Icma.az
close
up
RU
525 ci qəzet AzMİU da “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib

525 ci qəzet AzMİU da “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi ilə AzMİU-nun birgə təşkilatçılığı nəticəsində baş tutub.

525.az xəbər verir ki, iqtisadi təhlükəsizlik sahəsində müasir çağırışlar və həlli yollarının müzakirə edildiyi konfransda müasir iqtisadi trendlər, rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri, sənaye və tikinti sektorlarında iqtisadi təhlükəsizliyin gücləndirilməsi yollarından da danışılıb. Eyni zamanda, iştirakçılar iqtisadiyyatın müxtəlif sahələrində mövcud olan təhlükəsizlik məsələlərini təhlil edərək, bu məsələlərin gələcəkdə ölkə iqtisadiyyatına təsirini nəzərdən keçiriblər.

Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri dosent Ruhəngiz Əliyeva konfransı açıq elan edərək çıxışında sənaye sahəsində iqtisadi təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O, sənaye inkişafı ilə iqtisadi təhlükəsizliyin qarşılıqlı əlaqəsinin vacibliyini qeyd edərək, bu sahədə həyata keçiriləcək tədbirlərin ölkənin davamlı inkişafına xidmət edəcəyini bildirib. Ruhəngiz Əliyeva, həmçinin sənaye sektorunda müasir texnologiyaların tətbiqinin və optimallaşdırma proseslərinin iqtisadi təhlükəsizliyin artırılmasında rol oynadığını qeyd edib.

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov təhsil sistemindəki islahatların ölkənin iqtisadi təhlükəsizliyinə təsirini və təhsil müəssisələrinin bu sahədəki rolunu vurğulayıb. Akif Qasımov iqtisadi təhlükəsizliklə bağlı elmi tədqiqatların daha da genişlənməsinin və universitetlərdə bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasının vacibliyini qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü akademik Ziyad Səmədzadə iqtisadi təhlükəsizliyin beynəlxalq əlaqələr və sərmayə qoyuluşları ilə əlaqəsini müzakirə edərək, dövlətin strateji siyasətini təkmilləşdirməyin vacibliyini vurğulayıb. O, xüsusilə xarici iqtisadi əlaqələrin inkişafı və qlobal bazarlarda mövcud risklərə qarşı ölkənin hazırlıqlı olmasının əhəmiyyətini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi idarəetmə kafedrasının professoru Elşad Mirbəşiroğlu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əliyev çıxışında hazırda hökm sürən geosiyasi, geoiqtisadi vəziyyət fonunda iqtisadi təhlükəsizliyin əhəmiyyətinə toxunub, vacib olan məqamlar haqqında fikirlər səsləndiriblər.

Konfransın yekununda iştirakçılar iqtisadi təhlükəsizliyin təmin olunmasında çoxşaxəli yanaşmaların vacibliyini bir daha vurğulayıb. Gələcək elmi tədqiqatların və əməkdaşlıq perspektivlərinin müzakirəsi zamanı iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi üçün müxtəlif sahələrdə birgə fəaliyyətin davam etdirilməsinin önəmi qeyd olunub.

Tədbir ölkənin iqtisadi təhlükəsizliyinin gücləndirilməsi üçün mühüm bir addım olaraq dəyərləndirilib.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see215

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see193

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see126

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri