Icma.az
close
up
RU
Vicdanın səsini dinləyən adam

Vicdanın səsini dinləyən adam

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çox zaman “ziyalılıq” anlayışını yerli-yersiz, sağa-sola işlədərək dəyərini kiçiltməkdəyik. Subyektiv düşüncəmə görə, vicdanlı, ədalətli, əqidəli, intellektli, səmimi, sadə, humanist, ləyaqətli, azadfikirli, cəsarətli, qürurlu, əyilməz, əzilməz, sınmaz, vətəndaş mövqeyini qorumağı bacaran, milli mənafeyini, xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan, həqiqətin keşiyində dayanan və digər müsbət mənəvi keyfiyyətləri özündə cəmləşdirən insan olmaq ziyalılığın meyarıdır. İnsanlıq belə şəxsiyyətlərin çiynində yaşayır. Onlar Vətənini, yurdunu, millətini urvatlandıranlardır.

Professor Rafiq Əliyev belə ziyalılarımızdandır. Beş dildə kitablar yazan, Təbrizdə, ABŞ-da, Almaniyada, İsveçdə, uzaq Avstraliyada və başqa ölkələrdə Vətənimizi ləyaqətlə təmsil edən Rafiq müəllim təfəkkürü Qərbə, əxlaqı Şərqə uyğun gələn mənəviyyat adamıdır. Yaxından tanıyanlar onu “Şərqlə Qərb arasında möhtəşəm körpü”, yaxud “bir ölkədən başqa ölkəyə işə gedən” bilim adamı kimi təqdim edirlər.

Rafiq müəllimin fikrincə, “ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən, ağlı ilə xalqın yoluna işıq salan şəxsiyyətdir”. O, özü də  “bunu bacaran, buna nail olan alimi, fikir adamını  ziyalı adlandırır. Özünün şəxsiyyəti də bu kriteriyalara uyğun gəlir. Bir də professor tam əmindir ki, əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyəndir.

Rafiq müəllimin bu cəmiyyətdən istəyi nədir? Bunu bir müsahibəsində jurnalistə konkret deyir: “elə belə də yazın, normal yaşamaq istəyirəm!” Rafiq müəllimin normal yaşam ölçüsü azad, demokratik, ancaq qanunların şah olduğu, insanlara dəyər verilən, “dostluqda tarazlıq gözlənilən”, əhalisinin heç olmasa 2-3%-i əsl ziyalı olan, bütün eybəcərliklərə, özünə müxalif insanların düşüncələrinə sayğı ilə yanaşılan bir cəmiyyətdə yaşamaqdır. O, Vətənimizi belə görmək istəyir. Jurnalist Pərvizin gözəl deyimi var: “O, (Rafiq Əliyev-V.O.) Azərbaycandir. Təkcə buna görə Azərbaycanin bir parçası olmağa dəyər”. Professor vətənsevər, yurdsevər, torpağa bağlı, “vicdanının tələb etdiyini yerinə yetirən” (L.Tolstoy) İnsandır.

“Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kəsə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmişə invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki, sınmır.  Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir sınır. Amma palıda külək dəyə bilmir”.

Bu izahda - 6-7 cümlədə elm də var, əxlaq da, ağsaqqal məsləhəti də, əsl ziyalılıq da...

Macar yazıçısı İmre Kertez əxlaqı insan varlığının xadiməsi adlandırır. Şeyx Məhəmməd Xiyabaninin “xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlayır” deyimində böyük həqiqət var. Professorun qənaətinə görə əxlaq təfəkkür kimi beyindən gəlmir, qandan gəlir. Rafiq müəllim  “böyüklüyü sadəlikdə görən əxlaq nümunəsi, insanlıq etalonu”dur, mənəviyyat adamıdır (R.Tağızadə),  “nəfsini yenməklə, ona qalib gəlməklə Allaha varan, Ali Məqama çatan hürufidir” (M.Yaqub), vicdanın və elmin həmişəyanar işığıdır.

Rafiq Əliyevin ziyalılıq meyarlarında dostluqda tarazlıq da mütləqdir. “Mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm” cümləsində onun dostlarının xarakteri, dostluq əyarı dəqiq bilinir.

Biz ətrafımızdakı örnək götürüləsi insanların dəyərini yetərincə bilmirik. Lütfizadə kimi böyük elm adamı Rafiq müəllimlə dostluğu özünə şərəf bilirdi. Mənəvi  və bilim dünyası ilə nümunə olan Xudu Məmmədovun düşüncəsi ilə desək, elə qala tikəsən ki, hər yerdən görünə, izi qala. Rafiq Əliyev hətta məşhur amerikalı alim Ronald Yagerin təbirincə desək, uzaq ABŞ-dan – yeddi min mil uzaqlıqdan görünən əzəmətli qaladır – özünün tikdiyi qala...

Vaqif Osmanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri