Icma.az
close
up
RU
525 ci qəzet Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir FAKTİKİ HAVA

525 ci qəzet Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir FAKTİKİ HAVA

Saat 14:00-a olan məlumata əsasən bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsir.

Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 28m/s, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Neftçalada 20 m/s, Altıağac, Qobustanda 18 m/s, Şirvanda 16 m/s-yə çatıb.

Gəncə, Şəmkir, Tərtər, Lənkəran, Astarada arabir yağış, Quba, Altıağac, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Zaqatala, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta qeydə alınıb.

seeBaxış sayı:44
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri