Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Heç vaxt pisliyə pisliklə cavab verməmişəm

525 ci qəzet Heç vaxt pisliyə pisliklə cavab verməmişəm

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva "Gülmək qadağandır", "Çal-çağır şou", "Burda və indi" "Zəhmətkeş ulduzlar", "Toy olmayacaq" kimi verilişlərin aparıcısı olmaqla bərabər, "Aramızda qalsın", "Üç bacı", "Bacanaqlar", "Qız atası", "Ər quyusu", "Köhnə çamadanlar" kimi film və seriallarda da rollar alıb. Ülviyyə Əliyeva həmçinin 20-dən çox tamaşada, o cümlədən "Ölülər", "Atamın kitabı", "Xoşbəxt gün", "Şübhəli əhvalat", "20 il sonra", "Bəxtəvər", "Molla Nəsrəddinin beş arvadı" kimi səhnə əsərlərində oynayıb.

Aktrisa Ülviyyə Əliyeva ilə söhbəti təqdim edirik.

- Oynadığı obrazlarla izləyicilərinin çöhrəsində daim təbəssüm yaradan Ülviyyə xanımın çöhrəsində kim təbəssüm yarada bilir?

- İlk növbədə ailəm, doğmalarım və təbii ki, tamaşaçılar. Biz bu sənətdə güzgü kimiyik - müsbət enerji görəndə üzümüzdə təbəssüm yaranır. Kimsə şəhərdə, yolda, ya iş yerində qarşına gülər üzlə çıxırsa, təbii ki, həmişə üzündə təbəssüm yaranır.

- İnsanın bir fərd kimi formalaşmasında ailənin rolu danılmazdır. Hansı ailənizin sizin aktrisa Ülviyyə Əliyeva olmağınızda daha çox payı var?

- Bildiyiniz kimi, iki anam, iki atam var. Körpə olanda anamgil məni bibimə verdi, o vaxtdan iki ailəm var. Mənim ikinci valideynlərimin şəxsiyyət kimi formalaşmağımda çox böyük rolları olub. Mən doğma bacı-qardaşımdan çox fərqlənirəm. Təbii ki, onlar da alitəhsillidirlər, peşə sahibidirlər, amma mən tamam başqa cürəm, onlardan çox seçilirəm. Elə bil, doğma bacı-qardaş deyilik. Bunun əsas səbəbi ikinci anam və atam idi. Mənim ilk tənqidçim bibim olub. Səhnəyə ilk çıxdığım vaxtdan premyeralarıma gəlib baxırdı və iradlarını bildirirdi. Zövqü çox gözəl idi. Bu sahəyə də məni istəmədən özü yönəltmişdi. O özü də teatral insan olub, kitabları sevib. Evimizdə böyük kitabxana var idi, kitabları da anam sevdirib. 5 yaşından məni Opera Balet Teatrına, Gənc Tamaşaçılar Teatrına aparırdı. Biz mərkəzdə qalırdıq. Evimizin hər tərəfində teatr var idi. Həftədə ən azı bir dəfə teatra getməliydik. Beləcə özü istəmədən mənə bu sənəti sevdirdi.

- Qadın aktrisalarımızdan bir qisminin ailəsində incəsənət adamı olmayıb deyə bu sahəyə gəlmək üçün xeyli mübarizə aparmalı olublar. Siz də onlardan birisiniz. Həmin mübarizədə ümidinizi itirdiyiniz məqam oldumu?

- Bizim ailədə kosmonavtlar çox olub. Məni böyüdən anam -  Zemfira Əliyeva ilk azərbaycanlı təyyarə bələdçisidir. Ondan öncə rus, ləzgi, yəhudi, gürcü qızları olub, amma azərbaycanlı qızlarından bu vəzifədə olan olmayıb. Onun haqqında sənədli film, Aviasiya muzeyində şəkillər və disk var. Əvvəllər SSRİ vaxtı elanlar rusca olurdu. İlk dəfə təyyarədə elanı Azərbaycan dilinə tərcümə edib verən də mənim anam olub. Biz ilklərdən olmuşuq deyə buna öyrəşmişik (Gülür). Təbii ki, bu sənətə gələndə ilk başlarda anam razı deyildi. Bir il mübarizə apardım və qalib gəldim, sonda onu inandıra bildim. Əslində, onu qınamıram, çünki 9-cu sinifə qədər həkim olmaq istəyirdim, daha sonra xarici dillərə böyük maraq göstərdim və tərcüməçi olmaq istədim. Hazırlıqlara o istiqamətdə gedirdim və birdən-birə 11-ci sinifdə aktrisa olmaq istədiyimi deyəndə anam elə bildi ki, bu, mənim növbəti kaprizimdir. Amma Dövlət Gənclər Teatrına dava-qırğınla işə düzəlib ilk dəfə "Ölülər" tamaşasında Nazlı rolunu oynayandan sonra dedi ki, qızım, səndə nəsə var, sən aktrisa ola bilərsən. Xeyir-duasını onda verdi (Gülür).

- Artıq 7 ildir sizi verilişlərdə görmürük. Hansı ki, aparıcısı olduğunuz verilişlər izləyicilər tərəfindən maraqla qarşılanırdı. Bunun xüsusi səbəbi var?

- 7 il bundan qabaq "Zəhmətkeş ulduzlar" verilişinin fəaliyyətinə son qoydum. Çünki ailə həyatı qururdum. Fikirləşdim ki, onsuz da iki teatrda fəaliyyət göstərirəm, həm Azərbaycan Akademik Musiqili Teatrında, həm də Kukla Teatrında. Veriliş üçün bölgələrə gedib-gəlmək çətin idi. Çünki çəkiliş bir sutka olurdu. Mən də yenicə ailə qurmuşdum, sözün düzü, özümü daha çox ailəmə həsr etmək istədim. Düşündüm ki, qoy ailəmin təməlini möhkəm qurum. Ona görə "Zəhmətkeş ulduzlar"dan uzaqlaşdım. Hazırda heç bir veriliş aparmıram, amma yenidən danışıqlar gedir. İnşallah qismət olsa, ailədən bir sutkalıq ayrıla bilsəm, gedəcəyəm (Gülür). Bilirsiniz, evdə körpə uşaq var, səhər gəlirəm məşqə, teatra, axşam evə qaça-qaça gedirəm ki, uşaq tək qalıb. Ona çox bağlıyam, işdə olanda darıxıram. Belə çox çətin olur.

- İstedadlı aktyor və aktrisalarımızın bir çoxu Hüseynağa Atakişiyev məktəbinin yetirməsidir. Bu gün Hüseynağa müəllim kimi peşəkar aktyor yetişdirən müəllimlər varmı?

- Deyim ki, yoxdur, düzgün çıxmaz, amma onun kimisi yoxdur. Çünki Hüseynağa Atakişiyev həqiqətən, böyük bir məktəb idi. Ümumiyyətlə, baxaq Dövlət Gənclər Teatrında kimlər olub - Sənubər İsgəndərli, Afaq Bəşirqızı, Rafael İsgəndərov, Coşqun Rəhimov, Ayşad Məmmədov, Qurban İsmayılov, mən, Çingiz Əhmədov, Natiq Fərzəliyev. Ora doğrudan da məktəb idi. Biri var teatrın tərkibində aktyor yetişdirmək üçün studiya olsun, biri də var ki, teatrın özü böyük bir universitet idi. Mən Dövlət Gənclər Teatrında öyrəndiklərimi heç İncəsənət Universitetində öyrənməmişəm. Heç kəs inciməsin, çünki aktyoru aktyor edən səhnədir, teatrdır, rejissordur və əsərdir. Düzdür, universitet mənə istiqaməti göstərdi. Almazı yonursan, təmizləyirsən, brilliant olur. Amma mən 3 il ərzində Gənclər Teatrında öyrəndiklərimi 27 ildir tətbiq edirəm. Görün Hüseynağa müəllim nə boyda təməl qoyub. Allah ruhunu şad eləsin. Çox təəssüflənirəm ki, bu gün belə insanlar çox az qalıb.

- Ülviyyə xanım, istedadınızın ortaya çıxmasında hansı rejissorun daha çox payı var? Ümumiyyətlə, rejissorlarla münasibətləri necə tənzimləyirsiniz?

- Yenə deyirəm, 27 ildə üç teatrda işləmişəm və indiyə qədər heç bir rejissorla aramda narazılıq olmayıb. Potensialımı Hüseynağa Atakişiyev görüb. O vaxtı Rus Dram Teatrı və Gənclər Teatrı evimizlə üzbəüz idi. Mən rus məktəbində oxuyurdum deyə həftənin beşinci, altıncı və bazar günlərinə anam Rus Dram Teatrına bilet alırdı. Mütləq ön sıradan yer istəyirdim ki, səhnəyə yaxın olum və onun qoxusunu hiss edim. Bütün repertuarı əzbər bilirdim. 17 yaşımda anam qarşıma seçim qoydu ki, qızım gəl səni ya Rus Dram Teatrına, ya da Gənclər Teatrına düzəldim. İdeya baxımından, repertuarları əzbər bildiyimə görə Rus Dram Teatrını seçməyim daha məqsədəuyğun idi. Amma mən tamaşalarına baxmadığım halda Dövlət Gənclər Teatrını seçdim və nə yaxşı ki, oranı seçdim. Hüseyanağa Atakişiyev kimi ustadın tələbəsi oldum. Sonradan öyrəndim ki, anam məni teatra ordakı qalmaqalları görüb uzaqlaşaram deyə düzəldib. Amma elə kollektivlə qarşılaşdım ki, teatra daha çox bağlandım. 27 nəfərlik, çox mehriban kollektiv idi, ən kiçikləri mən idim, hamı məni ovcunun içində saxlayırdı. Teatrımız da çox kasıb idi, təsəvvür edin, tamaşalarda anamın paltarları istifadə olunurdu. Çox soyuq olurdu, tamaşaçılar bizi paltoda oturub izləyirdilər, danışırdıq ağzımızdan tüstü çıxırdı, soyuqdan əsirdik. Amma sənət var idi, yaradıcılıq var idi. Səhnəyə yağış yağırdı, zəmi su olurdu, biz tamaşa oynayırdıq. "Hamlet" kimi əsər Hüseynağa müəllimin otağında qurulurdu. "Ölülər", "Maqbet", "Karmen" əməlli-başlı müzikl kimi qurulurdu. Hüseynağa müəllim məni aktrisa kimi kəşf edəndən sonra universitetə yönləndirdi. Orda hamı dram-kino ixtisasın bitirmişdi, düşündüm məni də ora yönləndirər. Məndən soruşdu ki, səsin var? Dedim bilmirəm. Dedi, hansısa alətdə ifa edə bilirsən, dedim pianinoda ifa edirəm, özüm öyrənmişəm. Məndən nəsə ifa etməyimi istədi, başladım oxumağa. Dedi, sabah get bəstəkar Sərdar Fərəcovun yanına, sənin səsini yoxlasın. Getdim, Tofiq Quliyevin "Qızıl üzük" mahnısını oxudum. Səhəri gün Hüseynağa müəllim Sərdar Fərəcova zəng elədi. Onunla danışandan sonra dedi, qızım sən sənədlərini ver musiqili teatr fakültəsinə. O qədər pis olmuşdum, dedim yəqin mənim istedadım yoxdur, zəifəm deyə məni drama, kinoya yönləndirmədi. Mənim aləmimdə dram, kino daha yaxşı idi. Sonradan bildim ki, musiqili teatrda keçirilənlər orda da keçilir. Üstəlik, musiqili teatrda vokal dərsləri də var. 17-18 yaşıma kimi vokal səsimin olduğunu da bilmirdim. Məni istiqamətləndirən, yönləndirən, məni aktirsa kimi, vokalist kimi kəşf edən Hüseynağa müəllim oldu.

- Fəxri adınız olmadığına görə etirazınızı bildirən videoçarx belə var. Bu məsələ ilə bağlı səsini çıxarmayanlardan fərqli olaraq siz sözünüzü demisiniz. Bunun faydası oldumu?

- Belə deyim, inşallah hər şey yaxşı olar (Gülür). 27 ildir başımı aşağı salıb halal zəhmətimlə, alın tərimlə, Allahın verdiyi istedadla çalışmışam və buna da davam edəcəyəm.

- Ülviyyə xanım, uşaqlıqdan çətin sınaqlarla qarşılaşmısınız. Ən başlıcası, üç dəfə suda boğulmusunuz və son anda xilas olmusunuz. Yaşadığınız çətinliklər sizi yolunuzdan çaşdırmırdı?

- Hər dəfə bir sınaqla qarşılaşanda Allahıma şükür edirəm. Mənə qarşı böyük bir səhv olanda da həmişə demişəm ki, ay Allah, sən mənə güc ver, qarşımdakı kimi pis insan olmayım. Şükürlər olsun ki, heç vaxt pisliyə pisliklə cavab verməmişəm. Allahın verdiyi sınağa həmişə şükür eləmişəm, çünki o sınaqlar məni müdrikləşdirib, az da olsa, ağıllandırıb və gücləndirib. Həmişə deyirəm, həyat bir məktəbdir. Sonda qiymətləndirmə ilə biləcəyik ki, hansı universitetə qəbul olmuşuq - cənnətə, ya cəhənnəmə? Hələ ki oxuyuruq.

- Deyir, balaca Ülviyyə yaman dəcəl olub. Həmin dəcəl uşağı qoruyub saxlaya bilmisinizmi?

- Bəli. Bəzən olur ki, həyat sınaqlarına başın o qədər qarışır, o uşaq unudulur. Allah yoldaşıma cansağlığı versin, onun sayəsində unutduğum o uşağı geri qaytardım. Hərdən içimdəki uşaq çox çölə çıxır, çox ərköyünləşir, sonra deyirəm Ülviyyə ipini yığ, sən anasan, bir az ciddiləş. Ümumiyyətlə, uşaqlara qoşulanda çox uşaqlaşıram, baxmıram ki, hardayam (Gülür).

"Keyxanım"ı "Toppuş bacı"sız təsəvvür etmək olmur. Ülviyyə Əliyeva ilə söhbət zamanı mərhum aktrisa Tünzalə Əliyevanı da yada saldıq.

-Yəqin ki, darıxdığınız sənət yoldaşınız var.

-Təbii ki. Nəinki darıxdığım, hər dəfə hansısa rolda oynayanda çevrilib axtardığım, burnum ucu göynədiyi, çətin məqamlarda axtardığım biri var. Tünzalə çox gözəl dinləyici idi. Bir problemin, dərdin olanda yaxşı məsləhətlər verirdi. Bəzən elə situasiya olur ki, deyirəm Tünzalə bu anda bu sözü deyərdi. Hələ ili çıxmamışdı, yol gedirdim, yaradıcılıqla bağlı sıxıntım var idi. Birdən dedim, bu gün Tünzaləyə zəng etməmişəm. Biz hər gün zəngləşirdik, səsi batandan sonra mesajlaşırdıq. Tez götürdüm telefonu, ona zəng eləmək istədim və birdən ayıldım ki, o axı yoxdur... (ah çəkir) Tamaşaçılar hələ də dərk eləmirlər ki, o nə qədər böyük boşluq qoyub getdi. Hələ də onun yoxluğunu qəbul edə bilmirəm. Sanki nə vaxtsa yeni bir lahiyə olacaq və biz yenə görüşəcik. Tamaşaçılar mənə yaxınlaşıb deyəndə ki, Allah Tünzalə xanıma rəhmət eləsin və ya hansısa paylaşımın altında yazanda ki, Allah Toppuş bacımıza rəhmət eləsin, bir yandan pis oluram, bir yandan da sevinirəm ki, nə yaxşı tamaşaçılar məni görəndə onu yad edirlər. Nə qədər ki, mən varam, o da var. Təki tamaşaçılarımız onu unutmasınlar, çünki o unudulası aktrisalardan deyil. Bu gün çox təəssüf ki, bir qanadsız qalmışam, çox çətindir...

- Son olaraq, sözün bitdiyi yerdə nə başlayır?

- Sözün bitdiyi yerdə vergül başlayır. Çünki həyat bitməyənə qədər o vergüllər olacaq. Bəzən olur söz bitir və nöqtə qoyulur, amma o nöqtənin yanında mütləq bir vergül gələcək.

Ləman İLKİN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri