Icma.az
close
up
RU
525 ci qəzet Vaxt olub, bir sifarişin puluna ev almışam

525 ci qəzet Vaxt olub, bir sifarişin puluna ev almışam

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fikrət İbrahimli 1955-ci ildə Neftçala rayonunda anadan olub. Əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq ixtisasını bitirib. Xalq rəssamı Toğrul Nərimanbəyovun tələbəsi olub. Rəssamlar İttifaqının üzvüdür. 2022-ci ildə "Ruhumun təqdimatı - Ömür səhifələrim" adlı fərdi sərgisi keçirilib.

Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, portret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur. Əsərləri Azərbaycanın və bir sıra xarici ölkələrin muzey və qalereyalarında, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.

- Fikrət müəllim, hazırda hansı əsər üzərində işləyirsiniz?

- Əli bəy Hüseynzadə ilə bağlı bir əsər işləyirəm, ancaq hələ tamamlanmağına çox var.

- Sifarişdir, yoxsa ürəyinizin diktəsi?

- İkincisi. Əli bəy ata tərəfdən qohumumdur. Həmişə onun haqqında yaxınlarımdan eşitmişəm. Neçə illərdir Əli bəylə bağlı nəsə işləmək fikri beynimdə dolanırdı. Nəhayət, başlamaq qismət oldu (Fikrət bəy danışa-danışa mən də emalatxananı gəzirəm. Əli bəyin portretini görə bilməsəm də, gözüm  Qənirə Paşayevanın da təsvir olunduğu tabloya sataşır).

- Çoxdan işləmisiniz bu əsəri?

- Hə. Qənirə xanımın təsvirini isə vəfatından sonra tabloya əlavə etmişəm. Deməli, o vaxt Qənirə xanım bu rəsmi görən kimi dedi ki, mütləq sərgi eləmək lazımdır. Əvvəlcə tərəddüdlərim olsa da, israr elədi ki, sərgini bir həftəyə keçirək. Elə yanımda zəng edib tapşırdı ki, Fikrət sizə altmış iş gətirəcək, hamısını çərçivəyə salın, pulunu özüm verəcəyəm. Beləcə onun köməyi ilə sərgimiz baş tutdu. Elə bu tablo da orada nümayiş olunurdu. Əsərdə gördüyünüz bütün şəxsiyyətlər şuşalıdır. Bircə Səttar Bəhlulzadə istisnadır. Polad Bülbüloğlu tablonu görəndə soruşdu ki, "Bəs "papa" hanı?" Bülbülün təsvirini göstərəndən sonra tez telefonunu çıxarıb şəklini çəkdi. Fərhad Xəlilov da ona dedi ki, Polad, şəklini çəkmək lazım deyil, alıb "papa"nın muzeyinə aparmaq lazımdır.

- Tablonun qiyməti nə qədərdir?

- Muzey mərkəzində sərgi zamanı nazir müavini məndən əsərin qiymətini soruşanda on min manat dedim. Cavabı eşidib xeyli təəccübləndi ki, niyə belə ucuz qiymət qoyursan? Bu əsərə on min çox azdır. Vəsiyyət eləmişəm ki, sağlığımda tablonu alan tapılmasa, məndən sonra bir muzeyə bağışlasınlar.

- Sizcə, bu gün ölkəmizdə rəssamlar yalnız rəsmlərinin hesabına dolana bilərmi?

- O vaxt bir dostum nəvəsini yanıma gətirirdi. Uşaq özü də istedadlı idi. Bir müddət məşğul olandan sonra dostumdan soruşdum ki, bəs sən onu niyə filan rəssamın yanına qoymursan? O həm yaxşı müəllimdir, həm əhatəsi, əlaqələri çoxdur. Sabah uşağın sərgisini də keçirər, lazım gəlsə, xaricə də çıxaracaq. Dedi yox e, uşaq səni istəyir. Beləcə mənim yanımda davam elədi. İndi həmin oğlan Amerikada yaşayır. Sonradan onu babasından xəbər alanda dedi ki, rəssamlığı atıb, tamam başqa işlə məşğuldur. Niyəsini soruşanda cavab verdi ki, o vaxt bizim söhbətimizi eşidib. Dedi, baba, mən Fikrət İbrahimli kimi rəssam olmaq istəyirəm, sizin dediyiniz o rəssam kimi yox. Bilirəm ki, Fikrət İbrahimli kimi çəksəm, pulum olmayacaq, ona görə də davam etməsəm yaxşıdır.

Bu nümunəni boşuna çəkmədim. Əlbəttə ki, indi də yaxşı yaşayan rəssamlar var. Ümumiyyətlə, rəssamlıq sənəti elitarlığını daim qoruyur. Sovet dövründə isə rəssamdan yaxşı yaşayan yox idi. Təsəvvür edin, o vaxt bir sifarişin puluna Bayıldan ev almışam. Sovet vaxtı xeyli sifarişlərimiz olurdu. İki əsəri götürəndən sonra üçüncüyə çəkinirdik ki, deyəcəklər "xalturşikdir". Yadımdadır, o vaxt Rəssamlar İttifaqına bircə ərizə yazmışdım, mənə nə qədər rəng, kətan vermişdilər. İndi Rəssamlar İttifaqının eləcə adı qalıb. Tək işləri sərgi təşkil etməkdir, vəssalam.

- Küskünlüyünüz hiss olunur.

- Düzü, onlardan artıq heç nə ummuram.

- Övladlarınızdan sizin yolununuzu davam etdirən varmı?

- Qızım xalçaçı rəssamdır, oğlum isə iqtisadçıdır. Ancaq oğlumun da yaxşı rəsmləri var.

- Qardaşınız Altay da rəssam olub.

- Rəhmətlik Altay yaşca məndən kiçik idi. Olduqca gülərüz, mehriban xarakteri vardı. O da Əzim Əzimzadəni bitirmişdi. Doxsanıncı illərdə qardaşımgil briqada düzəldib evlərdə təmir işləri görürdülər. Bir ara mən də onlara qoşulmaq istədim. Razı olmadı. Dedi hesab elə ki, payını mən gətirəcəyəm, sən otur işlə. Mənə tez-tez kətan, rəng gətirirdi. Novxanıda iki mərtəbə bağ evi vardı, üçüncü mərtəbəsini artırıb mənə emalatxana eləmişdi ki, rahat işləyim. Evin sonbeşiyi olsa da, özünü mənə həsr eləmişdi.

- Novxanının adını çəkdiniz, yadıma bir məqam düşdü. Sizin yaradıcılğınızda Abşeron mövzüsu əsas motivlərdən biridir. Baxmayaraq ki, özünüz Neftçalada doğulub böyümüsünüz.

- Əvvəla, deyim ki, kolorit fərqi olsa da, Neftçala ilə Abşeron arasında müəyyən oxşarlıqlar var. Həm də mən gözümü açıb Səttarı, Toğrulu görmüşəm, bu gün çəkdiklərim həm də onlardan eşitdiklərimə əsaslanır. Üstəlik, özüm də Bakıya köçəndən sonra uzun illər İçərişəhərdə yaşamışam. İçərişəhərdə yaşayıb, Bakını hiss etməmək mümkün deyil. Neftçalaya gəldikdə isə mənim ora dair xeyli işlərim var. Xüsusilə də yaradıcılığımın ilk illərində.

- Sizin üçün birinci rəng gəlir, yoxsa kompozisiya?

- Əsas kompozisiyanı qurmaqdır. Bundan sonra içərisini doldurmağa nə var ki? Kompozisiyanı işləyə-işləyə rəng gözünün önünə gəlir. Bəzən olur ki, əsərə bir rənglə başlayıb, başqa rənglə bitirirsən.

- Daha çox realizmə yaxınsınız sanki.

- Əslində, mənim də abstrakt işlərim var. Sadəcə elə mövzular olur ki, onları abstrakt işləmək olmur. Xüsusilə də söhbət tarixi mövzulardan, şəxsiyyətlərdən gedirsə. Bu yaxınlarda abstrakt işlərdən ibarət bir sərgiyə getmişdim. Onlarla işin içərisində cəmi bir-iki əsərin qarşısında dayandım, vəssalam. Müəlliflərin də çoxu gənc rəssamlar idi. Bu gün onların getmək istədiyi yolu Avropa çoxdan keçib. Abstrakt işləməyin də öz qayda-qanunu var axı. Üstəlik, abstrakt işləyənlərin çoxu kompüterdə çəkir. Ora-bura baxa-baxa əsər işləməyin nə mənası var?

- Ruhunuza ən yaxın hesab etdiyiniz rəssamlar kimlərdir?

- Modilyaninin portretləri və Van Qoqun yaxmaları. Sevdiyim rəssamlar çoxdur, ancaq bu iki rəssamın adını xüsusilə qeyd edərdim.

- Toğrul Nərimanbəyovun tələbəsi olmusunuz. Müəlliminizi necə xatırlayırsınız?

- Bəli, Toğrul Nərimanbəyovun dərs dediyi birinci qrup biz olmuşuq. Burada çox dərs demədi, cəmi iki il çəkdi. Sonra qızı Əsməri institutdan kəsdilər. O da Əsməri oxumağa Tiflisə apardı. Özü də inciyib institutdan çıxdı.

Toğrul müəllim mənə çox dəstək olub. Tələbə vaxtı emalatxanasının açarlarını vermişdi ki, orada rahat işləyim. Sizə bir əhvalat danışım. Deməli, bir gün Toğrul müəllim mənə dedi ki, al bu kətanı, rəngi, get hazırlaş. Fransada ikimizin sərgisi olacaq. Ancaq bunu doğma qardaşına da demə. Düzdür, doğma qardaşlarıma demədim, ancaq özümə qardaş bildiyim çox yaxın rəssam dostuma dedim. Ondan sonra Toğrul günlərlə emalatxanaya mənim arxamca gəlir. Qardaşım Altaydan soruşanda ki, Fikrət hanı? Altay cavab verir ki, bəs neçə gündür səhər-axşam içkili gəlib yatır. Toğrul dərhal soruşur ki, kiminlə? Qardaşım cavab verir ki, filankəslə. O da deyir, axı mən Fikrətə dedim ki, sərgini heç kimə demə.

Çox sonralar həmin dostdan niyə belə etdiyini soruşanda dedi ki, sən Sovetin dövründə Parisə gedəcəkdin. Sonra bura qayıdanda bəs biz kim olacaqdıq? Paxıllıq... Mən uzun müddət Səttarın yanına gedib gəlmişəm. Bircə dəfə də olsun onun dilindən "filankəs pis rəssamdır" sözünü eşitmədim. Həmişə deyirdi ki, rəssam xrustal deyil ki, birinə pis deyək, o birinə yaxşı. Hər kəs ürəyindən gəldiyi kimi çəkir.

- Bağışladınız həmin adamı?

- Rəhmətə getməzdən qabaq məni çağırıb dedi ki, bağışla. Dedim, axı, belə şeyi necə bağışlayım? Əgər sən o şansı əlimdən almasaydın, mənim bütün taleyim dəyişəcəkdi. Bəlkə də bu gün başqa adam olacaqdım...

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri