Icma.az
close
up
RU
Səfərlər Azərbaycanın beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır DEPUTAT ŞƏRH ETDİ

Səfərlər Azərbaycanın beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır DEPUTAT ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə rəsmi işgüzar səfəri gerçəkləşdiriblər. Bu səfər Azərbaycanın beynəlxalq arenada fəal mövqeyinin və diplomatik əlaqələrinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy" Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahına gəliblər". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, sentyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər:

"Bu sessiya beynəlxalq siyasətdə aktual məsələlərin müzakirəsi və dünya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. BMT-nin Baş katibi Antonio Guterreş dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı mənzil-qərargahda rəsmi olaraq qarşılayıb və salamlayıb. Səfər çərçivəsində Prezident İlham Əliyev Nyu-Yorkda "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb. Bu görüş Azərbaycanın iqtisadi sahədə beynəlxalq əməkdaşlığının genişləndirilməsi və investisiya imkanlarının artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Prezident İlham Əliyevin Nyu-York səfəri mühüm prioritetə malikdir. Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi sürətlə inkişaf edən iqtisadiyyata malikdir və prezidentin beynəlxalq görüşlərdə apardığı təbliğat ölkəmizin müsbət imicinin formalaşmasında böyük rol oynayır. Bu səfər Azərbaycan-BMT əlaqələrinin uzun tarixi zəmində baş verir. Prezident İlham Əliyev BMT Baş Qərargahını bir neçə dəfə ziyarət etmişdir. O, 2004-cü ildə BMT Baş Assambleyasının 59-cu sessiyasında, 2010-cu ilin sentyabrında 65-ci sessiyasında və 2017-ci ilin sentyabrında 72-ci sessiyasının açılışında iştirak edib. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olmuş və Azərbaycanın tarixində ilk dəfə olaraq BMT-nin yüksək tribunasından proqram xarakterli nitq söyləmişdir".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu səfər Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi, ölkəmizin qlobal proseslərə fəal qatılımının təmin edilməsi və digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: "BMT kimi beynəlxalq təşkilatların platformasından istifadə edərək Azərbaycan öz mövqeyini dünya ictimaiyyətinə çatdırma imkanı qazanır. Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayının 5000-dən çox olması ölkəmizin beynəlxalq əlaqələrinin genişliyini və dərinliyini göstərir. Bu cür səfərlər Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri