Icma.az
close
up
RU
525 ci qəzet Kukla teatrı janrında klip Sıradan Adam

525 ci qəzet Kukla teatrı janrında klip Sıradan Adam

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış reper, yazıçı Qaraqan fərqli və düşündürücü bir layihə - "Sıradan Adam" adlı yeni mahnısıyla gündəmə gəlib. Mahnının vizual həlli çox maraqlıdır.

Bu, Azərbaycanda ilk dəfə kukla teatrı janrında hazırlanan klipdir. Hadisələrin mərkəzində müəllifin Sıradan Adam adlandırdığı bir obraz dayanır. O, fərqli düşünsə də, kasıbdır, uğursuzdur. Divarda Nizami Gəncəvinin rəsminin asılması onun mədəni bir insan olduğuna işarə edir.

Süjetin başqa bir maraqlı detalı masanın üzərindəki qəzetdir. Qəzetdə plastik əməliyyatlar vasitəsilə insanların getdikcə bir-birinə daha çox bənzədiyi vurğulanır. Bu isə Sıradan Adamın kütlə içində tək qaldığını və onların bayağı dünyasına uyğunlaşmaq istəmədiyini göstərir. Cəmiyyət tərəfindən qəbul edilmədiyi üçün təkliyə məhkum olan bu insan sonda əlində "2+2=5" yazısı ilə şəhərin mərkəzinə çıxır.

Bu simvolik səhnə Sıradan Adamın ətrafındakı yalanları qəbul etdiyini və onlarla barışdığını göstərir. Belə olduqda, üzsüz, formasız, bir-birinə bənzəyən skelet insanlar ona yaxınlaşır və xorun müşayiəti ilə mahnı oxumağa başlayırlar.

Klipin ikinci hissəsində Sıradan Adamın içində üsyan qopur. O, həqiqi fikirləri ilə insanlara müraciət etməyə çalışır. Lakin bu fərqliliyi insanlar qəbul etmir və onu barmaqla göstərməyə, daş atmağa başlayırlar. Nəticədə, o, cəmiyyətdən kənarlaşdırılıb ruhi xəstəxanaya salınır.

Mahnının əsas mesajı budur ki, fərqli düşünən, mədəni insanı bayağı kütlə qəbul etmir. Belə insanlar bütün zamanlarda və bütün məkanlarda sıxışdırılıb uzaqlaşdırılırlar. Kütlə onları "dəli" adlandırır, öz içində əridib yox edir. Cəmiyyətin inkişafı üçünsə məhz belə adamların, fərqli düşünənlərin, dünyanı ağ-qara deyil, alabəzək, rəngli görənlərin olması nəinki lazımdır, hətta vacibdir.

Qeyd edək ki, Qaraqan hər zaman düşündürücü və cəmiyyətə mesaj verən işləri ilə fərqlənib. O, öz yaradıcılığı ilə sosial problemləri qabardır və fərqli yanaşmalar sərgiləyir. Buna qədər Qaraqan və Yaradıcı Birlik komandası Azərbaycanda ilk süni intellektlə çəkilmiş klipi və ilk animasiya komiksi kimi vizual yeniliklərə imza atmışdır. Hazırda isə Qaraqan (https://search.app/KWaeZUjgaG4k2twg7) ABŞ-da olmasına baxmayaraq, Azərbaycanda "Mədrəsə" (https://search.app/k659ruv8BNBwxDqH9)  adlı sənədli filmi təqdim etməklə fəlsəfi mühazirə dərsləri təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri