525 ci qəzet Hərbi əməliyyatlar nəticəsində Qəzzaya azı 38 milyard dollar ziyan dəyib
Icma.az bildirir, 525.az portalına istinadən.
2023-cü ilin oktyabrından etibarən, Qəzza zolağına dəyən birbaşa ziyan ən azı 38 milyard ABŞ dolları təşkil edir.
525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə ilkin məlumatı anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında yayıb.
Məlumata görə, sektorda 137 təhsil müəssisəsi, 823 məscid və 3 kilsə, mədəni və ya tarixi əhəmiyyət kəsb edən 206 obyekt və s. dağıdılıb. 160-dan çox tibb müəssisəsi atəşə tutulub, elektrik yarımstansiyalarına, su və kanalizasiya şəbəkələrinə, həmçinin anklavın nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.
Yanvarın 20-də anklavın Səhiyyə Nazirliyi 47 min 35 fələstinlinin həlak olduğunu, 111 mindən çox adamın yaralandığını bildirib.

Qəzzaya 38 milyard dollarlıq ziyan dəyib
21 Yanvar 2025 14:20
Qəzzaya 50 milyard dollardan çox ziyan dəyib
02 Fevral 2025 19:48
Polis əməliyyatlar keçirdi 38 nəfər saxlanılıb
18 Yanvar 2025 10:09
525 ci qəzet Somalililər Trampın Qəzzaya köçürmə planına etiraz ediblər
07 Fevral 2025 16:43
Hərbi əməliyyatlar 2025 ci ildə başa çatacaq Budanov
20 Fevral 2025 15:28

