Icma.az
close
up
RU
525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır

525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Telman ORUCOV

İki milyon ildən əvvəllərdə meydana gələn insan təbiətin yeni möcüzəsi olmaqla, hər cür ilkin çətinliklərə baxmayaraq, onun qucağında yurd-yuva salmış, Paleoliti (əslində bütöv Daş dövrünü) yaşayıb başa vurduqdan və daha sonra səhnəyə qədəm qoyan neondartalların nəsli öz yerini homo sapience verməsi ilə insan metaldan istifadə etməyi öyrənməklə, güclü inkişaf erasına qədəm qoymuşdu. Bürünc və dəmir erasında bəşəriyyət inkişaf etməyə başladı. Son dövr sayılan Neolit epoxası ərzində insanlar oturaq həyat tərzinə keçdi. Keramika və toxuculuq istehsalı meydana gəldi, heyvandarlığın və əkinçiliyin tətbiq edilməsi ilə Aqrar inqilabı baş verdi. Bu inkişaf prosesi fasilə vermədi, şəhərlər və şəhər-dövlətlər meydana gəldi, sənətkarlıq inkişaf etməyə başladı, texniki inqilab sayılan təkər icad edildi. Əvvəlki dövrlərdən tam fərqlənən bir cəmiyyət, əsl sivilizasiya yaranmağa başladı.

Təəssüf ki, insan öz tələbatının ödənilməsini məhdudlaşdıran bir hədd tanımır, verdiyindən daha çox torpaqdan, təbiət ilahəsindən almaq istəyir. Anlamır ki, təbiət həm həyatı, həm də ölümü yaradır.  Qədim yunan mifologiyasına görə insan Yeri incidir. Təbiətə ziyan vurmaqla insan onu himayə edən  ilahənin qəzəbinə də səbəb olur. Bütün dinlərdə Yer məhz ana kimi rəmzlənir, qədim romalılar onu Terra Mater adlandırırdılar. Qədim həyatverici Yer ilahəsi Geya  əsəbiləşdikdə, insana cəza verirdi. Qədim insan da cəzadan qorxub, Yerin silkələməsi, od püskürməsi hallarına səbəb olan fəaliyyətə yol verməkdən çəkinirdi.

Tarixin başlanğıcında irəli çıxan xalqlar təbiətlə ehtiyatla davranır, onun qaydalarını pozmaq eşqinə düşmürdülər. Dörd min ildən xeyli əvvəl Yaxın Şərqdə məskunlaşan şumerlər əsl novatorluq fəaliyyəti göstərməyə başladılar. Onlar irriqasiya şəbəkəsi yaratmaqla, o qədər də münbit olmayan torpaqlarda nisbətən bol məhsul becərməyə başlamış, şəhərlərində isə əvvəllər məlum olmayan, yeni, tam fərqli yaşayış şəraitinə malik olmuş, yazını kəşf etmişdilər. İlk ədəbi nümunə sayılan Qilqameş dastanı da məhz şumerlərə məxsusdur. Bu maraqlı əfsanədən sonralar Bibliyanın müəllifləri də istifadə etmişlər. Sadəcə olaraq, onlar dastandakı Utnapiştimi Nuh adlandırdıqları bir başqa xilaskarla dəyişdirmişdilər.

Əlbəttə, şumerlər inkişafa böyük təkan verdilər, onların yazılı məlumatları ilə bəşəriyyətin məlum tarixi başlanmışdır. Məhz buna görə də elmdə tarixin şumerdən başladığı mülahizəsi qəbul edilmişdir. Bir cəhəti də qeyd etmək lazımdır ki, ilkin şumer yazıları mühasibat uçotu xarakteri daşıdığından, onun səhifələrini hansısa peyğəmbərin, müdrikin, sərkərdənin adı deyil, məhz mühasibin adı bəzəyir.

Özü üçün həyatverici mənbə sayılan Nil çayı hesabına Qədim Misir aqrar sahədə, texnikanın və texnologiyanın inkişafında böyük nailiyyətlər qazanmışdır. Bu böyük çay özünün daşması ilə ətraf sahələrə, müasir dillə desək, ən qiymətli gübrə kimi lil gətirməklə, ona əlavə münbitlik vermişdi. Bu isə əkinçi əməyinin nisbətən yüksək məhsuldarlığına şərait yaratmışdı. Əgər bu bolluq mənbəyi olmasaydı, Misir öz qonşuluğundakı kimi səhralardan ibarət olmaqla, Saxaranın davamı xarakterini daşıyardı. Nilin hesabına Qədim Misir mühüm taxıl istehsalçısına və ixracçısına çevrilmişdi, təsadüfi deyil ki, bu ölkə bizim eradan əvvəlki I əsrdə Qədim Romanın taxıl anbarı hesab olunurdu. Tarixin atası sayılan yunan alimi Herodot haqlı olaraq Misiri Nilin hədiyyəsi adlandırmışdı.

Misirdə arxitektura və texniki biliklər inkişaf etməklə, zamanı xeyli qabaqlamış, onların vəhdəti piramidaların tikilməsi ilə nəticələnmişdi. Piramidalar həmin dövr insanının yüksək ağlından və kreativlik qabiliyyətindən xəbər verir. Misir yazını inkişaf etdirmək qayğısına qalmadığından, burada arxaik sayılan heroqliflərdən istifadə edildi. Bu ölkədə təsviri sənət isə yüksək səviyyəyə çatmışdı.

Misirdən sonra yüksək inkişaf prosesini həyata keçirməyi yunanlar, xüsusən Afina sakinləri öz üzərlərinə götürdülər, baxmayaraq ki, misirlilər onlara tarixi anlamayan uşaq kimi baxırdılar. Yunanlar yeni şəhər salma qaydaları yaratdılar, arxitekturada, rəssamlıq və heykəltaraşlıqda, elmin inkişafında çox irəli getdilər. Afina ilk dəfə olaraq siyasi həyatda əsl demokratik idarəetmə qaydasını yaratdı və gələcək dünya xalqları yunanların bu siyasi icadlarını, bir qiymətli irs kimi qəbul etdilər. Bu şəhərdə b.e.ə. V əsrdə dünyanın arxitektura incisi sayılan və sonralar bu sahənin etalonuna və şəhərin simvoluna çevrilmiş Parfenon məbədi tikildi. Ölkədəki Delfi isə Apollona həsr olunmuş məbəd, orakullar məskəni kimi şöhrət tapdı. Yunanıstanda Olimpiya oyunları da keçirilirdi. 

Bu üç məkanda yaşayan insanlar sivilizasiyanın inkişafına böyük töhfə vermişlər. Onlar müxtəlif təbii şəraitlərdə yaşamışdılar, həmin əraziləri, öz ağıllarını və yaradıcı zəhmətlərini sərf etməklə, başqa regionlardan fərqli bir yaşayış məkanına çevirmişdilər. Yaddan çıxartmaq lazım deyildir ki, Avroasiyanın, Afrikanın ucsuz-bucaqsız ərazilərində yaşayan digər tayfalar, icmalar belə inkişaf mərhələsindən bixəbər idilər, əslində, əsasən ibtidai insanın malik olduğu həyat tərzini davam etdirirdilər. Şumerlər yağışın az olduğu, arid ərazidə məskunlaşmışdılar. Yalnız suvarılan torpaq onları məhsulla təmin edə bilərdi. Onlar bunu anladılar və yaxındakı iki çay - Dəclə və Fərat onların köməyinə gəldi. Böyük fərasət nümayiş etdirən xalq bu çaylardan kanallar çəkib, suvarma tətbiq etməklə, əkinçilikdə əvvəllər ağla sığmayan yeniliklərə imza atmağa, bol məhsul götürməyə nail oldular. Ərzaq ehtiyatının yaranması digər sahələrdə də inkişafa yol açdı, şumerlər şəhərlər salıb, onlarda yaşamağa, sənətkarlıqla və ticarətlə məşğul olmağa başladılar.

Misirlilər üçün Nil təkcə suvarma problemlərini həll etmirdi, həm də torpağa, əkinçilik üçün vacib olan böyük münbitlik verirdi. Bu çay təkcə aqrar sahə üçün əvəzsiz rol oynamırdı, axı yerli insanların ilk çörəyi olan xurma da bu ərazidə böyüyüb, dəyərli qida  sayılan öz töhfəsini verirdi. Çay həm də Cənub əraziləri ilə ticarət üçün böyük imkanlar yaratmışdı. Nil olmasaydı, məgər piramidaların tikintisinə sərf olunan ağır daş blokları daşımaq olardımı?

Yunanıstan isə hər iki ölkədən fərqli bir təbii şəraitə malik idi. Yunanlar dağlıq ərazidə və dəniz sahillərində yaşayırdılar. Bura əkinçilik üçün o qədər də əlverişli deyildi, əkin torpaqları məhdud ölçüdəki sahələrə malik idi, bütövlükdə bu dağlıq ölkə iri düzənliklərdən məhrum idi. Ona görə də Kiçik Asiyadakı böyük düzənlikləri ilk dəfə görəndə, yunanlar təəccüblərini gizlədə bilməmişdilər. Dənizin sərin mehi və dağın yumşaq havası yunanların əqli qabiliyyətinin inkişafına əsaslı təsir göstərmişdi. Fiziki əməyi tətbiq etmək şəraitinin kasadlığı, əqli qabiliyyəti inkişaf etdirmək üçün özünəməxsus stimul rolunu oynamışdı. Bizim ölkəmizin dağ regionlarında da məktəblilər ağılın fərqli qabiliyyəti ilə, aran regionlarında yaşayanlardan əsaslı surətdə fərqlənirlər. Yunanlar öz biliklərindən dənizləri fəth etmək, ticarət aparmaq üçün də istifadə edirdilər. Finikiyalılar xeyli əvvəl dənizlərdə üzməklə, tacirlərə çevrilmişdilər. Onların bu təcrübəsindən, özlərinin Afrikanın şimalında yaratdıqları yeni dövlətin sakinləri də istifadə edib, Karfageni  güclü dəniz dövlətinə çevirmişdilər. Karfagenlilərdən sonra dənizçilik sahəsində geniş fəaliyyət göstərməyə yunanlar gəldilər. Yunanlar Aralıq dənizinin və Qara dənizin sahillərində yaşayan xalqlarla geniş ticarət aparırdılar, axırıncılardan əsasən taxıl idxal edirdilər. Həm də onlar finikiyalılar Karfageni yaratdıqları, karfagenlilər isə İberiya yarımadasında şəhərlər saldıqlar və böyük ərazilər tutduqları kimi, hər iki dənizin sahil zonalarında öz koloniyalarını yaradırdılar. Apennin yarımadasından Neapolu, Qara dəniz sahilindəki Krımda Feodosiyanı və Kerçi məhz yunanlar salmışdılar və bu qədim irs bizim dövrümüzə gəlib çıxmışdır.

Yunanlardan tarixi inkişaf estafetini qədim romalılar uğurla qəbul etdilər. Roma üç qitədə ərazilərə malik olmaqla böyük imperiyaya çevrilmişdi. Burada elm, texnika, arxitektura, yol, körpü və akveduk tikintisi çox inkişaf etmişdi. Qay Yuli Sezarın ordusundakı inşaatçılar dəstəsi hərbi qələbələrin əldə edilməsi məqsədilə yollar və körpülər tikirdi. Avropanın müasir yol şəbəkəsi romalıların o vaxtlar tikdikləri və istifadə etdikləri magistral variantlara  əsaslanır.

 Lakin Qədim Roma imperiya yaratmağa girişəndə, təbiətə ziyan vurmağa da başladı. Baxmayaraq ki, onlar özləri Yeri Magna Mata  - "Böyük ana" adlandırdı. Ambisiyalar isə inancdan daha güclü idi.

Misal gətirilən artıq bu dörd, həm də müxtəlif iqlim və fərqli təbii şəraitə malik olan ölkədə yaşayan insanlar təkcə təbiətin himayəsinə sığınmaqla kifayətlənməyərək, öz yaşayışlarının təminatçısı olmaq qayğısına qalmaqla, malik olduqları ərazilərdə xeyli tərəqqiyə nail olmuşdular. Lakin onlar təbiətə ziyan vurmaq yolunu tutmamış, onunla nisbətən harmoniyada yaşamağa üstünlük vermişdilər. Və onu da qeyd etmək lazımdır ki, bu işdə xeyli uğur da qazanmışdılar. Onlar öz əqli və fiziki qabiliyyətləri, həm də ağır zəhmətləri və heç şübhəsiz, istedadları hesabına həyatın müxtəlif sahələrində böyük uğurlar qazanmış, ayrı-ayrı sahələrdə inqilabi xarakter daşıyan yenilikləri tətbiq etmişdilər.

Müasir insanlar da onların ilk dəfə həyata gətirdikləri ixtiralardan,  həm də onlara məxsus olan elmi və texniki kəşfləri daha da təkmilləşdirməklə, bu qiymətli irsdən böyük fayda götürməkdə davam edirlər. Qədim romalıların icadı olan beton əvəz olunmayan inşaat vasitəsi olmaqla, iki min ildir ki tətbiqini davam etdirir.

İndiki dünyanın həyat arxitekturası, onların yaratdıqları möhkəm bünövrəyə əsaslanır. Bu bünövrə üzərində qurulan bina özündə çox sayda yeniliklərin tətbiqi ilə fərqlənsə də, həmin sarsılmaz fundamenti inkar etmək mümkün deyildir.

XX əsr və XXI əsrin başlanğıcı nəhəng elmi-texniki kəşflərlə əlamətdardır. Təbii və dövlət sərhədlərini aşan elmi kəşflər görünməmiş zirvələr fəth etmişdir. Artıq tətbiq olunmasına başlanan və daha böyük inkişaf üfüqləri vəd edən süni intellekt təbiətin yaratdıqlarını da arxada qoymağı bacarır. Əgər kompüter saniyədə milyonlarla hesablama əməliyyatı aparmağı bacarırsa, bunu, dünyaya gətirən heç bir insan ağlının və qabiliyyətinin ən yüksək səviyyəsi ilə də müqayisə etmək mümkün deyildir.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri