Icma.az
close
up
RU
525 ci qəzet Trampdan HƏMAS a son möhlət

525 ci qəzet Trampdan HƏMAS a son möhlət

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

ABŞ prezidenti Donald Tramp HƏMAS-a son möhlət verərək şənbə günü günortaya qədər bütün israilli girovları azad etməyi tələb edib. Tramp özünün "Truth Social" şəbəkəsində yazıb ki, əgər şənbə günü saat 12:00-a qədər bütün girovlar geri qaytarılmasa, hesab edirəm ki, atəşkəs razılaşmasını ləğv etmyin və cəhənnəmin dağıdılmasının vaxtı çatıb.

Trampı belə sərt mövqe bildirməyə vadar edən səbəb isə HƏMAS-ın atəşkəs şərtlərinə əməl etməkdən yayınmağa çalışaraq fevralın 15-nə planlaşdırılan girovları azad edilməsi şəratindən imtina etməsidir.

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın qərarını tərəflər arasında əvvəllər əldə edilmiş atəşkəs razılaşmasının tamamilə pozulması adlandırıb və ordu qüvvələrini Qəzza zolağında tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.

HƏMAS-ın İsraillə əldə edilmiş atəşkəs razılaşmasını pozmaq cəhdinin arxasında Trampın Qəzzanı boşaltmaq istəyinin dayandığı haqqında iddialar var. İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edərkən Tramp bəyan etdi ki, ABŞ Qəzza zolağına nəzarəti öz əlinə almaq, bu ərazidə yaşayanları isə daha yaxşı həyat şərati olan başqa ərazilərə köçürmək istəyir. Netanyahu Trampın təşəbbüsünü dəstəkləyərək onu inqilabi təşəbbüs adlandırıb.

HƏMAS isə Trampın bu təklifini rədd edir və Qəzzanın fələstinlərə məxsus olduğunu bəyan edir. Bir sıra ərəb ölkələri və İslam dövlətləri HƏMAS-ın bu mövqeyini dəstəkləyir. Ərəb ölkələri və İslam dövlətlərinin dəstəyindən ruhlanan HƏMAS İsraillə atəşkəsi pozmaqla Trampın Qəzza ilə bağlı planlarının qarşısını almağa çalışır.

Lakin nə HƏMAS-ın müqaviməti, nə də İslam dövlətlərinin etirazı Trampın mövqeyinə təsir edib. Fevralın 10-dakı açıqlamasında Donald Tramp Qəzza zolağı üzərində nəzarəti ələ almaq istəyində israr edib. Tramp bildirib ki, əgər İordaniya və Misir Qəzza planına uyğun olaraq fələstinliləri qəbul etməkdən imtina etsələr, ABŞ-nin yardımından məhrum olacaqlar.

"Fox News" telekanalına müsahibəsində Donald Tramp bildirib ki, fələstinlilərin Qəzza zolağına qayıtmaq hüququ olmayacaq. ABŞ prezidenti bu mövqeyini Qəzza sakinlərinin başqa ərazilərdə daha yaxşı həyat şəraitinə sahib olacaqları ilə əsaslandırıb. Tramp hesab edir ki, bölgədə həllini tapmayan münaqişəni əvvəlki qaydalarla həll etmək mümkün deyil. Təxminən 85 ildən artıqdır ki, bu coğrafiayada münaqişə zaman-zaman alovlanır və beynəlxalq ictimaiyyətin müdaxilsindən sonra səngiyir. Bir müddət çəkən dinc həyatın yerini daha qanlı toqquşmalar alır. Yəni bu günə kimi bütün sülh təşəbbüsləri ancaq müvəqqəti atəşkəslə nəticələnib. Aydın görünür ki, bölgədə qalıcı sülhə nail olmaq üçün ənənəvi təşəbbüslərdən fərqli addımlar atılmalıdır. Tramp belə bir addım ki, Qəzza sakinlərin Misir və İordaniyaya köçürülməsində görür. Yeri gəlmişkən qeyd edək ki, bununla bağlı fikirlər əvvəllər də olub. İndi hər kəs etiraf etməsə də, anlayır ki, bu addım əvvəllər həyata keçirilsəydi, böyük insan tələfatları ilə müşayiət olunan qanlı münaqişədən yayınmaq mümkün olardı. Trampın təklifi ideal deyil, ancaq uzun müddətli münaqişədən çıxış yolu ola bilər.

Ancaq HƏMAS Trampın son çağırışına əməl etməsə, yəni girovları şənbə günü günortaya qədər azad etməsə, proseslər daha arzuedilməz istiqamət alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri