Icma.az
close
up
RU
525 ci qəzet Qərb silahlandırır, müharibəyə təhrik edir və yarı yolda buraxır

525 ci qəzet Qərb silahlandırır, müharibəyə təhrik edir və yarı yolda buraxır

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

Avropa İttifaqının (Aİ) Ermənistan ərazisində, Azərbaycanla şərti dövlət sərhədindəki missiyası sülh prosesinin irəliləməsində əsas maneələrdən biri olaraq qalır. Rəsmi olaraq Müşahidə-Monitorinq Missiyası (EUMA) adlandırılsa da, əslində bu qrup kəşfiyyat fəaliyyəti ilə məşğuldur və hərbləşmiş bir struktura çevrilib. Digər tərəfdən, onların regionda sülh və sabitlikdə heç bir faydası yoxdur. Guya missiyanın şərti sərhəddə baş verə biləcək insidentlərin qarşını almasına gəlincə, Azərbaycan özü sülh və sabitlikdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Yəni əgər Ermənistan tərəfindən hansısa təxribat törədilməsə, sərhəddə sabitlik pozulmayacaq. Ona görə Aİ missiyasının burda hansısa rolunu iddia etmək yanlışdır. 

Məlumdur ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün bəzi maddələr razılaşdırılmayıb ki, onlardan da biri məhz üçüncü qüvvənin, yəni başqa ölkələrin nümayəndələrini sərhəddə yerləşdirməməklə bağlıdır. Sülh prosesini uzatmağı, Ermənistanı silahlandırmağı hədəfləyən başda Fransa olmaqla, Avropa İttifaqı nəinki bu missiyanın fəaliyyətinə xitam verdi, əksinə, bu il onun müddətini 2027-ci ilə qədər uzatdı. Bununla bağlı Aİ-də qəbul edilmiş qərarda deyilir ki,  avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Onların sayı 209 nəfərdir. Baxmayaraq ki, başlanğıcda həmin missiyanın iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəlinmişdi.

Avropa İttifaqı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan-Ermənistan sülh prosesində vasitəçi olmağa can atıb, "Brüssel formatı"nda bir sıra müzakirələr təşkil edib.

İlkin mərhələdə Azərbaycan Aİ-nin sülh səylərinə loyal yanaşsa da, proseslərin sonrakı gedişi bu formata etimadı zədələyib. Səbəb isə Fransanın özünü danışıqlar prosesinə soxması və Brüssel formatının işini pozması idi. Parisin məqsədi bu formatda üstünlüyü ələ almaq, hansısa yolla Cənubi Qafqazda olmaq idi. Amma təbii ki, rəsmi Bakı buna imkan verməyəcəkdi. Belə də oldu. Ümumiyyətlə, Fransanın istənilən prosesdə iştirakı onun uğursuzluğu, pozulması deməkdir.

Fransa Prezidenti Emmanuel Makronun 2023-cü il oktyabrın 6-da keçirilmiş Praqa sammitindən, eyni zamanda, həmin il Moldovanın paytaxtı Kişinyovda "Avropa siyasi birliyi"nin ikinci Zirvə toplantısı çərçivəsindəki beştərəfli qeyri-formal görüşdən sonrakı pozucu bəyanatlarını, addımlarını yaxşı xatırlayırıq.

Bakının bütün proseslərdən kənarda qoyduğu Makron Fransası Aİ-nin müşahidə missiyası vasitəsilə regionda olmaq istəyi də Ermənistanla məhdudlaşdı. Yəni Azərbaycan həmin missiyanın öz ərazisində olmasına icazə vermədi.

Avropa İttifaqı, o cümlədən Fransanın Ermənistanı silahlandırmaları, hərbi dəstək vermələri Bakının bu qüvvələrə yanaşmada necə düzgün siyasət sərgilədiyini bir daha ortaya qoydu. 2023-cü ilin 5 aprelində Brüsseldə baş tutan Aİ-ABŞ-Ermənistan rəsmilərinin görüşü məhz hərbi əməkdaşlığa hesablanmışdı. Bu məsələdə Azərbaycan öz ciddi etirazını və narahatlığını həm ABŞ, həm də Aİ tərəfinə çatdırdı. Bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq sonra bu, rəsmən çıxarılsa da, de-fakto sənəddə qalır. Bununla da həm Avropa Komissiyası, həm Amerika Birləşmiş Ştatları Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarda qaldı.

Görüşdən sonra Avropanın Ermənistana hərbi dəstəyi daha da artdı. Eyni zamanda, Avropa Sülh Fondu vasitəsilə İrəvana hərbi sahə üçün yardım ayrıldı. Yeri gəlmişkən, Aİ yaxın zamanda Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır. Yerli media öz mənbələrinə istinadən yazıb ki, artıq vəsaitin ayrılması ilə bağlı ilkin razılıq var: "Bu vəsaitin də Ermənistanın silahlanması üçün istifadə olunacağı şübhə doğurmur".

Xatırladaq ki, Aİ Avropa Sülh Fondu 2024-cü ildə də Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.

Onda Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan etdi ki, Avropa İttifaqı Şurasının qərarı "yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım"dır. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə "bölücü xətlər" yaratmaq siyasətinin təzahürüdür.

Təəssüf ki, Ermənistanın silahlandırılması davam edir. Silahlanma yarışında öndə gedənlərdən biri də Fransadır. Paris İrəvanı öldürücü silahlarla təmin edir.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinye bu günlərdə verdiyi müsahibəsində deyib ki, Fransa Ermənistanı müdafiə avadanlığı ilə təmin edən yeganə Qərb ölkəsidir, lakin biz ümid edirik ki, başqaları da bundan nümunə götürəcəklər.

O qeyd edib ki, 2025-ci ildə Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq üç istiqamətdə həyata keçiriləcək. İlk növbədə müdafiə avadanlıqlarının tədarük ediləcək: "Növbəti istiqamət həm Ermənistanın özündə, həm də Fransada erməni hərbçilərinin yenidən hazırlanması olacaq. Eyni zamanda, Fransa Ermənistan ordusunda islahatların aparılması və ordunun gücləndirilməsi məqsədi ilə Ermənistan Müdafiə Nazirliyinə məsləhət xidmətləri göstərmək niyyətindədir".

Bundan əlavə, Fransa səfiri Rusiyanın Ermənistanı dəstəkləməsinin arzuolunmaz olduğunu deyib: "2023-cü ilin sentyabrında Qarabağda yerləşdirilmiş Rusiya hərbi qüvvələri Azərbaycan hücuma keçərkən heç bir hərbi tədbir görmədi. Onlar yalnız döyüşlər bitdikdən sonra yerli silahlı qüvvələri tərksilah etmək üçün müdaxilə etdilər. Son illərdə Ermənistan Rusiyadan hərbi dəstəyə ehtiyac duyduğu hər kritik anda Moskva onu tək buraxdı. Məhz buna görə Ermənistan öz tərəfdaşlarını şaxələndirməyə və Yunanıstan, Fransa, Hindistan kimi ölkələrə üz tutmağa çalışır".

Dekotinyinin açıqlaması bir daha onu göstərir ki, Fransa Ermənistanı tam hərbləşdirməyi hədəfləyib, bu isə regionda sülhə təhdiddir.

Azərbaycan XİN bəyan edib ki, Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir. Səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi, ilk növbədə, Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.

Rəsmi Bakı Fransa ilə silah tədarükü ilə bağlı bütün müqavilələrin ləğv edilməsi tələbini irəli sürüb. Azərbaycan lideri bəyan edib ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik: "Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq".

Göründüyü kimi, Aİ-nin müşahidə missiyası, Ermənistanın silahlanması, regionda onsuz da kövrək olan sabitliyin pozulmasına, yeni gərginliyə gətirib çıxara bilər. Ermənistanın silahlanmasına heç bir ehtiyac yoxdur, çünki Bakı dəfələrlə sülh istədiyini, müharibə səhifəsinin bağlanmasını istədiyini bəyan edib. İrəvanı müharibəyə təhrik edənlər, onun nəticələrini də hesablamalıdırlar. Nə qədər silahlandırsalar da, yenə də Ermənistan Azərbaycanla müharibə aparmaq gücündə olmayacaq. Ən azı 2023-cü ilin bir sutkadan belə az davam edən antiterror əməliyyatını yada salmaq kifayət edir.

Ortada həm də Ukrayna prezidenti var. ABŞ, Avropa İttifaqı üç il ərzində silahlandırdı, müharibəyə təhrik etdi, bütün dialoq qapılarını qapatdılar, Kiyevi qələbəyə inandırdılar. Və Ukrayna indi çıxılmaz vəziyyətdə, həm də tək qalıb. Belə olacağı gözlənilən idi. Ona görə sülh imkanları, Azərbaycanla ikitərəfli danışıqlar, nəhayət sülh sazişinin imzalanması Ermənistanın xilası deməkdir. Başqa yolun seçilməsi isə onu məhvə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri