Icma.az
close
up
RU
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda fondun icraçı direktoru Vüsal Göyüşov fondun fəaliyyəti barədə hesabatla çıxış edib. O, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və digər sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Fondun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti dövlətin dini-ideoloji sahəyə olan qayğısının həyata keçirilməsilə yanaşı, tolerantlıq və mədəni müxtəliflik, o cümlədən dinlərarası münasibətlərin möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.

İclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun gələcək fəaliyyəti, o cümlədən iclasın gündəliyində əksini tapmış məsələlər ətrafında müzakirələr aparılıb. Şura üzvlərinin rəy və təklifləri əsasında fondun 2025-ci il üzrə illik fəaliyyət planı müzakirə olunub və gündəlikdəki digər məsələlərlə bağlı qərarlar qəbul edilib.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının yeni tərkibinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, “Report” İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev təyin ediliblər. Şura üzvlərinin qərarı əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri