525 ci qəzet Rektor: Kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində ilkin addımlar atılacaq
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi, Maliyyə-İqtisad və Qida Sənayesi kolleclərində keçirilmiş qış imtahan sessiyasının monitorinqinə dair hesabatlar dinlənilib.
UNEC-dən 525.az-a bildirilib ki, rektor professor Ədalət Muradov kolleclərdə genişmiqyaslı islahatların aparılmasının vacibliyini vurğulayaraq, ölkədə kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində İqtisad Universitetinin ilkin addımlar atacağını qeyd edib.
Sonra prorektorların rəhbərliyi ilə təsdiqlənmiş işçi qrupu tərəfindən kolleclərdə aparılmış monitorinqlərin nəticələri təqdim olunub. Hesabatda kolleclərdə keçirilən imtahanlarda şəffaflıq və obyektivliyin təmin edildiyi bildirilib. Həmçinin sessiya dövründə apellyasiya komissiyasının fəaliyyət göstərdiyi və “Açıq qapı” günlərinin təşkil olunduğu qeyd edilib.
Hesabatların dinlənilməsindən sonra kolleclərdə imtahanların təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə müzakirələr aparılıb.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 13 Fevral 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















