Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

525 ci qəzet Soyuq rüzgar və atasızlıq

525 ci qəzet Soyuq rüzgar və atasızlıq

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elmira KƏNAN

Pəncərədən düşən işığın qara rəngə boyandığını sezmək qədər ağır hal yoxdur bu həyatda, bəlkə də... Zülmətə bürünmüş dünyada işıqlı arzuları dəfn etməyi də yavaş-yavaş öyrədir həyat. Atamı son mənzilə yola salmağı öyrətdiyi kimi. Amma sevginin, mərhəmətin, şəfqətin, ən əsası doğmaların yoxluğu ilə barışmadığımız həyat öz axarı ilə davam edir.

Atam danışardı ki, mən hələ dünyaya yenicə göz açdığım vaxt, o bizə baş çəkmək üçün kəndə gəlmək istəyərkən, qarşısını bir ilan dəstəsi kəsir. Ətrafa boylanaraq bir taxta parçası tapıb, ilanları incitmədən kənarlaşdırmaq istəyərkən, vəziyyətin getdikcə çətinləşdiyini görür. İlanların arasından yolun o tərəfinə heç cür keçə bilmir. Nəhayət, ilanları tapdalamadan, çox çətinliklə addımlayıb canını qurtara bilir onlardan.

Kəndə - Comərdliyə, yəni mənim doğulduğum yerə (hazırda o kənd Qərbi Zəngəzur ərazisindədir) gəlib çıxır. Görür ki, bacıları, qohum əqrəbaların bir neçəsi həyət-bacanın bir küncündə başlarını aşağı salaraq, xısın-xısın ağlaşırlar. Elə güman edib ki, anama nəsə olub. Soruşanda deyirlər, arvadın yaxşıdır. "Bəs nədir bu ağlaşma, bu həngamə?" - deyə soruşanda: "Qız olub" cavabını eşidir. Şükür etməyi bacaran atam onların abırlarını ətəyinə büküb: "Şükür qızı verənə! Allahın paydır" - söyləyib... Universitetə təzəcə qəbul olmuşdum. Şaxtalı bir qış günü idi; gözlərimizi açmağa imkan verməyəcək qədər qar yağırdı, yollar buz bağlamışdı. Soyuq külək əsirdi. Sumqayıtdan Bakıya getmək o dövrlər üçün xüsusilə çətin idi. Bakını tanımırdım, bir tərəfdən tələbəlik həyəcanı, digər tərəfdən qorxu hissi keçirirdim. Bir ay atam məni dərsə apardı, hər səhər erkəndən mənimlə birlikdə o uzun yolu gedib-gəldi. Bakının soyuğunu heç hiss etmirdim; o külək, o sərt hava yalnız mənə atamın hərarətini daha dərindən hiss etdirmək üçün var idi sanki. Onun əlimdən tutması ilə dünyanın bütün soyuqlarına meydan oxuyardım...

Bir gün çox qəribə yuxu gördüm: Atam, evin həyətindəki məzarların başı üstündə dayanaraq, Fatihə oxuyur. Bir neçə il bundan qabaq dünyasını dəyişmiş qohumların məzarları üstündə Fatihə oxuyub salavat çevirərkən, məzarlıqdakı ölü adamlar dirilir. Gözlərimə inana bilmirdim. Beş il öncə xəstəlikdən dünyasını dəyişmiş xalam qızı öz məzarının üstündə peyda olur. Üst-başını səliqəyə salmağa başlayır və qonaqlar olan otağa keçir. Hələ də gözlərimi döyüb ona baxıram. Sonra digər məzarın sahibi xalamın yoldaşı səliqəli bir kostyumda ədəb-ərkanla durub atama təşəkkür edir. "Sən nə edirsən, ay ata? Hara qaldırırsan bu ölüləri?" - deyib qorxudan necə çığırdımsa, öz səsimə hövlnak ayıldım. Qan-tər içində olsam da, tezcə, yuxuları yozmaq bacarığı olan bir rəfiqəmə zəng etdım. Ona yuxunu olduğu kimi danışdım:

- Əzizim, narahat olma, yuxudur da! Atanın ömrü uzanacaq", - deyərək məni sakitləşdirməyə çalışdı.

Üstündən bir gün keçmişdi ki, mənə qəfil zəng gəldi. Bir vaxt mənim doğulmağıma şükür edən adam, indi 4 ildir ki, həyatda yoxdur.

İnsan var ki, varlığı heç nəyi dəyişdirmir, hətta yox kimidir ətrafımızda. İnsan da var, yoxluğu onun həmişə varlığını xatırladır. Gərək həyatı elə yaşayasan, yoxluğun hiss olunsun, ən azı rəhmət duasını qazanasan. Varlığı hiss olunmayan adamın faciəsi daha böyükdür və ölümdən betərdir. Mənim atam varlığı yoxluğunda da çox-çox hiss olunan insandı.

Fəsillər dəyişdikcə, daha çox darıxmağa başlayıram, gözlərim onu axtarır, telefona tez-tez baxıram ki, indicə atamdan zəng gələcək. Nömrəsini də silə bilmirəm. Nə olsun ki, "bu nömrəyə zəng çatmır və ya əhatə dairəsi xaricindədir".

Valideyn itkisini çoxları yaşayır, bu, həyatın ən amansız, sərt qanunlarından olsa da. Həqiqətən də, onların yoxluğu soyuq rüzgarlar kimi üstümüzdə hər zaman əsəcək, üşüdəcək. Bu duyğularla qərara gəldim ki, atama bir məktub yazım, onun məzarı üstünə qoyum. Bəlkə, ruhuna əyan ola, görünməz tellər mənim məktubumu, düşüncələrimi ona çatdıra...

"Salam, ata!

Bilsəm ki, sənə çatacaq, hər gün məktub yazaram. Hər gün ona görə yazaram ki, sən gedən gündən ürəyimin yanğısı səngimir və nə zaman külə dönəcəyim günü gözləyirəm. Sən gedən gündən həyatımda soyuq rüzgarlar, dondurucu küləklər əsir. Onların əlindən qaçıb, sənin hərarətini hiss etmək üçün hara gedim?! Düşünürəm gecələr: Onsuz da o ata ocağından çıxandan həyatıma günəş doğmadı. Elə hey yağış yağdı, tufan, fırtınalar qopdu. Onların ardınca da nə təlatümlər baş verdi! Həyatdan küssəm də, səndən küsmədim. İncidim, qırıldım, bəlkə, amma heç küsmədim.

Sən mənə güc verirdin. Varlığın, quru nəfəsin mənə tənhalığımı unutdururdu. Bir şey olan kimi qaçıb yanına gələrdim, ümidsizliyin son nöqtəsində üz tuta biləcəyim yeganə adam sən idin! Məni elə gözəl başa düşürdün ki... Səssizliyimi belə. Amma indi ürəklə aça biləcəyim qapı yoxdur. Gördüyün o ilanlar, hətta onlardan da qorxuluları lap çoxalıb. Əvvəl sən var idin, işığına toplaşardı balaların. Artıq balalar da o deyil. Hərəsinin öz qayğıları, problemlərı var. Mənimsə qayğım sən idin. Beş yaşlı uşaq kimi özümü nağıllarla aldadırdım, "atam gələcək, hardasa gözümə görünəcək" deyirdim. Sən isə o evdən həmişəlik çıxdın, səni haqq dünyasına yola saldıq. Bilmirəm, orda nə var, nə yox... Amma burada, heç bir zaman doldurulmayacaq boşluqlar, sonsuza qədər bizi tərk etməyəcək Sənli xairələr var... Bir də atasızlığa dözə bilməyən, bu dünyanın soyuq rüzgarına meydan oxumağa daha hünəri çatmayan qızın..."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri