525 ci qəzet Gənclər Kitabxanasında İntiqam Mehdizadənin 80 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Respublika Gənclər Kitabxanasında yazıçı-jurnalist İntiqam Mehdizadənin 80 illiyi münasibətilə həyat və yaradıcılığına həsr edilmiş virtual kitab sərgisi və vəsait hazırlanıb.
525.az-a kitabxanadan bildirilib ki, rəsmi saytda yerləşdirilən https://ryl.az/funds/daycest linkində İntiqam Mehdizadənin özünəməxsus yaradıcılıq keyfiyyətləri təsvir edilib, “El istəkli, Vətən istəkli İntiqam Mehdizadə” adlı məqalənin tam mətni verilib.
Həmçinin yazıçının müxtəlif qəzet və jurnallarda çap edilən “Vahidimiz Əzizimiz”, “Rənglər, yaxud yaddaşlardan silinməyən Səməd Mənsur hikmətləri”, “Xocalı gəzişmələri”, “Səs yadigarı”, “Fəlsəfə və biz - Bu gün dünəndən başlayır” kimi 30-a yaxın məqaləsinin biblioqrafik təsviri, qısa annotasiyası və elektron keçid yer alıb.
Virtual kitab sərgisində İntiqam Mehdizadənin yaradıcılıq nümunələri ilə yanaşı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Rafael Hüseynovun yazıçı haqqında söylədiyi dəyərli fikirlər, yazıçının öz səs yazıları da təqdim edilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə İntiqam Mehdizadənin “İşığa çıxmış düşüncələr”, “Maralı qoca dağlar”, “Ömür belə keçir” kimi kitabların qısa annotasiyası sərgilənib.
Material kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/intiqam-mehhdizade-80 yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Fevral 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















