525 ci qəzet Tramp Putinlə görüşmək niyyətini təsdiqlədi
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşmək niyyətini təsdiqləyib.
525.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.
“Biz hazırda bütün detalları işləyirik. Bəli, mən prezident Putinlə də görüşəcəyəm”, - deyə Tramp jurnalistlərə bildirib.
Qeyd edək ki, fevralın 24-də Tramp 2025-ci ilin mayında Moskvada keçiriləcək Qələbə Paradına qatılacağına dair iddialara cavab verib. Ağ Evin rəhbəri bu cür səfərləri müzakirə etmək üçün çox tez olduğunu bildirib, lakin gələcəkdə belə bir ehtimalı istisna etməyib.
Xatırladaq ki, fevralın 12-də Tramp və Putin danışıqlar aparıblar və görüşmək barədə razılığa gəliblər. Bu, Trampın ikinci prezidentliyi dövründə iki dövlət başçıları arasında ilk rəsmi dialoq idi. Telefon danışığı 1,5 saat davam edib. Tramp Putinin ABŞ-a səfərini səbirsizliklə gözlədiyini bildirib. Rusiya prezidenti də öz növbəsində ABŞ liderini Moskvaya dəvət edib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Fevral 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















