Icma.az
close
up
RU
525 ci qəzet BAMF ın Himayəçilik şurasının 2025 ci ildə ilk iclası keçirilib

525 ci qəzet BAMF ın Himayəçilik şurasının 2025 ci ildə ilk iclası keçirilib

Icma.az, 525.az saytına istinadən bildirir.

Yanvarın 28-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının 2025-ci ildəki ilk iclası keçirilib. İclasda Şura sədri Çingiz Abdullayev, üzvlər Rəşad Məcid, Vaqif Bəhmənli, Əflatun Amaşov, BAMF-ın Prezidenti Umud Mirzəyev, vitse prezident Oğuz Mirzəyev və digər əməkdaşlar iştirak ediblər. 

525.az xəbər verir ki, ilk olaraq Umud Mirzəyev təqdimatla çıxış edərək təşkilatın 2024-cü il üzrə yekun hesabatını Himayəçilik şurasının diqqətinə çatdırıb. O, 2024-cü ilin əvvəlində qarşıya qoyulan hədəflər üzrə fəaliyyətlərin uğurla icra olunduğunu, təşkilatın regionda və beynəlxalq miqyasda həyata keçirdiyi mühüm layihələrin nəticələrini və qazanılan uğurlu tərəfdaşlıqları qeyd edib:

“2024-cü il BAMF üçün əlamətdar nəailiyyətlərlə yadda qalan bir il olub. Təşkilatımız bu müddət ərzində media və vətəndaş cəmiyyətinin inkişafı, mina aksiyası, dayanıqlı inkişaf məqsədləri və sosial istiqamətlərdə həm yerli, həm də beynəlxalq səviyyədə mühüm fəaliyyətlər həyata keçirmişdir. BAMF olaraq insan hüquqlarının qorunması, sülhməramlı təşəbbüslərin dəstəklənməsi və cəmiyyətlərin hərtərəfli inkişafı üçün bu il də öz töhfəmizi verməyə çalışmışıq.”

Hesabatda BAMF-ın 2024-ci il növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyası, ənənəvi olaraq çoxsaylı yerli və xarici jurnalistlərin, diplomatların Qarabağa səfərlərinin təşkili, qadın minaaxtaran komandalarının uğurlu fəaliyyəti və nəticələri, onların fəaliyyətlərinin işıqlandırılmasında Bakı Media Mərkəzi və digər media qurumları ilə olan əməkdaşlıqlar, Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, tədbirlərdə, o cümlədən, COP29-da iştirakçılıq, BMT-nin Cenevrə ofisində yan tədbirin təşkili, “Sülhün Kökləri” təşkilatının rəhbəri və qurucusu Heidi Kuhn, Banqladeş hökümətinin rəhbəri Professor Məhəmməd Yunus, BMT-nin QHT bölməsinin rəhbəri Vuk Çin Çanq kimi önəmli şəxslərin səfərləri və BAMF-da qonaqlanması, 25 ilə yaxındır fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının statistikası və digər əsas fəaliyyətlər öz əksini tapıb. Təqdimatda, həmçinin, BAMF-ın Tərtər regionunda qadın minaaxtaranlar komandaları üçün inşa etdiyi yeni Peşə Tədris Mərkəzinin fotoları da nümayiş etdirilib. 

Ardınca çıxış edən Himayəçilik şurasının sədri Çingiz Abdullayev icra olunan fəaliyyətlərin və əldə olunan nəticələrin göz qabağında olduğunu qeyd edib. O, hesabatın kifayət qədər zəngin olduğunu vurğulayaraq görülən işləri çox yüksək qiymətləndirib. Şura üzvləri Əflatun Amaşov, Rəşad Məcid və Vaqif Bəhmənli də öz növbələrində BAMF-ın fəaliyyətini təqdirəlayiq hesab etdiklərini ifadə ediblər.

İllik hesabat dinlənildikdən sonra BAMF-ın 2025-ci il üzrə fəaliyyət istiqamətlərinə uyğun qarşıya qoyulacaq hədəfləri və gələcək fəaliyyət planı müzakirə olunub. Müzakirələr zamanı BAMF-ın beynəlxalq “think tank” analitik düşüncə platformasının yaradılması, milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar mümkün fəaliyyətlərin icrası, COP30-da iştirak və təmsilçilik imkanları və s. digər mühüm məsələlər ətrafında danışıqlar aparılıb. 

Qeyd edək ki, yekun hesabat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq və BAMF-ın rəsmi saytında yayımlanacaq.


 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri