Icma.az
close
up
RU
Tarix nə vaxt olduğu kimi yazılacaq? Anar İsgəndərov

Tarix nə vaxt olduğu kimi yazılacaq? Anar İsgəndərov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində Bərdə faciəsi bayram kimi verildi. Bərdə yerlə-yeksan edilib, ancaq tarixdə yazılır ki, bayram olub. Tarix nədir? Tarix sərtdir. Tarix bağışlamır, tarixin bir üzü var. Tarixdə sevinc, kədər - o, ədəbiyyatındır. Deyilişi kim necə istəyir, yaratsın. Yüz illər keçəndən sonra yazılanlarla bağlı dilimizdən gələn söz ağır olmasın".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı qeyd edib.

Anar İsgəndərov çıxışına xanlıqlar dövründən danışaraq davam etdi:

"Sonra xanlıqlar dövrü başladı. 21 xanlıq bir dildə danışdı, bir dinə xidmət elədi, birləşə bilmədi. Hər biri dedi ki, birinci mənəm. Biri o birini əzmək üçün, həyat yoldaşını əsir götürmək üçün Rusiyadan ordu istədi. 50 nəfər, 60 nəfər, 100 nəfər rus gəldi. Bir azdan gördü ki, bu xanlıqlar onsuz da birləşə bilmir; fikirləşdi ki, elə mən birləşdirim və rus işğal etdi. 1964-cü ildə işğalın 150 illiyi ilə bağlı Azərbaycanda, Bakı şəhərində bayram keçirdik. Yəni rus, nə yaxşı ki, sən gəldin, işğal etdin. Bu işğal bununla bitmədi. Bu işğal nəyi gətirdi? Bu işğal ilk dəfə olaraq erməninin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsinin bünövrəsini qoydu. Erməni yazırdı. Puşkin yazırdı: “Ey ermənilər, sizə təzə vətən tapmışıq.” Bu təzə vətən bura idi. Gəldi və yüz illər boyu da bu xalq üçün ən böyük belə müsibəti gətirdi. 1918–1920-ci illər şərəf tariximizdə zirvədir. Hansı tərəfdən baxırsınız-baxın, zirvədir".

O vurğuladı ki, coğrafi məfhum olan “Azərbaycan” ifadəsini siyasi məfhuma çevirdi və bu dövlət Azərbaycan adlandı:

"Ona qədər kim nə yazsa, kim nə desə, mübahisə eləsə də, dəyməyin, qoy desin. Bakı tarixində ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtı oldu. Parlament yarandı. Özü də necə parlament yaratdı? Bir dəfə bir avropalı gəlmişdi, çox hündürdən danışırdı, məni tanımırdı. Dedim: “Dayan. 1919-cu ildə bizdə qadın-kişi bərabərliyi, seçki olanda sən nə bilirdin bu nə deməkdir? Sən otur, mən danışım.” Bu parlamentin bütün dünya tarixi üçün nə idi? Hesablayanda gördüm paytaxt var, gerb var, himn var, ordunun bir gücü var, ancaq seçki saatı çatmır. Bu dünyanın heç birində olmayıb. Bu parlament nə etdi? Dedi ki, Azərbaycanda kimlər yaşayırsa, onlar parlamentdə təmsil olunmalıdır. Bax, bu parlament bizə bunu verdi. 23 ay yaşayan dövlət 350 ilkin imza atdı".

Təhsil komitəsinin sədri qeyd etdi ki, Fransa burjua inqilabı dörd ilə qədər davam edib, 54 ilkin qanun var, yəni imza var.

"Biz 70 il Sovet dönəmində Cavad xanı ittiham elədik. Cavad xan niyə könüllü gedib təslim olmadı? Niyə biz qaçanda, ölkəyə xəyanət edəndə tarix boyu əvvəlcə Çar Rusiyasına və sonra isə Sovet Rusiyasına qaçmışıq? Məsələnin tarix elmi üçün, tədqiqi tarixi üçün, həm də insan unutqanlığını aradan qaldırmaq üçün mən sizə verdiyim sual budur: Niyə biz Rusiyaya qaçırıq? ’90-cı illəri deyirəm. Ən xeyri görən kim oldu ki? Nəriman Nərimanov oldu. “Ucqarlarda inqilabımızın tarixi”, bədii əsərdə nə yazırdı? Siz Nərimanovun bədii əsərlərini oxumayın, “Nadir şah”ı oxumayın. O “Nadir şah” Nərimanovun ən böyük günahıdır. Mart soyqırımı ilə bağlı günahını demirəm. “Ucqarlarda inqilabımızın tarixi”ni oxuyun. Axırı nə oldu? Öldürüldü. Heydər Əliyev kimi bir dövlət başçısını, bir dövlət adamını son nəticədə Sovet dövləti necə yola saldı? Bəs nə vaxt biz ibrət götürəcəyik və tarix onda nə vaxt olduğu kimi yazılacaq?".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri