Icma.az
close
up
RU
Naxçıvanda sahibkarlıq sahəsində yoxlayıcı orqanların təlimi keçirilib

Naxçıvanda sahibkarlıq sahəsində yoxlayıcı orqanların təlimi keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı yoxlayıcı orqanların əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimdə iştirak edənlərə müxtəlif mövzular üzrə ətraflı məlumatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı və tənzimlənməsi şöbəsinin müdiri Aqibət Əliyev çıxışında sahibkarlıq sahəsində aparılan yoxlamaların əhəmiyyəti, onların qanunvericilik əsasları və yoxlamaların düzgün təşkilinin sahibkarlarla dövlət arasında etimad mühitinin yaradılmasında rolu barədə geniş məlumat verib.

Naxçıvan Ədliyyə Nazirliyinin Notariat bölməsinin rəisi Nərminə Əlizadə yoxlamaların növləri, reyestrdə qeydiyyat qaydaları və yoxlamaların aparılması zamanı qanuni prosedurların düzgün tətbiqi barədə məlumatlandırıb. O, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli, 1410-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun tələblərinə dair əhəmiyyətli məsələləri diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın hüquqi tənzimlənməsi sektorunun müdiri Elnur İbrahimov təlim iştirakçılarına yoxlamaların təşkili və sənədləşdirilməsi prosesində diqqət edilməli məqamları izah edib, qanunvericiliyə uyğun sənəd dövriyyəsinin vacibliyini vurğulayıb.

Ədliyyə Nazirliyinin sahibkarlıq fəaliyyəti üzrə baş məsləhətçisi Təbriz Eyvazov isə sahibkarlıq sahəsində yoxlamaların keçirilməsi qaydası və hüquqi məsuliyyət məsələlərinə toxunaraq, yoxlamaların qanunlara uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın strateji inkişafı və dövlət xidmətlərinin göstərilməsi sektorunun müdiri Aişə Qəhrəmansoy etik davranış və sahibkarlarla düzgün ünsiyyətin vacibliyini vurğulayıb. O, yoxlayıcı orqan əməkdaşlarının professional və mehriban münasibət göstərməsinin yoxlamaların səmərəliliyinə və sahibkarlıq mühitinin inkişafına müsbət təsir etdiyini bildirib.

Təlimin keçirilməsi yoxlayıcı orqanların əməkdaşlarının peşəkarlığını artırmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların daha şəffaf, qanunvericiliyə uyğun və səmərəli həyata keçirilməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri