Icma.az
close
up
RU
525 ci qəzet Qarabağ həqiqətləri Eyvaz Zeynalov qələmində Vaqif Yusifli yazır

525 ci qəzet Qarabağ həqiqətləri Eyvaz Zeynalov qələmində Vaqif Yusifli yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru

Çağdaş Azərbaycan nəsrində öz səsi, fərdi üslubu və deyim tərzi ilə seçilən bir nasir də var ki, bu yanvar ayında 75 yaşı tamam oldu və mən istəyirəm ki, onun bir yazıçı kimi keçdiyi inkişaf yolunu sizin gözləriniz qarşısında canlandırım, hekayə, povest və romanları haqda fikir və mülahizələrimi sizinlə bölüşüm.

Eyvaz Zeynalov təkcə milli ədəbiyyatımızda, müasir nəsrimizdə deyil, məmləkətimizin hüdudlarından kənarda da çap olunur və tanınır. Amerikada "Azərbaycan nəsri antologiyası" işıq üzü görüb və bu topluda Eyvazın dörd hekayəsi ingilisdilli oxuculara təqdim edilib. Eyvazın Türkiyədə, Gürcüstanda, Türkmənistanda, Polşada, Qırğızıstanda, Krımda ya ayrı-ayrı məcmuələrdə, ya da kitab halında hekayə və povestləri çap olunub. O, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazıçılar Birliyinin, Gürcüstan Yazıçılar Milli Akademiyasının üzvüdür.

Çağdaş Azərbaycan nəsrində öz fərdi dəst-xətti, yaradıcılıq yönü ilə diqqəti cəlb edən Eyvaz, Ağdam rayonunun Qiyaslı kəndində dünyaya gəlib. Alitəhsilli dil-ədəbiyyat müəllimidir və uzun illər həm pedaqoji fəaliyyətlə, həm də qəzetçiliklə məşğul olub. Sonra Bakıya köçüb, özü ilə bərabər, xatirələrini, yaddaşını da gətirib. Çox sevinirik ki, onun doğulduğu məkan - Ağdamın Qiyaslı kəndi indi işğaldan azaddır.

Eyvazın nəsr əsərlərinin mövzusu kənd həyatı ilə bağlıdır. İntəhası, sovet dövründə yazdıqları ilə 90-cı illərdə və bu əsrdə yazdıqları bir-birindən kəskin şəkildə fərqlənir. Onda Eyvazın hekayələri kənd məişətinin, oradakı insanların müxtəlif problemlərindən söz açırdı, o yazılarda həyat reallıqları ilə romantika bir-birilə qaynayıb-qovuşurdu, amma məlum hadisələrdən sonra Eyvaz qaçqınlığın, köçkünlüyün törətdiyi fəsadlardan, insanların yurd itkisi ilə bağlı möhnətindən, Qarabağ uğrunda gedən ölüm-dirim müharibəsindən, bu müharibənin doğurduğu faciələrdən yazdı.

Onun hekayə və povestləri öz təhkiyəsinin şirinliyi ilə seçilir, hadisələrin təsviri, obrazların qarşılıqlı münasibətləri, onların keçirdiyi hiss-həyəcanlar çox təbii və inandırıcı görünür. Oxuyursan və özünü təsvir edilən hadisələrin içində görürsən. Eyvazın səksəninci illərin sonlarında qələmə aldığı "Rəngsiz yuxu" povesti bu mənada onun ən maraqlı əsərlərindən biridir. Povestdə bir kənd müəlliminin gün-güzəranından, həyat və məişətdə rast gəldiyi çətinliklərdən söz açılır. Bu obraz - Əmirqulu müəllim axıracan öz mənəvi saflığını, insani ləyaqətini qoruyub saxlayır, kimsənin qarşısında sınmır, əyilmir. Eyvazın yaratdığı bu obraz 60-80-ci illərin ədəbi qəhrəmanlarını xatırladır.

O da təəccüblü deyil ki, Eyvaz Zeynalovun müstəqillik dövrünə qədər yazdığı hekayələrində əsas qəhrəmanlar kənd müəllimləridir, çünki Eyvaz o həyatı özü yaşamışdı. Onun "Sadıq müəllimin bir günü" hekayəsindəki müəllim obrazı sovet dövrünün kənd ziyalısını çox gözəl xarakterizə edir. Xatırlayaq o illəri (keçən əsrin 70-80-ci illərini). Azərbaycan müəllimi get-gedə öz nüfuzunu itirməkdə idi. O, maddi cəhətdən sıxıntı içində yaşayırdı, həyatdakı - nöqsanlara qarşı səsini ucaldanda rayon rəhbərliyinin gözündən düşürdü. Eyvazın hekayəsində də elə bu olaylardan söhbət gedir.

İllər keçdi. Eyvaz Zeynalov yeni hekayələr, povestlər qələmə aldı. Mövzu yenə kənd həyatı, obrazlar yenə kənd adamları, amma hadisələr, olaylar tamam fərqli. Çünki zaman dəyişmişdi, Qarabağın dinc dövrünü talan, qırğın, köçkünlük havası əvəz etmişdi. Hətta təsvir olunan məkan da dəyişməyə başlayır; kəndlər boşalır, insanlar yurd yerlərini tərk edir, bülbüllər oylağı Qarabağ torpağında xain qonşular-ermənilər at oynadır. Bütün bu hadisələri Eyvaz Zeynalov ürək ağrısı ilə təsvir edir.

Çağdaş Azərbaycan nəsrində Qarabağ mövzusu əsas mövzulardan biridir. Mərhum yazıçımız Sabir Əhmədlinin "Ömür urası", "Axirət sevdası" romanları, Elçin Əfəndiyevin "Bayraqdar" povesti, "Qarabağ şikəstəsi" hekayəsi, Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu" əsərləri, həmçinin Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Yusif Kərimovun hekayə və povestləri o böyük dərdin, ağrının, savaşın bədii inikası kimi maraqlıdır və bu əsərlər real müşahidədən doğulub. Bu mövzuda qələm çalmaq müqəddəs işdir, vətənpərvərlikdir, amma yazıçı həm də unutmamalıdır ki, burada patriotluq azdır, gərək müharibə dövrünün psixologiyasını doğru əks etdirəsən, təsvir etdiyin obrazlar tipik və canlı olsun. Axı, müharibə təkcə səngərlərdə deyil, həm də insanların ürəyində baş verir. Eyvaz Zeynalov da bunları yaxşı bilirdi, o, Qarabağ dərdindən ən əvvəl bir qarabağlı, sonra bir azərbaycanlı, daha sonra isə bir yazıçı və insan kimi söz açır.

Eyvazın hekayələrindən birinin adı elə "Qarabağ dərdi"dir. Bu hekayədə Eyvaz bir çadır şəhərciyini təsvir edir. "Şəhərcik get-gedə ona daha artıq öz kəndlərini xatırladırdı. İllah da doğma adamları ilə! Əslində, burda bir rayonun qaçqın-köçkününün dəsti-xətti vardı. Hərə sanki kor-koranə öz həyət-bacasının, kənd-kəsəyinin oxşarını yaradırdı... Kəndlərindən, qohum-əqrəbadan şəhərcikdə məskunlaşan çox idi... Qaçanda kənddən hamısı bir çıxmışdı. Desəydilər, gün gələcək bu ilan mələyən şoran çöllükdə adamlar belə yaşıl, bağ-bağatlı bir şəhərcik salacaq, heç kəs inanmazdı... Ürəkləri təzə yer-yurda qızmır, əlləri işə yatmırdı. Doğma kənd-kəsəyin, yurd-yuvanın iyi hələ burunlarındaydı. Yatanda da, duranda da oraların xiffətini çəkir, yuxularını görürdülər..."

Eyvaz bu çadır şəhərciyini heç də pisləmir, burada yaşayan insanların məhrumiyyətlərini təsvir edə-edə yaxınlarının niyə buradan köçmək istəməmələrinin səbəbləri üzərində düşünür. Və belə bir nəticəyə gəlir ki, adamları kəndlərini xatırladan bu çadır şəhərciyindən yeni tikilən qəsəbələrə köçürəndə onlar yeni itkilərlə qarşılaşacaqlar. Əlbəttə, müəllif bu fikirlərin heç birinə haqq qazandırmır ki, çadır şəhərciyi yaxşıdır, yoxsa onlar üçün inşa edilən təzə evciklər? Sadəcə olaraq, yurd-yuvalarından ayrı düşən bu insanların psixologiyası ilə bizi tanış edir.

Eyvazın hekayələri içərisində "Lümək toyuq və onun törəmələri", "İntiqam", "Soyuq konfet", "Ən qiymətli", "Türkün etirafı", "Yad dağlarda", "Qaçhaqaçda"... xüsusilə seçilir. O bu hekayələrdə kəndlərin boşaldılmasından, düşmən hücumu zamanı əldə-ayaqda qalan qocaların taleyindən, balaca uşaqların yaddaşında silinməz izlər buraxan hadisələrdən söz açır.

Gün keçəcək, aylar, illər ötəcək, müharibənin doğurduğu o dəhşətli bəlalar bir xeyli unudulacaq. Amma gələcəyin o qayğısız günlərinin birində oxuculardan kimsə Eyvaz Zeynalovun "Soyuq konfet" hekayəsini oxuyub mütəəssir olacaq. Bir qadının körpə uşağı yaşatmaq naminə böyük fədakarlığı barədə təsirli bir hekayə oxuyacaq. Gələcəyin bir başqa oxucusu Eyvaz Zeynalovun "Ən qiymətli" hekayəsindən də təsirlənəcək. Ermənilərin hücumu zamanı, qaçaqaçda bir ailənin kiçik qızı nəyisə xatırlayıb tez evə qaçır: "Əhməd o saat maşından düşüb uşağın dalınca götürüldü... Hamı qorxu və həyəcanla gözləyirdi. Atışma səsi isə yaxınlaşmaqdaydı. Nəhayət, Əhməd qızı da qucağında qayıdıb gəldi.

Maşın təzədən yerindən tərpənəndə anası ağzının odunu qızının üstünə tökdü: - Bu nə oyundu çıxarırsan, ay canı yanmış?.. Yerində rahatlanan qızcığaz özünü doğrultmaq üçün evdən götürdüyü çantasını, kitab-dəftərini göstərdi.

- Axı, mən sabah bunlarsız məktəbə necə gedəcəkdim, ana?

Sabah sentyabrın biriydi. Qızcığaz birinci sinfə gedəcəkdi.

Atasının dodağı qaçdı. Demə, ən qiymətli şeyi götürmək yaddan çıxıbmış..."

Eyvazın "Cəza" adlı başqa bir hekayəsi də var və bu hekayədə o, əsl azərbaycanlı qadını Nisə arvadı oxuculara təqdim edir. Onun oğlunu bir erməni qətlə yetirib, başını kəsib və Nisə arvad da and içib ki, o qatili tapıb gətirsələr, oğlunun qəbrinin yanında onun başını kəsəcək. Döyüşçülər həmin ermənini tapıb gətirirlər, amma qəlbi intiqam hissilə alışıb yanan Ana dediyindən dönür. Azərbaycan anası qatil deyil və Nisə arvadın adam öldürməyə əli gəlmir. Sərbəst buraxılan erməni isə havalanır... Eyvazın əvvəlcə povest kimi qələmə aldığı, sonra romana çevirdiyi "Qisas" əsərində mənəvi saflığı ilə diqqəti cəlb edən Sabir müəllim obrazı da bizə yaxşı tanışdır.

Onun "Bələdçi" adlı başqa bir romanı da var və deyim ki, bu əsər hekayədən povestə, povestdən romana adlayan (bu, "klassik nəsr qanunu"dur - V.Y.) bir nasirin yaradıcılıq prosesinin qanuni nəticəsidir.

Nəhayət, onun son romanı - "Nadir şah" haqqında... Azərbaycan ədəbiyyatında Nadir şah haqqında ilk bədii əsərin müəllifi Nəriman Nərimanov olub. Onun "Nadir şah" faciəsi Azərbaycan tarixində silinməz izlər buraxan, həm qüdrətli, həm ziddiyyətli, həm də faciəli hökmdar haqqında qələmə alınmışdı. Uzun illərdən sonra Nadir şahın obrazı romanlarda öz əksini tapdu. Yunus Oğuzun, Hüseynbala Mirələmovun "Nadir şah" romanları nəşr olundu və deyim ki, bu romanlarda Nadir şah təkcə hökmdar kimi deyil, həm də faciəvi bir insan kimi təsvir olundu. Sonuncu "Nadir şah" romanını isə Eyvaz yazdı və təfərrüata varmadan deyə bilərəm ki, Eyvaz bu romanı qələmə alarkən xeyli tarixi mənbələrə müraciət edib və təbii ki, yazıçı təxəyyülü də burada öz əksini tapıb.

75 yaşı tamam olan Eyvaz Zeynalovun yaradıcılıq enerjisi hələ tükənməyib. Yeni uğurlar arzulayıram ona!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see152

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see141

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see140

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see137

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see136

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see134

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see134

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see134

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see133

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see133

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see130

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see129

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see128

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see127

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see126

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see123

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see123

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see122

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see122

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri