Icma.az
close
up
RU
525 ci qəzet DİM musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının ixtisas proqramı və ifa olunacaq əsərlərin siyahısını açıqlayıb

525 ci qəzet DİM musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının ixtisas proqramı və ifa olunacaq əsərlərin siyahısını açıqlayıb

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Musiqi sənəti istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə işçi qrupların iclasları başa çatıb.

Dövlət İmtahan Mərkəzindən 525.az-a bildirilib ki, 2024-cü ilin oktyabr ayından etibarən keçirilən bu iclaslarda müxtəlif ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları müzakirə edilib və bu proqramlar çərçivəsində qabiliyyət imtahanlarında ifa olunacaq əsərlərin siyahıları hazırlanıb. Əsərlərin siyahısı müvafiq sahə üzrə ekspertlər və ali təhsil müəssisələrinin mütəxəssisləri ilə razılaşdırılıb.

Bu siyahılar qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlər və tədris aparan müəllimlər üçün kömək məqsədilə hazırlanıb. Nəzərə almaq lazımdır ki, bu əsərlər tövsiyə xarakteri daşıyır və abituriyentlər ixtisas proqramı əsasında hazırlanan bu siyahılara daxil olan əsərlərin çətinlik səviyyəsinə uyğun başqa əsərlər də seçərək təqdim edə bilərlər.

Bu siyahılarda olmayan əsər seçən abituriyentlər [email protected] ünvanına müraciət etməlidirlər. Abituriyentin proqrama uyğun təqdim etdiyi əsər bu siyahıya əlavə ediləcək.

İxtisaslar üzrə imtahanda ifa edilməsi tövsiyə olunan əsərlərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Belə ki, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçərkən abituriyentlər ixtisas fənni üzrə qabiliyyət imtahanında ifa edəcəkləri əsərləri müvafiq siyahılardan seçəcəklər. Abituriyentlər əsərləri seçdikdən sonra qeydiyyatlarını təsdiqləyə biləcəklər. Bu haqda ətraflı məlumat qeydiyyat günlərində veriləcək. Qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat buraxılış (V ixtisas qrupu üzrə qəbul) imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq.

Xatırladaq ki, ixtisas imtahanında ifa olunan əsərlərin seçimi ötən illərdə proqram formasına abituriyent tərəfindən yazılaraq imtahan zamanı qiymətləndirmə aparan komissiyaya təqdim edilirdi.

Təsdiq edilmiş əsərlərin imtahan zamanı dəyişdirilməsinə yol verilmir.

Musiqi müəllimliyi ixtisası üzrə proqrama uyğun əsərlərin seçimi əvvəlki illərdə olduğu kimi həyata keçiriləcək.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri