Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycanın xarici siyasətində dost və qardaş Pakistanla münasibətlər mühüm yer tutur

525 ci qəzet Azərbaycanın xarici siyasətində dost və qardaş Pakistanla münasibətlər mühüm yer tutur

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanın xarici siyasətində dost və qardaş Pakistanla münasibətlər mühüm yer tutur. Sevindirici haldır ki, iki ölkə arasında əlaqələr davamlı olaraq inkişaf edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri də bu reallığı təsdiqləyir”.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində də Pakistan ölkəmizin mövqeyini birmənalı olaraq dəstəklədi. Cənab Prezidentimiz İlham Əliyev hər zaman dost ölkənin bu dəstəyini yüksək qiymətləndirib. Ümumiyyətlə, Pakistan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Səfər zamanı mətbuata birgə bəyanatlarda Pakistanın Baş naziri cənab Məhəmməd Şahbaz Şərif ölkəsinin Qarabağla bağlı Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini bəyan edib və bu səfər zamanı Şuşaya getmək niyyətinin olduğunu, amma hava şəraitinin buna imkan vermədiyini söyləyib. O, növbəti səfər zamanı Şuşanı ziyarət edəcəyini bəyan edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan da bütün məsələlərdə, o cümlədən Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır.

“Hazırda iki dost ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu sahələr sırasında iqtisadi-ticarət, enerji sektoru, investisiya və hərbi sahədə əməkdaşlıq xüsusi yer tutur. Ölkə liderləri iqtisadi-ticari əlaqələrinin gücləndirilməsini qərara alıblar. Azərbaycan-Pakistan Biznes Forumunun keçirilməsi də bunun göstəricisidir. İnanırıq ki, Azərbaycanın sərmayəsi qardaş ölkənin iqtisadiyyatının inkişafına ciddi təkan verəcək. Təqdirəlayiq haldır ki, Pakistan COP29-un ölkəmizdə keçirilməsini də dəstəkləyib və bu ölkənin Baş naziri tədbirdə yüksək səviyyədə iştirak edib. Bütövlükdə, Pakistanın Baş nazirinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlər də böyük əhəmiyyətə malikdir və qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə böyük töhfələr verəcək”,-deyə Fatma Yıldırım vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri