Icma.az
close
up
RU
525 ci qəzet Gənclərin və yeniyetmələrin dünyagörüşünün inkişafı naminə Gəncədə təqdirəlayiq təşəbbüs

525 ci qəzet Gənclərin və yeniyetmələrin dünyagörüşünün inkişafı naminə Gəncədə təqdirəlayiq təşəbbüs

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnkişaf etməkdə olan ölkəmizdə uğurla aparılan gənclər siyasəti yeni nəslin müasir bəşəri tələbləriə cavab verən, intellektual imkanlarını daim artıran, eyni zamanda, milli-mənəvi dəyərlərə layiqincə sahib çıxan yetkin vətəndaş kimi formalaşması üçün geniş imkanlar yaradıb. Bu baxımdan, artıq Azərbaycanın hər güşəsində yaşayan, özündə cəmiyyətə fayda verə bilmək qabiliyyəti hiss edən gənclər öz tərəqqipərvər təşəbbüslərini məsləkdaş və həmyaşıdları ilə rellaşdıra bilir və bu işdə dövlət qurumları və ictimaiyyətdən dəstək görürlər.

Haqqında xəbər verəcəyimiz tədbir də yerlərdəki bu cür təşəbbüslərin yaddaqalan nümunələrindəndir. Özü də Gəncənin orta məktəblərindən birində baş tutan bu görüşdə gənclərin dünyagöürşünün, eləcə də zövqünün inkişafı məqsədlərinə xidmət edən bir neçə tədbir bir-birini əvəz edib.

Beləliklə, Gəncədə  bir qrup gənc tərəfindən yaradılan “Dünyəvi Elmlərin İnkişafı İnstitutu”adlı qurumun, eləcə də həmin təsisatın nəzdində fəaliyyət göstərəcək maariçi dərnəklərin təqdimatı olub.

Təşkilatın struktur və məqsədləri haqda bu ideyanın təşəbbüskarı Kamran Yusifzadə məlumat verir.

“Yaratdığımız “Dünyəvi Elmlərin İnkişaf İnstitutu” yeniyetmə və gənclər arasında  ədəbi və sosial elmlərin inkişafını dəstəkləyən platformadır. O, orta məktəbləri və digər təhsil müəssilərini həmin elmlərin inkişafı üçün bilgi resursları ilə təmin edən ilk multidissiplinar təhsil “startap”ıdır. İlk addımımızı Gəncənin 29 saylı tam orta məktəbində atdıq. Artıq qurumun tərkibində ədəbiyyat və mədəniyyət yönlü “Gənc Ədiblər Məclisi”, “Ədəbi Müzakirələr” və  “Gənc Tamaşaçı Teatrı” adlı ilk dərnəklər fəaliyyətə başlayıb. Yaxın perspektivdə sosial elmlər sahəsidə  dayanıqlı inkişaf , məktəblilərin debat bacarıqlarının inkişafı və diplomatiyanın əsalarına dair mütaliə dərnəkləri də açlacaq” – deyə, K. Yusifzadə bildirir.

Avropada ali təhsil alan və son illərdə Gəncənin ictimai-maarifçi mühitində tanınmağa başlamış Kamranın yaratdığı təşkilatın dərnəkləri içərisində ədəbi-bədii yöndə olanlar üstünlük təşkil etməsinində ailə ənənəsinin də rolu ola bilər. Axı o, tanınmış yazıçımız Nüşabə Əsəd Məmmədlinin nəvəsidir.

“Kamran öz dostları ilə yaratdığı təşkilatın ilk addımını orta təhsil aldığı 29 saylı doğma məktəbində atdı. Onlar tezliklə Gəncənin diğər məktəblərində də bu layihəni həyata keçirəcəklər. İlk təqdimat mərasimində Kamranın müəllifi olduğu və dostu Fəridlə birgə quruluş verdiyi “Topçubaşovun vəsiyyəti” pyesinin “Gənc Tamaşaçı Teatrı” dərnəyi tərəfindən göstərilən tamaşa da möhtəşəm idi və sanki gənc nəslə zamanın çağırışı idi” –deyə, Nüşabə xanım aldığı təəssüratlarını bölüşür.

Doğrudan da tamaşada oynanılan rollara nəzər saldıqda, pyesin miqyas və məramı haqda təsəvvür yürütmək mümkündür. Elə bu obrazları böyük şövqlə canlandıran uşaqların adını da qeyd etmək, onları gələcək işlərə daha da həvəsləndirmək üçün stimul olardı:  Əlimərdan bəy Topçubaşov - Qaraxan Həsənov, Əhməd bəy Ağaoğlu - Aqşin Quluzadə, Ceyhun bəy Hacıbəyli - Əli Məmmədov, Pəri xanım Topçubaşova - Zemfira  Ələkbərova, Vudro Vilson - İmran Yolçuyev, Lili - Gülər Hüseynova, Misyö Jan-Jak - Qəzənfər Məmmədov, Lui - Kamran Səmədov,  Poçtalyon - Rəhbər Həsənov.

Onu da deyək ki, “Dünyəvi Elmlərin İnkişaf İnstitutu” təşkilatı və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər K.D. Uşinski adına 29 saylı tam orta məktəb tərəfindən birgə keçirilən bu tədbirə, eləcə də yuxarıda sözügedən layihələrin gerçəkləşməsinə “Gəncə Maarif Evi” və onun sponsorları dəstək verib.

Tədbirin qonaqları layihə çərçivəsində bu məktəbdə yaradılan “Gənc Ədiblər Məclisi”nin fəaliyyətini əks etdirən stendlərlə və  ədəbi tənqid-təhlil və dram nəzəriyyəsi tədqiqatları mərkəzi kimi nəzərdə tutulan  kitabxana və onun avadanlıqları ilə də tanış oldular.

Zakir MURADOV, Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri