KİV: Sudanda üsyançılar 200 dən çox insanı etnik mənsubiyyətinə görə öldürüblər
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sudanın hərbiləşdirilmiş birləşmələri - "Sürətli Reaksiya Qüvvələri" tərəfindən Darfurun bir sıra bölgələrində törədilən etnik təmizləmələr nəticəsində 200-dən çox insan həlak olub.
"Cebheinfo.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Sudanın həkimlər şəbəkəsinin bəyanatında bildirilib.
Təşkilatdan qeyd edilib ki, Şimali Darfurun Ambro və Abu-Kamra, həmçinin Qərbi Darfurun Sirb bölgəsində mülki əhali üsyançılar tərəfindən etnik mənsubiyyətə görə məqsədli şəkildə öldürülüb.
Təşkilat hücumları beynəlxalq humanitar hüquq və insan haqları normalarının kobud pozuntusu adlandırıb.
"Anadolu" agentliyi qeyd edib ki, "Sürətli Reaksiya Qüvvələri"nin nümayəndələri hələ ki bu mövzu ilə bağlı şərh verməyiblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Dekabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















