Icma.az
close
up
RU
Nəticəsiz Ağ Ev Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar ŞƏRH

Nəticəsiz Ağ Ev Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar ŞƏRH

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner arasında keçirilən görüşdə, Ukrayna və ABŞ arasında aparılan müzakirələr nəticəsində hazırlanmış “sülh planı” müzakirə edilib.

Danışıqlar təxminən beş saat davam edib.

Görüşdən sonra jurnalistlərə Prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, tərəflər ABŞ-ın təqdim etdiyi sənədləri müzakirə ediblər. Vaşinqtonun Moskvaya ötürdüyü materiallar Ukrayna üzrə uzunmüddətli nizamlanmaya aiddir.

Uşakov həmçinin qeyd edib ki, Rusiya və ABŞ danışıqların məzmununu açıqlamamaq barədə razılığa gəliblər.

Bildirilib ki, görüş nəticəsiz olsa da, tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

Gununsesi.info-ya danışan siyasi şərhçi Mürtəza Bünyadlı mövzunu belə şərh edib:

“Ağ Evin nümayəndələrinin Moskvada Vladimir Putinlə apardığı son görüşlərin nəticəsiz qalması həm Vaşinqtonda, həm Kiyevdə, həm də Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb. Görüşlər Tramp administrasiyasının sülh planına müəyyən ümidlərin olduğu bir dönəmdə baş tutsa da, Kreml mövqelərindən geri çəkilmədiyini nümayiş etdirdi.

Donald Tramp görüşü “ümumilikdə yaxşı” qiymətləndirsə də, prosesin nəticə verəcəyinə şübhə etdiyini açıq şəkildə etiraf edib. Onun “tanqoya iki nəfər lazımdır” ifadəsi Vaşinqtonun Moskvanın qeyri-konstruktiv davranışından narazı olduğuna işarə edib.

Tramp bildirir ki, Stiv Uitkoff və Jared Kuşnerin Putinə “müharibəni bitirmək istəyinə inandıqları” barədə mesajları olsa belə, Avropalı diplomatlar və ekspertlərin əksəriyyəti bunun doğru olmadığına inanır.

Qərbdə hesab edirlər ki, Kreml destruktiv mövqeyindən əlk çəkməzsə, o zaman Tramp Ukrayna üzrə sülh prosesdən tamamilə çəkilə bilər. Bu variant nəinki Kiyev, Avropa üçün də daha təhlükəli ssenarilərin qapısını aça bilər”.

Siyasi şərhçi əlavə edib ki, Ağ Ev sülhə nail olmaq üçün Kiyevə təzyiq etməklə sülh planını gerçəkləşdirmək istəyir:

“Bu səbəbdən də Tramp açıq şəkildə bəyan edib ki, Ukraynaya “müharibədə qələbə üçün lazım olan hərbi üstünlüyü vermək niyyətində deyil”. Bu, onun Ukraynaya təzyiq vasitəsi yaratmaq strategiyası kimi dəyərləndirilir.

Vaşinqtonun gözləntisi odur ki, Kiyev kompromisə yaxınlaşsın və bu, Moskvanı da müəyyən güzəştlərə məcbur etsin. Lakin Qərb və Ukrayna üçün əsas problem dəyişməz olaraq qalır: Ukrayna ciddi təhlükəsizlik zəmanətləri almadan və gələcək Rusiya təhdidinə qarşı təminatlar olmadan heç bir ərazi güzəştinə getməyə razı deyil.

Ukraynanın istədiyi miqyasda maliyyə və hərbi dəstək göstərmək Avropa üçün getdikcə daha çətinləşir. Bu isə Rusiyanın strateji ümidlərini artırır. Moskva yaxşı anlayır ki, iqtisadi və siyasi yorğunluq Avropanı Ukrayna məsələsində daha güzəştli mövqe tutmağa yönəldir.

Putinin danışıqlarda nümayiş etdirdiyi ikili taktika artıq Qərb tərəfindən aydın şəkildə hiss edilir: vaxt udmaq; Qərbdaxili fikir ayrılıqlarını dərinləşdirmək; NATO və Aİ-nin resurslarını tükəndirmək; Ukraynanın müqavimətini zəiflətmək”.

O, qeyd edib ki, Kremlin məqsədi müharibəni qısa müddətdə bitirmək deyil, əksinə, Qərbin Ukraynadan bezməsinə nail olmaqdır:

“Ukrayna müharibəsinin uzanmasında maraqlı olan digər güclər, xüsusən də Çin, İran və Şimali Koreya Moskvanı müxtəlif formada dəstəkləyir.

ABŞ-ın diqqətini Avrasiya münaqişələrinə yönəltmək, Tayvan məsələsində mövcud təzyiqi azaltmaq, zaman qazanaraq regionda daha sərt addımlara hazırlaşmaq.

NATO baş katibi Mark Ruttenin bəyanatında da qeyd olunduğu kimi, Pekin yeri gəldikdə Tayvan ssenarisində Moskvadan siyasi dəstək almağa çalışacaq.

Tramp administrasiyası özü də ikili dilemmanın içindədir: Bir tərəfdən münaqişənin həlli üçün kompromisin vacib olduğunu bildirir, digər tərəfdən isə Ukraynanı kompromisə yaxınlaşdırmaq üçün təzyiqi artırır.

Ancaq Ukrayna üçün kompromisin şərtləri aydındır: ərazi bütövlüyü ilə bağlı təhlükəsizlik təminatları; NATO və Aİ-yə real inteqrasiya perspektivi; Rusiya tərəfindən yenidən təhdid edilməmək üçün qoruyucu mexanizmlər.

Danışıqlar çətin olsa da, sülh prosesi dayanmamalıdır.

Rusiya-Ukrayna müharibəsi artıq təkcə regional təhlükəsizlik problemi deyil, qlobal nizam üçün ciddi sınağa çevrilib.

Danışıqların dalana dirənməsi vəziyyəti daha da mürəkkəbləşdirsə də, prosesin tam dayanması dünyada təhlükəsizlik arxitekturasına ağır zərbələr vura bilər. Təsadüfən deyilməyib ki, ən pis sülh müharibədən yaxşıdır.

Bu səbəbdən, tərəflər heç olmasa minimal diplomatik kanalları açıq saxlamalı və sülh prosesinin davam etməsinə çalışmalıdırlar. Əks halda, müharibə nəinki regionu, bütövlükdə beynəlxalq sistemi yeni böhranlara sürükləyə bilər”.

Şəbnəm 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri