Icma.az
close
up
RU
Sədr müavini: “Xəyanət edən ən ağır cəzanı almalıdır”

Sədr müavini: “Xəyanət edən ən ağır cəzanı almalıdır”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“AXCP sədri Əli Kərimlinin yaşadığı ünvanda aparılan axtarış zamanı Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin yazdığı məktubun ilkin nüxsəsisinin tapılması xüsusi diqqət çəkir”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Əli Kərimli 278.1-ci cinayət maddəsi ilə ittiham olunub:

“Bu maddənin hüquqi mahiyyətini yalnız obyektiv sübutlar, ekspert rəyləri və istintaq materialları əsasında qiymətləndirmək mümkündür. Bu ağır ittihamın da mahiyyətinə dair tam qərar yalnız məhkəmənin hökmü ilə veriləcək. 

Maddə çox ağırdır. Düşünürəm ki, istintaq yekunlaşdıqdan sonra daha ətraflı, daha obyektiv olaraq bu məsələ ətrafında qaranlıq qalan məsələlər ortaya çıxacaq”.

Sədr müavini onu da vurğulayıb ki, xəyanət edənə ən ağır cəza verilməlidir: 

“Bütün hallarda bu ölkəyə xəyanət edənin cinayəti hüquqi tərəfdən təsdiqlənərsə, kimliyindən asılı olmayaraq, günahkar ən ağır cəzanı almalı, ən ağır məsuliyyətə cəlb edilməlidir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bu ölkə vətəndaşına ucuz başa gəlməyib. Bu torpaq uğrunda can qoyanların ruhunu narahat etmək elə vətənə xəyanətdir”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli “Ramiz Mehdiyev işi” ilə bağlı istintaqa cəlb olunub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. 

Həmçinin, AXCP-nin Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də eyni ittiham ilə 2 ay 15 gün həbs həbs qətimkan tədbiri verilib. Onu da xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli Ramiz Mehdiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri