Icma.az
close
up
RU
525 ci qəzet Feminizm günəşi qürub edir Günel Musa yazır

525 ci qəzet Feminizm günəşi qürub edir Günel Musa yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Günel MUSA

Ötən parlament seçkiləri ərəfəsində, uzun illərdir görmədiyim, tanış bir xanımla təsadüfi görüşümüz oldu. İkimiz də məktəbdən uşaqları götürürdük. Söhbət əsnasında bildim ki, əvvəlki həyat yoldaşından ayrılmış bu xanım ikinci dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşından ayrılma səbəbi aşırı qısqanclıq və ən əsası isə işləməyə icazə verməməsi imiş. Ayrılıblar. Ayrıldıqdan sonra "karyera yolunda inamlı addımlarla irəliləyib". Sonra görüb, yox, "qabırğasız" alınmır. İkinci dəfə birinci həyat yoldaşı ilə tam əks xarakterdə olan bir bəylə ailə qurub. Amma gördüm, yenə narazıdır. Səbəb? "Çox yoruluram", "Hər yerə tək gedirəm", "Məni heç qısqanmır", "Hər şeylə razılaşır". "Kişi olan kəs bir dəfə zəng vurub deməzmi, ay arvadım hardasan?!"  Axırda da dedi: "Mən bilirsən nə istəyirəm?" Açığı, bilmək istəmədim. Və nədənsə mənə elə gəldi ki, heç özü də nə istədiyini bilmir. Bu cansıxıcı söhbətin mövzusunu dəyişmək üçün, onun səsvermədə iştirak edib-etməyəcəyini soruşdum. Dedi, mən bu yaşıma qədər (44 yaşı var) bir dəfə də seçkidə, səsvermədə iştirak etməmişəm. Dedim, yaxşı bəs təhsilin yarımçıq qalmışdı, davam etdirdinmi? Cavabından öyrəndim ki, "azad" olduqdan sonra təhsilinin də ardınca düşməyib. Bəs nə işlə məşğuldur? Dırnaq qaynağı ilə...

Sosial platformalarda tez-tez qarşılaşdığımız müzakirələrdən biri də gender bərabərliyi mövzusudur. Qlobal miqyasda gender bərabərliyinə nail olmaq həm də qadınlara və qızlara qarşı cinsi alver, qadın cinayəti, müharibə zamanı cinsi zorakılıq, gender əmək haqqı fərqi və digər təzyiq taktikaları daxil olmaqla, zərərli təcrübələrin aradan qaldırılmasını tələb edir. Lakin müasir dövr feministlər gender bərabərliyinin müdafiəsi altında əks cinsin nümayəndələrinə qarşı düşmən mövqe səgiləyirlər. Bu mövzuda radikal feministlərin düşüncələri və təbliğatı olduqca zərərlidir. Feminizm qadınların kişiləri tamamilə yox sayması, kişilərə qarşı düşmən mövqedə dayanmağı tələb etmir. Feminizm seksistliklə, yəni cinsi ayrı-seçkiliklə, cinsi istismar və qadına qarşı təzyiqlərlə mübarizə hərəkatıdır.

İstər qadın olaq, istərsə də kişi, hər birimiz doğulduğumuz andan etibarən sosiallaşdıqca zaman-zaman seksist düşüncələri qəbul etməyə yönləndirilirik və bu bir həqiqətdir ki, qadınlar da kişilər qədər seksist ola bilir. Feminizm inkişaf etdikcə cəmiyyətimizdə yalnız kişilərin deyil, qadınların da ən az kişilər qədər seksist olduğu həqiqətini qəbul etməliyik. Odur ki, artıq kişilərə qarşı çıxan feminizm anlayışı ictimai gender ədalətinin yaradılması ilə əvəz olunmalıdır. Çünki biz qadınlar əvvəlcə öz seksist düşüncələrimizlə üzləşməliyik. Günümüzdə rəhbəri qadın olan böyük şirkətlər var. Təhsil ocaqlarında rəhbər vəzifədə olanların əksəriyyətini qadınlar təşkil edir. Mən özüm uzun illər rəhbəri qadın olan 3 şirkətdə çalışmışam. Məncə, rəhbəri kişi olan iş yerlərində çalışan qadınlar daha az istismara, mobinqə, psixoloji təzyiqə uğrayır, nəinki qadınların rəhbərliyi altında çalışan qadınlar. Daha bir misal: zaman-zaman efirdə, sosial şəbəkələrdə səsləndirilən seksist fikirlərin, yanaşmaların əksəriyyəti həmcinslərimiz tərəfindən müdafiə olunur. Təəssüf ki, xeyli vaxtdır efir-efir gəzib qadınların kişinin köləsi olduğu fikrini müdafiə edən müğənni də qadındır. "Ərim mənim Allahımdır", "Ərimin ayağını yuyaram, hələ suyunu da içərəm", "Qoy vursun məni, təki səsi evdən əskik olmasın", "Qadın kimdir ki, kişi olan yerdə", "Qadın nədir, telefon işlətmək nədir" kimi fikirləri səsləndirənin bir qadın olduğu cəmiyyətdə sanki bir az kişilərin günahına giririk. Qəribədir ki, "feministəm" deyib özünü həlak edən bacılarımızın əksəriyyəti başqa bir qadının quyusunu qazarkən hər hansı bir zəif nöqtəsindən həmin qadına qarşı silah kimi istifadə etməkdən zərrə qədər çəkinmir.  İctimaiyyət qarşısında "güclü qadın" imici yaradaraq başqa qadınlara özünü örnək göstərməyə və bununla da evdar qadınları əzməyə çalışarkən feminist ruhları nədənsə narahat olmur. Əvvəlcə onu qeyd edim ki, evdar qadın olmaq, övladının qayğısına qalmaq qadının uğursuzluğu deyil. Uşağa baxmağı, yemək bişirməyi, ev təmizləməyi alçaldıcı bir iş olaraq görmək insanlıq tarixinə ayıbdır. Müasir dünyada qadınlar cəmiyyətdə rol ala bilir və bu, mükəmməl bir irəliləyişdir. Amma "feministəm" deyib ortalıqda hay-küy salanlar bilməlidir ki, qadınlar hətta fəal olmadıqlarını düşündüyümüz dövrlərdə belə, həyata təsir etmək gücündə olublar.

Radikal feministlər tez-tez qadın istismarının əsasən İslam dinindən irəli gəldiyini iddia edirlər. Halbuki İslam dini qadını heç vaxt sosial həyatdan qoparmayıb, onu həyatın bir parçası olaraq qəbul etdiyini də göstərən örnəklər var. Rəvayətə görə, xəlifə Ömər öz hakimiyyəti zamanında bir gün minbərə çıxıb qadınlara gərəyindən artıq mehr verilməməsini istəyib. Bu zaman əhali arasından bir qadın irəli duraraq ayələrdən örnək verir və bu fikrə qarşı çıxır. Bundan sonra xəlifə Ömər söylədiyi fikrin yanlış olduğunu qəbul edib mövqeyindən daşınır. Bu epizod səhabələr dövründə belə qadınların məscidlərə gedib rahatlıqla fikirlərini söyləyib müdafiə etdiklərini göstərir və İslamın ilk illərində qadının cəmiyyətdəki mövqeyinin müəyyənləşdirilməsi, idarəçilərin onların fikir və qərarlarına nə dərəcədə hörmətlə yanaşması ilə bağlı mühüm ipucları verir. Bir gün İmam Malikdən soruşurlar ki, bir qadın naməhrəm bir kişi ilə və yaxud da bir köləsi ilə eyni süfrə arxasına əyləşib yemək yeyə bilərmi? İmam bu suala: "Əgər həmin əyalətdə qadınların kişilərlə yemək yeməsi ənənədirsə, bunda qəbahət yoxdur" - deyə cavab verib. Yəni hansısa bir davranışın ənənəyə çevirilməsi artıq cəmiyyət tərəfindən qəribə qarşılanmayacaq.

Göründüyü kimi, sosial həyatda qadınlarla kişilərin bərabərhüquqlu olmasına dində heç bir qadağa yoxdur. İslam dini sadəcə olaraq qadın və kişi arasındakı sosial münasibətlərin balanslaşdırılmış səviyyəsini ortaya qoyur. Bu səviyyə nə qadını sosial həyatdan qoparıb evə həbs edən, nə də  sərhədsiz bir sərbəstliklə onun dəyərsizləşdirilib kommersiya əmtəəsinə çevirilməsinə səbəb olan bir səviyyədir. Feminizm hərəkatının Qərbdə başlaması da bir daha sübut edir ki, Şərqdə qadınlar hər zaman azad olub, yüksək dəyər görüb.

Hazırda ən radikal fikirlərin daşıyıcıları lezbiyan feministlərdir. Əslində lezbiyan feminizmi 1970-80-ci illərdə meydana çıxmış olsa da, hərəkat əsasən 1990-cı illərdən dünyada sürətlə yayılmağa başladı. Təxminən 2000-ci illərdən Azərbaycanda lezbiyan feministlər boy göstərməyə başladı. Bu hərəkatda lezbiyanlığı homofoblara qarşı müdafiə etmək və lezbiyan "mədəniyyətinin" inkişafında bir başlanğıc yaratmaq hədəflənir. Ancaq bu gün lezbiyan feminizminin dünyaya Qərbdə "doğan günəş"i elə Qərbdə də batmaq üzrədir. Növbəti dəfə ABŞ prezidenti seçilən Donald Trampın LGBT haqlarına dair verdiyi bir sıra qərarlar dünyanın bir çox ölkəsində təşkilatlanan LGBT müdafiəçilərinin yuxusunu ərşə çəkib. Trampın imzaladığı "Qadınları gender ekstremizmindən qorumaq və federal hökumətdə bioloji reallığı bərpa etmək" başlıqlı sərəncamında bildirilir ki, ABŞ yalnız iki cinsi tanıyır: kişi və qadın.

Bir əsrdir ki, dünyada, eləcə də ölkəmizdə ictimai-siyasi mühitdə qadınlar ən az kişilər qədər azad və bərabər hüquqlara malikdir. 20-30 il bundan əvvəl qızlarını qonşu kəndə məktəbə göndərmək istəməyən dindarlar belə bu gün qızlarını təkbaşına oxumaq üçün Qərb universitetlərinə göndərirlər. İranda bir vaxtlar qadınların kinoteatrlara getməsi xoş qarşılanmırdı, ancaq bu gün İranda qadınlar üçün kinoaktrisalıq və rejissorluq hörmətli sənətlərdən sayılır. Bu cür sosial dəyişikliklər yaşanarkən feministlərin qadının hansı azadlığı uğrunda mübarizə aparırlar?

Qadın qətillərinin sayının hər gün bir az da artması, qadın bədəninin alver predemtinə çevrilməsinin cəmiyyətdə artıq şok effekti yaratmaması bir az da ifrat sərbəstlikdən irəli gəlir, bəlkə də. "Mənim həyatım mənim bədənim" şüarının acı nəticəsi ola bilər bu. Bir də axı dünyada öldürülən, təcavüzə, istismara, haqsızlığa uğrayan təkcə qadınlar deyil. Feministlərə görə, öldürülən qadındırsa, cinayətdir, kişidirsə, qadının mütləq bir səbəbi var. Bu nə məntiqdir, necə yanaşmadır belə? İndi qadınlar Kosmosa uçurlarsa, parlamentlərin yarısını qadınlar təşkil edirsə, dövlətlərin idarəsində qadınların da mühüm yeri varsa, demək, feminizm hərəkatı artıq dünyada missiyasını çoxdan başa vurub. İndi bəşəriyyətin mübarizə aparmalı olduğu problem insanlar arasındakı təbəqələşmədir. Bu gün dəyərsizləşdirilən varlıq cinsindən asılı olmayaraq insandır.

Yazının girişindəki əhvalatı qeyd etməyimin xüsusi bir səbəbi vardı, əlbəttə. Bəzi qadınlar seçkidə iştirak etmək, təhsil almaq, daha yaxşı karyera qurmaq haqlarına sahib olublarsa da, öz haqlarından istifadə etmirlər. Azərbaycanda qadın azadlığının hansı həddə olduğunu görmək üçün, hər şeyi bir kənara qoyuram, elə Tik-Toka qısaca nəzər salmaq kifayətdir. Məşhur mahnıda deyildiyi kimi: "Daha nə istəyirsən?"

Yazıma məşhur kinorejissor Andrey Tarkovskinin sözləri ilə nöqtə qoymaq istəyirəm. Tarkovski deyirdi: "Feministlərin məqsədinin nə olduğunu anlayıram. Onlar artıq məsuliyyət daşımaq istəmirlər. Hər zaman əzildiklərini və bərabər haqlar qazanaraq bu vəziyyətdən xilas olacaqlarını zənn edirlər. Qavraya bilmədikləri isə budur: insan, qadın və ya kişi olmasından asılı olmayaraq ürəkdən azad olmaq istəyirsə, sözsüz ki, azaddır. Azadlığı özü seçdiyi üçün azaddır, azadlıq tərəfdarı olan bir ölkədə yaşadığı üçün deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see187

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see125

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri