Icma.az
close
up
RU
525 ci qəzet Sudanda üsyançılar 200 dən çox dinc sakini edam edib

525 ci qəzet Sudanda üsyançılar 200 dən çox dinc sakini edam edib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Çevik Reaksiya Qüvvələri (ÇRQ) üsyançıları Sudanın Ağ Nil əyalətində 200-dən çox dinc sakini edam edib, yüzlərlə yaralı isə itkin düşüb.

525.az xəbər verir ki, bu barədə Sudanın insan haqları təşkilatı olan “Emergency Lawyers Network” məlumat yayıb.

Qeyd olunur ki, fevralın 16-18-də Ağ Nil əyalətinin əl-Qadaris və əl-Hələvat kəndlərinin sakinləri yaşadıqları ərazilərdə aktiv döyüş əməliyyatlarının olmamasına baxmayaraq, üsyançıların silsilə hücumlarına məruz qalıblar.

ÇRQ hücumları 200-dən çox insanın edam edilməsi və daha bir neçə mülki şəxsin oğurlanması və ya əsir götürülməsi ilə nəticələnib. Bundan əlavə, silahlılardan qorunmaq ümidi ilə qaçmağa və ya Nil çayını keçməyə cəhd edən kənd sakinləri atəşə tutulub.

“Biz beynəlxalq hüquqa əsasən müharibə və insanlığa qarşı olan bu cinayətləri ən sərt şəkildə qınayırıq. Cinayətlərin törədilməsində günahkar olanların məsuliyyətə cəlb olunmasını və onların məhkəmə qarşısına çıxarılmasını təmin etmək üçün beynəlxalq ədalət mexanizmlərindən istifadəni tələb edirik”, - bəyanatda deyilir.

Sudanda üsyançı qrup ÇRQ ilə nizami ordu arasında vətəndaş müharibəsi 2023-cü ilin aprelində başlayıb. Nəticədə 20 mindən çox insan ölüb, 14 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb, 25 milyon nəfərin isə köməyə ciddi ehtiyacı var.

 Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri