Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

525 ci qəzet Yaş üstünə yaş gəlsə də, heç vaxt qocalmayacaq...

525 ci qəzet Yaş üstünə yaş gəlsə də, heç vaxt qocalmayacaq...

525.az saytına istinadən Icma.az xəbər verir.

Qəribədir, insanlar sağ olanda doğum günləri hamıdan çox onun özü üçün əlamətdar olur. Dünyadan köçəndən sonra isə yaş üstünə gələn yaş, hər ötən il, təqvim dəyişikliyi onun cismani varlığının fövqündə olur. Yalnız doğmaları köks ötürərək xatirələrə üz tuturlar.

Vətənin xatirə dəftərinə yazılan şəxslər isə, bütöv xalqın köksündə yaşaya bilir, şəhid baş leytenant Səid Rəşidzadə kimi...

Müharibənin 5, Səidin 35 illiyi 2025-ə təsadüf edir. Səkkiz ay sonra o böyük tarixin 5-ci ildönümüdür. Amma bu ötən 5 ildə nə o itkilərin ağrısı, nə də o Zəfərin sevinci korşalıb. Səid və onun timsalında bütün şəhidlər də həmin ağrı və sevinc kimi yaşlanmayıblar. 

Səid Rəşidzadə şəhid olandan sonra onun döyüş yoldaşları, ailəsi, dostları ilə həmsöhbət oldum. Hətta Səidin 100 yaşlı babası, İkinci Dünya müharibəsinin iştirakçısı Rəşid kişi ilə danışdım. Hətta dəfn olunduğu Füzulinin Babı kəndinə də getdik, qohumlarını gördüm, xatirələrini eşitdim... Hətta təhsil aldığı 207 saylı məktəbdə barelyefinin açılışında müəllimlərinin Səid haqqında fikirlərini də eşitdim. 5 il ərzində bu söhbətlərin fonunda aydın şəxsiyyət tablosu gözümdə canlandı, Səid barədə fikirlərim tamam formalaşdı və belə həmyerlimə görə qürur duydum...
Doğum günündə Səidlə bağlı bir neçə məqamı xatırlamaq yerinə düşər.

Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əiyev adına Ali Hərbi məktəbdə ali təhsilə yiyələnib. O, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib.

Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında döyüşüb. Şahidlərin dediyinə görə, Polad Həşimovun şəhid olması xəbəri Səid Rəşidzadəni bərk sarsıdıb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, könüllü olaraq 2020-ci il sentyabrın 27-si döyüşlərə yollanıb. 

2020-ci il oktyabrın 11-də Hadrutda Şişqaya yüksəkliyinə bayraq sancarkən şəhid olub. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Hələ Səid Rəşidzadə yenicə şəhid olduğu vaxtlarda döyüşdüyü taborun komandiri, mayor Hacı Rəhimovla həmsöhbət olmuşdum. Səid barədə çox hərarətlə danışırdı: "Mən onların tabor komandiri idim. Səid müharibənin 5-ci günündən bizimlə birlikdə oldu. Mənə deyəndə ki, könüllü gəlmişəm, Vətənimizin azadlığı uğrunda vuruşmaq istəyirəm, o andan bildim ki, Səid mərd, cəsur bir gəncdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən, demək olar ki, Səidlə bir yerdə olduq. Səid və onun dostları döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən insanlar idi. Səid heç nədən qorxmayan, çəkinməyən bir gənc idi. Neçə dəfə ona xəbərdarlıq etmişdim ki, ehtiyatlı olsun. Həmişə mənə deyirdi ki, komandir, Vətən sağ olsun, borcumuzdur, borcumuzu yerinə yetiririk. Səidlə Hadrut istiqamətində yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik. Orada düşmənin bir neçə postu qurulmuşdu ki, həmin postlardan düşmən bizim qoşunların hərəkətini görürdü. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün deyildi. O yüksəklikləri təmizləyərkən böyük bir qarşıdurma oldu. Səid düşmənin bayrağını endirmək istəyəndə snayper gülləsinə tuş gəldi. Biz Səidin qisasını aldıq. Orada dalğalanan üçrəngli bayrağımızın üzərinə Səidin adı yazılıb. Onun döyüş yoldaşları mənim rəhbərliyimlə bayrağa Səidin adını yazdılar və aldığımız postdan asdılar. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasına biz torpaqlarımızı azad etdik. Allah Səidə qəni-qəni rəhmət eləsin".

Bu 5 ildə heyrət etdiyimiz digər vacib məsələ Səidin atası Nofəl Qasımovun əzmi, dözümü oldu. Dəfələrlə ən kövək məqamlardan danışmışıq, bir dəfə də olsun, səsindəki şövq azalmayıb. Səidin məzarı üzərindəki söhbətimizdən: “Bilirsən, mən Səidə deməmişdim ki, müharibəyə get, o özü bu yolu seçdi. Evdə dayana bilmirdi, yerə-göyə sığmırdı. Mənlə dava edirdi ki, sən komissarlığa demisən Səidi aparmayın. Günün birində evə gələndə gördüm hazırlaşıb Füzuliyə gedir, sağollaşdıq... Füzulidə qohum-əqrəba ilə görüşüb, deyib-gülüb. Səhəri gün komissarlığa gedib. Özü sənədləşmə işini həll edib, füzulili cavanlarla birlikdə yola düşüblər... Mən Səidi heç nəyə məcbur etmirdim. O, gözünü açandan mənim mübarizə yolumu görmüşdü, özü də bu ruhda böyümüşdü. 1990-cı illərdə, döyüşlərin qızğın vaxtlarında Səidin 3 yaşı vardı, onu bir neçə dəfə özümlə səngərə də aparmışdım. Səidin içində Vətənin qisası hissi vardı, o qisasın dalınca getmişdi Səid. Səidin şəhid olduğu yerə - Şişqayaya biz 1990-cı illərdə üç dəfə hücum eləmişdik, amma ala bilməmişdik. Mən ömrü boyu Səidin Azərbaycan bayrağı sancarkən şəhid olduğu o yüksəkliyin həsrətini çəkmişəm. Mənə qismət olmadı, amma Səid Şişqayaya gedə bildi”.

İndi bunları yazdıqca düşünürəm; illər keçəcək, Səidin anadan olmasından 45, 55, 65... illər keçəcək. Amma o, əbədi qara saçlı, cavan, qamətli olacaq, yaş üstünə yaş gəlsə də, heç vaxt qocalmayacaq. 

Addım-addım alınan vətənin ilbəil tarixə çevrilən canlı şahidlərindən biri kimi Səid Rəşidzadəni doğum günündə sevgi və ehtiramla yad edirik...

Nadir YALÇIN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri