Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr sayəsində nüfuzunu getdikcə artırır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri yalnız respublikamızın deyil, eyni zamanda demək olar ki, bütün regionun inkişafı və rifahı üçün strateji əhəmiyyət daşıyır.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərinin inkişafı mühüm yer tutur.Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan inkişaf edir, genişlənir.Respublikamız bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarla, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. Bu günlərdə Özbəkistan Prezidenti Şafkat Mirziyoyevin ölkəmizə dövlət səfəri də şübhəsiz ki, strateji və tarixi əhəmiyyət kəsb edir.

Bu, Özbəkistan Prezidentinin son 3 il ərzində Azərbaycana altıncı səfəridir ki, bunlardan iksi dövlət səfəridir.

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

İki ölkə arasında diplomatik əlaqələr isə 1995-ci ilin oktyabr ayından qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib. Cənab Prezident çıxışında ötən il Daşkənddə Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandığını bir daha nəzərə çatdırıb. Qeyd edib ki,“Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.”

Onu da qeyd edək ki, Özbəkistan son vaxtlar idman sahəsində yeni uğurlar əldə edir.

Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Miromonoviçi tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik edib və bu uğurun təsadüfi olmadığını deyib: “Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti Şafkat Mirziyoyevə kənd təsərrüfatına və ilk növbədə isə pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduğuna və Qarabağın bərpasına göstərdiyi köməkliyə görə xüsusi minnətdarlığını ifadə edib.

Dövlət başçımız bununla bağlı qeyd edib: ”Biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq.

Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik.

Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.

Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir.

Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk”.

Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra tədbirlər həyata keçirilib.

Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılması, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması da xüsusi əhəmiyyət kəsb edir.

Şəhla Ağbulud 

AYB Abşeron bölməsinin sədri


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri