Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

525 ci qəzet Hədər yaşanmayan həyat

525 ci qəzet Hədər yaşanmayan həyat

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Dilarə İSGƏNDƏRZADƏ

Hər dəfə Rəsul Rzanın "İnsan şəkli" şeirini oxuyanda gözlərimin qarşısında Gülabbas müəllimin nurlu çöhrəsi dayanır:

"Bir insan şəkli asacam;

qapalı dodaqlarında söz yanığı.

Ətrafında bayram təntənələri.

Baxışında sınaq günləri,

dözüm sənələri.         

Şəklin müəllifi - Zaman.

Adı - insanlığın ömür yolu".

Gülabbas müəllimin də müəllifi Zaman idi. O, bəşər tarixinin ən dəhşətli əsri olan XX əsrin təlatümlərini yaşamışdı. Həm də bu təlatümlərin, sarsıntıların, əzab və məşəqqətlərin seyrçisi olmamışdı. O, zamanın bütün ağrılarını öz dərisində, öz ruhunda və öz bədənində hiss etmişdi. Təsadüfi deyil ki, o öz avtobioqrafiyasını "Bir ömrün təzadları" adlandırırdı. Bu barədə bir az sonra... Hələlik bir haşiyə çıxıb Gülabbas Qəhrəmanovun ömürlüyünü xatırlayaq:

Gülabbas Abbas oğlu Qəhrəmanov 1 fevral 1942-ci ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika şöbəsini bitirdikdən sonra "Yeni Şirvan" qəzetində çalışıb, daha sonra Şamaxı Rayon Partiya Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri, Şamaxı Rayon Xalq Nəzarət Komitəsinin sədri, Qobustan Rayon Partiya Komitəsinin I katibi vəzifələrində işləyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərib, Milli Məclisin deputatı olub.

Yuxarıda qeyd olunduğu kimi, Gülabbas Qəhrəmanov dövrün bütün sarsıntı və əzablarını öz şəxsi təcrübəsində yaşamışdı: "Babam Qəhrəman iki dəfə "dili" (bu ifadə onlara, o dövrün insanlarına məxsusdur) edilib, yəni hər bütün var-yoxu əlindən alınıb. Əvvəlcə Azərbaycanda sovet hakimiyyəti qurulanda - 1920-ci ildə, sonra kənddə kolxoz təşkil ediləndə - 1935-ci ildə. Bu azmış kimi, babama "kulak" damğası da vurulub. Əmim Abasalını isə 1937-ci ildə "xalq düşməni" kimi güllələyiblər".

Bütün bunlar hələ Gülabbas anadan olmamış vaqe olanlar idi. Tale ona yeni bir sınaq hazırlayırdı: "Atam Abas 1910-cu ildə anadan olub. 1941-ci ilin noyabrında müharibəyə gedib. Mən anadan olandan 3 ay əvvəl cəbhədə sol qolundan yaralanıb və 1943-cü ildə kəndə qayıdıb. Bir il mağazada işləyib. 1944-cü ilin noyabrında elə müalicə olunduğu hərbi hospitaldan cəbhəyə yola salınıb və elə həmin ay Smolensk şəhəri uğrunda döyüşlərdə həlak olub..."

Və əmisi Sərkar... Ali məktəb tələbəsi olan Sərkar ilk qış tətilinə kəndə gələrkən yolda donub ölmüşdü...

Oğlu güllələnmiş, var-yoxdan çıxmış bir "kulak"ın - Qəhrəmanın nəvəsi və onun əlindən bütün sərvətini hökumətin ordusunda həyatını itirən - Abasın oğlu... Gülabbas Qəhrəmanovun ömür yolu beləcə başlamışdı...

"Bir ömrün təzadları"nı oxuyanda qəhrəmanın və müəllifin dözümünə, səbrinə, ali dəyərlər naminə mübarizəsinə heyran qalmamaq olmur. "Yeni Şirvan" qəzetində çalışdığı günlərdə gənc Gülabbas qələmini xalq naminə işlədir, problemlərdən yazır, əyintilər və mənfi hallara qarşı ürəkdən mübarizə aparırdı. Bir neçə il bu qəzetdə çalışdıqdan sonra Gülabbas Qəhrəmanov partiya işinə keçdi. Azərbaycan mətbuatı gənc və işıqlı bir imza itirsə də, Azərbaycan bürokratiyası yeni bir kadr qazanmışdı. Sovet rejimi Gülabbas Qəhrəmanov üçün ağrı və acılarla dolu idi, əmisini bu rejim güllələmişdi, atası bu rejimin yolunda öz canından keçmişdi. Babasının bütün sərvəti bu rejim tərəfindən talan edilmişdi. Ancaq Gülabbas Qəhrəmanovun taleyinə bu rejimin bir kadrı olmaq düşmüşdü. Bu da ömrün təzadlarından biri idi. Ancaq burda təzadlı olmayan bir şey vardısa, o da Gülabbas müəllimin fəaliyyəti boyunca mənəvi-əxlaqi dəyərləri üstün tutması, daim öz məsləyində, öz ideallarında israr etməsi, bu barədə heç bir güzəştə getməməsi idi. O zamanın axarına düşüb getmirdi, axına qarşı üzürdü, insan ləyaqətinin ucalığına inanırdı və daim həqiqətin tərəfində dayanırdı. İstər Şamaxı rayon partiya komitəsində təlimatçı, istər təşkilat şöbəsinin müdiri, istər Şamaxı rayon Xalq Nəzarət Komitəsinin sədri, ya da Qobustan rayon partiya komitəsinin I katibi olduğu dövrlərdə o, daim rüşvətxorluğa qarşı ardıcıl, prinsipial mübarizə aparmışdı. Ancaq cəmi bir dəfə öz prinsiplərini pozmalı olmuşdu. Bu əhvalat Gülabbas Qəhrəmanovun Qobustan Rayon Partiya Komitəsinin I katibi kimi fəaliyyətə başladığı ilk günlərdə baş vermişdi. "Sovxoz, kolxoz, imkanlı idarə və müəssisələrin rəhbərlərini qəbul edib məqsədimi özünə məxsus yolla bildirdim:

- Sizi vəzifəyə qoyduğum üçün, yəqin ki, mənə nə qədər rüşvət verəcəyinizi düşünürdünüz, amma bunu dilə gətirə bilmirdiniz. İndi mən istəyimi açıqlamağa məcburam. Ürəyinizdə tutduğunuz pulları gətirin, amma heç kim bilməsin...

Birdən-birə belə dəyişməyim, təəccüblə qarşılansa da, hər kəs tezliklə pulla təşrif buyurdu. Mən onları banka göndərib pulları həmin hesaba köçürmələrini tapşırdım. Az vaxtda bir milyon rubldan çox pul toplandı. Həmin pula 3 tank aldıq və onlara "Qarabağ", "Qobustan", "Cavanşir" adları qoyub Ağdama apardıq. Tankları görən könüllülər batalyonunun komandiri, sonralar Azərbaycanın Milli Qəhrəmanı adını alan mərhum Allahverdi Bağırov sevinclə məni qucaqladı və qürurla dedi: "Bax, bizə belə kömək lazımdır. Yoxsa çoxu ərzaq göndərir"...

"Bir ömrün təzadları"nı oxuduqca insanı maraq bürüyür: "Bir insanı bu qədər qətiyyətli, mübariz və əxlaqlı edən nədir?" Bu sualın cavabını avtobioqrafiyanın elə ilk səhifələrində tapmaq olar: "1947-48-ci illərdə "Koroğlu" dastanı və Nizaminin əsərləri kitab kimi çap olunmuşdu. O zamanın tələblərinə görə həmin kitablar kənd kitabxanalarına da verilirdi. Sanki xüsusi bir tapşırıq vardı. Hər axşam bədii qiraət günləri olurdu. Çıraq işığında hər gün dastanın bir qolu, ya da Nizaminin əsərlərindən nümunələr oxunurdu. Hamı diqqət kəsilərdi. Yox, təkcə qulaq asmırdılar, həm də təsvir edilən hadisələrlə yaşayırdılar".

Ədəbiyyat, bəlkə də, dünyanı xilas edə bilməz, ancaq o, insanı xilas edə bilər. Mənə elə gəlir ki, Gülabbas müəllim də dastanların, Nizaminin poemalarının ruhunda tərbiyə aldığına görə dastanlarda, nağıllarda, hekayə və romanlarda vəsf olunan mərdlik, dürüstlük, xeyirxahlıq, təmizlik kimi dəyərlər hələ uşaq ikən onun ruhuna işləmiş, mənəviyyatını yoğurmuşdu. Gülabbas Qəhrəmanovun kitabını oxuduqca bir məqamın da fərqinə varırıq. Onun ən gözəl günləri universitetdə oxuduğu illərə düşüb. Bir sıra səbəblərdən gec təhsil alsa da, təhsil günlərinin bir dəqiqəsini də boşa keçirməmiş, səylə çalışmış və doymadan mütaliə ilə məşğul olmuşdu. Yazının sonunda Gülabbas Qəhrəmanovun müəllimi Bəxtiyar Vahabzadə ilə bağlı bir xatirəsini diqqətə çatdırmaq istəyərdim. Gülabbas Qəhrəmanovun səriştəsinə, qabiliyyətinə bələd olan Bəxtiyar Vahabzadə ona "Azərbaycan" jurnalının dörd buraxılışını oxuyub bu nömrələrlə bağlı təəssüratlarını özünə çatdırmağı tapşırır. Görüş barədə oxuyuruq:

"Mən jurnalda dərc olunan şairlər, onların əsərləri haqqında danışdım. Əli Kərim yaradıcılığını xüsusi hadisə kimi qiymətləndirdim. Bəxtiyar müəllim mənə diqqətlə qulaq asdı, bir dəfə də olsun, sözümü kəsmədi. Axırda suallar verməyə başladı və nə üçün onun çap olunan şeirləri haqqında fikrimi bildirmədiyimi soruşdu. Cavab verdim ki, Bəxtiyar müəllim, əgər oxuduğum əsər bir həftədən sonra məni düşündürmürsə, mən onun haqqında danışa bilmirəm. O, həyəcanla yerindən qalxdı, otaqda xeyli var-gəl etdi. Dərindən ah çəkib Əli Kərimi xeyli təriflədi, "gəldiyin nəticə doğrudur - dedi. - Daha nə sözün var?" - soruşdu.

Mən onu yaxşı başa düşürdüm. Amma neyləyim, başqa cür ola bilmirəm, necə bilirəmsə, elə də danışıram. Amma onu çox-çox sevdiyimi də bildirməliydim axı.

- Bəxtiyar müəllim, mən sizin ən çılğın pərəstişkarlarınızdan biriyəm. Latın dili, ana haqqında şeirləriniz, fəlsəfi şeirləriniz, xüsusilə "Gülüstan", "Şəbi-hicran" poemalarınız məni riqqətə gətirib. Sonra "Təklik" şeirindən bir bənd dedim:

Yarpağı tez solar tək ağacın da,

Kölgəsi yoxdursa, necə solmasın?!

Meşələr  sultanı, meşələr şahı

Aslanın özü də yalqız olmasın!

Bəxtiyar müəllimin üzünə təbəssüm qondu. O, "Gülüstan" poemasını oxuduğuma təəccübünü bildirəndə: "Bəxtiyar müəllim, nəinki oxumuşam, hətta yoldaşlarımla birlikdə onu təbliğ də edirik", -dedim. Beləliklə, ilk görüşdən hər ikimiz razı qaldıq.

lll

"Bir ömrün təzadları" kitabı "Hamıya belə bir ömür arzulayıram" cümləsi ilə bitir. Doğrudan da, sınaqlar nə qədər çətin, məhrumiyyətlər nə qədər dərin olsa da, ziddiyyətli, mürəkkəb və sarsıntılı dövrdən salamat çıxmaq, ruhu və mənəviyyatı daim uca tutmaq ancaq xüsusi insanlara verilmiş keyfiyyətdir. Gülabbas Qəhrəmanov belə insanlardan idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see627

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see601

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see597

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see452

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see411

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see381

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see342

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see312

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see301

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri