəfər yəhudi qeydə alınıb. Onların içərisində savadlılıq dərəcəsi 82.9 faiz olub (f.389, siy.1, sax.vah.643, vər.9).

1915-16-cı illərdə Birinci Dünya müharibəsinin yaratdığı səfalət üzündən Rusiya imperiyasının qərb quberniyalarından Bakıya gələn qaçqın yəhudilərin sayı 1158 nəfər imiş (f.495, siy.1, sax.vah.111).

Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və yəhudi xalqlarını yaxınlaşdıran başlıca cəhətdir. Odur ki, xalqımızın tarixində böyük izlər qoymuş yəhudi əsilli azərbaycanlıları daim qəlbən sevir, xatirələrini əziz tuturuq: Lütfi Zadə, Mirzə Xəzər, milli qəhrəmanımız Albert Aqarunov, Nobel mükafatı almış Lev Landau və onlarla başqa tanınmışlar ümumi vətənimizin - Azərbaycanımızın fəxr edilməli övladlarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri