Icma.az
close
up
RU
525 ci qəzet UNEC in bu sahədə atdığı addım da Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır

525 ci qəzet UNEC in bu sahədə atdığı addım da Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Elm və bilik cəmiyyətin inkişafında mühüm rol oynayır və bu sahədə həyata keçirilən təşəbbüslər gənclərin elmə marağını artırmaq, onların dünyagörüşünü və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək baxımından çox vacibdir. UNEC-in “Elm gözəldir: Məktəbdən Elmə” və “Elmin Populyarlaşdırılması” layihələrinə start verməsi təqdirəlayiq addımdır və bu, elmin yalnız akademik dairələrdə deyil, daha geniş ictimaiyyət arasında da yayılmasına böyük töhfə verəcək".

Bu fikirləri 525.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O bildirib ki, dünyada elmi maarifləndirmə və populyarlaşdırma istiqamətində bir çox uğurlu nümunələr mövcuddur. Məsələn, ABŞ-da MIT OpenCourseWare layihəsi elmi bilikləri hər kəs üçün açıq edir, Birləşmiş Krallıqda Royal Institution Christmas Lectures məktəblilər üçün maraqlı və interaktiv elmi seminarlar təşkil edir, Fransada isə Fête de la Science adlı elmi festival keçirilir, müxtəlif yaş qruplarına uyğun eksperimentlər və seminarlar təqdim olunur. Bu kimi təşəbbüslər elmin daha əlçatan və cəlbedici olmasına kömək edir və UNEC-in bu sahədə atdığı addım da Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır:

"Elmin populyarlaşdırılması üçün yalnız nəzəri biliklər vermək kifayət deyil, onu real həyatla əlaqələndirmək, praktiki və tətbiqi yanaşmalar təklif etmək lazımdır. İnteraktiv seminarlar, laboratoriya eksperimentləri, STEM yarışları, gənc alimlərlə görüşlər və sosial mediada elmi məzmunun yayılması bu istiqamətdə vacib addımlardır. Gənclər elmi kitablarda yazılmış quru məlumat kimi deyil, gündəlik həyatlarında istifadə edə biləcəkləri bir vasitə kimi görməlidirlər. Məsələn, iqlim dəyişikliyi ilə bağlı ekoloji layihələr, süni intellekt və robototexnika üzrə təcrübələr, kosmos tədqiqatları ilə əlaqəli interaktiv sessiyalar onların elmə marağını artırmaq üçün effektiv üsullardır.
UNEC-in bu təşəbbüsü digər universitetlər, məktəblər və elmi qurumlar tərəfindən dəstəklənməli, geniş miqyasda tətbiq olunmalıdır ki, Azərbaycanda elmi düşüncə tərzi daha da inkişaf etsin və gənc nəslin tədqiqatçılıq ruhu güclənsin. Mən də elm və təhsil sahəsində fəaliyyət göstərən bir mütəxəssis kimi belə təşəbbüsləri yüksək qiymətləndirir, bilik və təcrübəmi bölüşməyə, gənclərin elmə marağını artıracaq layihələrdə iştirak etməyə və dəstək verməyə hazıram. Elmi cəmiyyətə yaxınlaşdırmaq, onu sevdirib, həyatın ayrılmaz hissəsinə çevirmək bizim ən vacib missiyalarımızdan biridir".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri