Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525 ci qəzet Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadıldı

525 ci qəzet Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadıldı

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

2015-ci ildəki devalvasiyadan sonra 10 ildir ki, sahibkarlıq sahəsində yoxlamalar uzadılıb. Bu barədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Millət vəkili Vüqar Bayramov deyir ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər: "Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir".

Millət vəkili bildirib ki, digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir: "Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, yoxlamaların dayandırılması ümumilikdə müsbət qərardır: "Çünki hazırda qeyri-neft sektoru ciddi problemlərlə üz-üzədir. Bu qərar qeyri-neft sektorunda fəaliyyət göstərən bizneslərə dəstək məqsədilə tətbiq edilir. Dövlət orqanlarının yoxlama etikası və keyfiyyəti hələ də arzuolunan səviyyədə olmadığı üçün, bu qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilir".

X.Kərimlinin sözlərinə görə, yoxlayıcı orqanların iş prinsiplərində ciddi nöqsanlar var. Zamanla bunlar da aradan qalxmalıdır: "Yoxlamalar zamanı əsas məqsəd bizneslərin inkişafına dəstək olmaq və ya istehlakçı hüquqlarını qorumaqdan daha çox, müəyyən qüsurlar tapıb cərimələr tətbiq etməklə məhdudlaşır. Bu yanaşma, bir tərəfdən bizneslər üçün əlavə çətinliklər yaradır, digər tərəfdən də dövlətin inzibati idarəetmə sistemindəki problemlərin olduğunu göstərir. Bu kimi problemlərin də aradan qalxmasına ehtiyac var".

Ekspert vurğulayıb ki, Azərbaycanın qeyri-neft sektorunun investisiyaya cəlbinə ciddi ehtiyacı var: "Yoxlamaların dayandırılması investisiya cəlbini şərtləndirən amillərdən biridir. Əlbəttə, müəyyən müddətdən sonra yoxlamalar da bərpa olunacaq. Amma hesab edirəm ki, hökumətin növbəti addımı bu yoxlamaların sayının ciddi şəkildə azaldılmasına diqqət etmək olmalıdır. Yoxlamaların sayının minimuma endirilməsi, paralelçiliyin olmaması çox önəmlidir. Bəzən eyni yoxlama müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrılıqda həyata keçirilir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə qeyri-neft sektoru və müxtəlif sahələr yeni-yeni dirçəlməyə başlayır. Düşünürəm ki, yoxlamaların zəruri məqsədi olmalıdır. Məsələn, ilk olaraq təhlükəsizlik yoxlanmalıdır. Tutaq ki, bir tikinti şirkətinin tikinti qaydalarına riayət etməsi önəmlidir. Bundan əlavə, qida təhlükəsizliyi və ərzaq məhsullarının saxlanılması önəmlidir. Həmçinin büdcə daxilolmalarında yoxlamaların təmin olunması vacibdir. Yəni büdcə daxilolmaları dedikdə vergilər, pensiya fonduna ödənişlər düzgün şəkildə ödəniş təminatına baxmaq lazımdır. Bunların təmini olarsa, sahibkar üçün yoxlamalar kifayətdir".

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycan iqtisadiyyatına problem yaratmırsa, yaxşı olar, yoxlamaların ümumi fəlsəfəsi dəyişdirilsin: "Kütləvi şəkildə yoxlamalara ehtiyac qalmır. Çünki getdikcə elektronlaşma həyata keçirilirsə, iş adamları ağ mühasibatlıqdan istifadə edirsə, deməli, yoxlamalarla bağlı yanaşmada da dəyişikliyə ehtiyac var. Yoxlamaların dayandırılması ciddi fəsad törətmirsə, deməli, onsuz da biznesi idarə etmək mümkündür. Yalnız hansısa müəssisə ilə bağlı şübhə yaranarsa, bu halda yoxlamalara getmək olar. Yoxlama funksiyası olan dövlət orqanlarının sayı da azaldılmalıdır. Biznesə kömək üçün addımlar atılmalıdır. Ona görə vaxtın uzadılması yaxşıdır. Bu müddətdə isə yoxlamalarla bağlı əsasnamə və qanunvericilik aktlarına da bəzi dəyişikliklər edilməlidir ki, bu, birdəfəlik qalıcı hala gəlsin. Yoxlamalar yalnız ən son, şübhə doğuracaq hallarda həyata keçirilməlidir". 

İqtisadçının söylədiyinə görə, sahibkarlıq subyektlərinə lazımsız yoxlamaların, müdaxilələrin qarşısının alınmasında qanunvericiliyə edilmiş dəyişikliklər müəyyən rol oynamalıdır. Ümumiyyətlə, bu qanunun qüvvəyə minməsindən sonra məlum oldu ki, bu illər ərzində yoxlamaların dayandırılması vergi daxilolmalarına mənfi təsir göstərməyib. Əksinə, vergi daxilolmalarında artım müşahidə olunub: "Yoxlamaların dayandırılmasından sonra vergi daxilolmalarının daha da artdığı məlum olub. Bununla da məlum oldu ki, yoxlamalar vergi daxilolmalarında artıma səbəb olan amil deyilmiş. Əgər belə idisə, uzun illərdir yoxlamalar sahibkarlara ciddi problemlər yaradırdısa, bunu qanunla tənzimləmək daha doğru qərar idi. Çünki yoxlamalar sahibkarlığa maneələr törədir və onların iş fəaliyyətinə problemlər yaradır və bununla da sahibkarlıq subyektləri yoxlamalar artdıqca daha çox itkilərə məruz qalırdılar. Nəticə etibarilə də onlar vergi ödəmələrinə daha az təsir göstərirdilər".

İqtisadçı ekspert Akif Nəsirlinin dediyinə görə, son iki ildə bir çox sahibkar fəaliyyətini dayandırıb. Bundan əvvəlki illərdə də bu qərar verilmişdi. Bu qərar indi daha bir il uzadılıb. Sahibkarların fəaliyyətinə bürokratik əngəllərin azaldılması məqsədi ilə bu qanun qüvvəyə minib. Qərar təqdirəlayiqdir.

Ekspert sahibkarların çoxunun öz fəaliyyətini dayandırdığını vurğulayıb: "Son iki ildə bir çox sahibkar fəaliyyətini dayandırıb. Bundan əvvəlki illərdə də bu qərar verilmişdi. Bu qərar indi daha bir il uzadılıb. Sahibkarların fəaliyyətinə bürokratik əngəllərin azaldılması məqsədi ilə bu qanun qüvvəyə minib. Qərar təqdirəlayiqdir".

Ekspert hesab edir ki, qanunun müddəti uzadılmasaydı, əlavə dəyişikliklər edilməsəydi, müvafiq orqanlar qarşısında heç bir maneə olmayacaqdı: "Hərə bir tərəfdən sahibkarı yoxlayır, onları cərimələyir, sanksiyalar qoyur və s. Ona görə də sahibkarlar fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Bu yoxlamalar da gəlsə, o zaman ölkədə fəaliyyət göstərən sahibkar qalmaz".

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, yoxlamaların dayandırılmasında əsas məqsəd odur ki, ölkədə sahibkarların fəaliyyətinin qeyri-qanuni, kortəbii şəkildə, ehtiyac olmadan edilən müdaxilələrə yol verilməsin. Çünki bu kimi qanunsuz yoxlamalar sahibkarların səmərəli işinə və ölkə iqtisadiyyatına fayda verməsinə maneçilik törədir. Məqsəd bunun qarşısını almaqdır. Mövcud vəziyyət göstərir ki, sahibkarların işində kortəbii yoxlamaların məhdudlaşdırılması mühüm əhəmiyyətə malikdir: "Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, sahibkarların fəaliyyətinə kortəbii müdaxilə yolverilməzdir. Lazımsız yoxlamaların aparılmasına məhdudiyyət qoyulması dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilən bir addımdır. Hesab edirəm ki, yoxlamaların vaxtını bir il, üç il uzatmaqdansa, yeni qanun qəbul edərək, yaxud indiki qanunvericiliyə dəyişiklik olunaraq yoxlamalar birdəfəlik ləğv edilə bilər. Sahibkarların fəaliyyətində müvafiq vergi yoxlamalarından savayı, heç bir təftiş olmamalıdır. Sahibkarların dövlət qarşısında yeganə məsuliyyəti vergi ödənişi ilə bağlıdır. Təbii ki, əhalinin sağlamlığına təhlükə yaradacaq fəaliyyət sahələrinə ciddi nəzarət qalmalıdır".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri