Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

525 ci qəzet Odlu silah əldə etmək üçün yaş həddi 18 dən 21 ə qaldırılır

525 ci qəzet Odlu silah əldə etmək üçün yaş həddi 18 dən 21 ə qaldırılır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir. Lakin bu yaş həddinin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə sözügedən məsələ müzakirəyə çıxarılıb. Müvafiq qanunvericiliyə ediləcək dəyişiklikdə odlu silah əldə etmək üçün yaş həddi 21-ə qaldırılacaq.

Ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.

Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər.

Silahın alınmasına xüsusi icazə verilir. Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa, həmin silah müsadirə olunur. Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Qanunsuz silah saxlama, üzərində gəzdirmə, satma, başqasına vermə və s. kimi hallar Cinayət Məcəlləsinin 228-ci maddəsində əks olunub.

Maddənin birinci bəndində göstərilir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanda silah satışı və gəzdirilməsi qanunla qadağandır. Mülki şəxslər ancaq həyatlarına təhlükə olduqda və hüquq-mühafizə orqanları qarşısında bunu təsdiq edə bildikdə, müvafiq icazə ilə onlara silah satıla bilər. Amma 18 yaş yetkinlik yaşı olsa da, bu insanlar hələ hərbi xidmət keçməyiblər, həyat təcrübələri yoxdur. Ona görə də bu yaşın 21-ə çatdırılması qərara alınıb. Çünki bioloji yetkinlik, minimum həyat təcrübəsi, silahla davranmaqda insanları daha məsuliyyətli edir. Bu baxımdan da ölkəmizdə silah gəzdirilməsi ilə bağlı yaş həddinin 21-ə çatdırılması təklif edilib.

Millət vəkili bildirib ki, ov məqsədilə alınan silahlarla bağlı hər hansı problem yoxdur: "Azərbaycanda mülki şəxslərin silah gəzdirmək ənənəsi mövcud deyil. Buna ehtiyac da yoxdur. Dövlət hər bir vətəndaşın təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Ölkəmiz kriminal hadisələrin sayına görə dünyada sonuncu yerlərdə qərarlaşıb. Sonrakı dövrdə şəxsin silahla necə davranması və istifadəsinə dövlət tərəfindən nəzarət edilir. Yaşı həddi ilə bağlı qərar kütləvi silahlanma demək deyil. Amerika və Avropanın bəzi ölkələrindən fərqli olaraq Azərbaycanda insanların silah daşımaq icazəsi yoxdur. Yaş həddi artırıldıqca vətəndaşların silah əldə edilməsində ciddi artım ola biləcəyini söyləmək olmaz. Mövcud qanunvericilikdə isə silah əldə etməklə bağlı yaş həddi 18-dən, 21-ə qaldırılır".

Millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, hazırda dünyanın müxtəlif ölkələrində odlu silahlardan istifadə etməklə törədilən cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə çoxdur. Bununla bağlı ən pis vəziyyət ABŞ-dadır. Hər il bu ölkədə odlu silahlardan istifadə edilməklə törədilmiş cinayətlərdə minlərlə insan həyatını itirir. Bu baxımdan, Azərbaycanda da bu məsələyə çox həssas yanaşılması anlayışla qarşılanmalıdır. Onun sözlərinə görə, müasir dövrün insanının psixoloji durumu pozulur, onlar fərqli cinayətlərə yönəlirlər. Bu mənada Azərbaycanda da ağır cinayətlərin qarşısını almaq üçün zəruri addımlar atılır: "Biz gənclərimizi qorumalıyıq, ancaq bununla bağlı Azərbaycanda ciddi təhlükə və problem yoxdur. Gələcəkdə ola biləcək təhlükələrin qarşısını almaq üçün dövlətin bu cür tənzimləmələr aparmasına ehtiyac var".

Təhlükəsizlik üzrə ekspert Şəmsəddin Əliyev qeyd edib ki, Milli Məclisin müvafiq komitəsinin silah əldə etmə ilə bağlı yaş həddinin 18-dən 21-ə qaldırılmasının müsbət tərəfləri azdır. Bunun cəmiyyət üçün hansı çağırışlar yaradacağı və ictimai təhlükəsizliyə hansı təhdidləri yaradacağı ilə bağlı proqnozlar vermək çətindir. 18-21 yaşında olan gənclərin odlu silahla necə davranacaqları bəlli deyil. O yaşda bir insanın silaha sahib olması və psixoloji durumun idarə edilməsi kimi hallar var.

Ekspert hesab edir ki, silah veriləcək şəxsin hərbi xidmətdə olması da vacib amil kimi qoyulmalıdır: "Hərbi xidmətdə olmuş şəxs silahla davranış qaydalarını daha yaxşı bilir. Ona görə də digər vacib şərtlərlə yanaşı, silah əldə edilməsi ilə bağlı yaş həddi minimum 30 yaş səviyyəsində müəyyənləşməlidir. Əslində, bu yaş həddi də son meyar sayıla bilməz. 30 yaşına çatmış hamıya silah almağa icazə vermək olmaz. Azərbaycan cəmiyyətinin buna ehtiyacı yoxdur. Bu mənada, şəxsin silah əldə etməsi ilə bağlı hansısa qaydalar və qanunlar lazım deyil. Artıq müharibə də bitib".

Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, silah əldə etmək ilə bağlı yaş həddinin 18-dən 21-ə qaldırılmasını doğru deyil. Yaşı həddi bir qədər də artırılmalıdır: "18-21 yaş həddində olan insanlar gənc hesab edilir və onların həmin dövrdə silah əldə etməsi arzuolunmazdır. Bura Amerika, İngiltərə deyil. Azərbaycan cəmiyyəti müharibədən yeni çıxıb. Ona görə də ölkədə 18-21 yaş həddində olan gənclərə silah satılması qadağan edilməlidir".

Ekspertin sözlərinə görə, silah əldə edilməsi ilə bağlı hədd minimum 30 yaş səviyyəsində olmalıdır: "İndiyə qədər Azərbaycanda silah əldə edilməsi ilə bağlı 18 yaş həddi var idi. Bu, keçmiş sovet dövründən qalmış yanaşma əsasında müəyyənləşib. Həyat təcrübəsi az olan şəxsə silahın verilməsi gələcək üçün təhlükə deməkdir. Əvvəllər torpaqlarımız işğal altında olduğuna görə bu mövzuya həssas yanaşılırdı. İndi isə torpaqlarımız azad edilib. Bu mənada, silah əldə edilməsi ilə bağlı yaş həddi daha da artırılmalıdır. Söhbət silahdan gedirsə, buna daha ciddi yanaşmaq lazımdır".

O əlavə edib ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir. Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri, təhsil müəssisələri daxildir. Mülki silahı əldə etmək üçün vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edir. Müvafiq yoxlamalar aparıldıqdan sonra silahın alınmasına xüsusi icazə verilir. Əcnəbilərin silah əldə etməsi qaydası isə onların vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməsi ilə mümkün olur. Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycandan aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa, həmin silah müsadirə olunur.

Siyasi şərhçi Aydın Quliyev hesab edir ki, sabitlik və təhlükəsizliyin az qala 100 faiz olduğu ölkədə insanların kütləvi silah sahibi olmasına ehtiyac yoxdur: "İnsanların təhlükəsiz şəraitdə kimlərdənsə özünü müdafiəyə ehtiyacı olmadığı üçün əlllərdəki silahların başqaları üçün təhlükə yaratmaq riski daha böyükdür. Hamının ovçu olmasına nə ehtiyac var? Əgər təbiətdə heyvanat aləminin insan müdaxiləsi ilə azacıq tənzimlənməsinə ehtiyac varsa, rəsmi ovçuların məhdud sayda olmasını təmin etmək ən yaxşı variantdır. Bunun üçün 21 yaşlılara yox, 40 yaşdan yuxarı insanlara silah əldə etmək hüququnun verilməsi daha yaxşı olar. 21 yaşlı gənclərin ovçuluq etməkdən başqa əlindəki mülki silahla hər an, hətta ailədə cinayət törətmək təhlükəsi daha böyükdür".

A.Quliyevin sözlərinə görə, Azərbaycanın özünün mülki silah istehsalı üçün bazar lazımdırsa, o bazarı başqa ölkələrdə axtarmaq daha doğru olardı: "21 yaşlılara silah hüququnun verilməsinin ölkədə silah biznesi ilə məşqul olanların bazarını qızışdırmaqdan başqa "faydası" yoxdur".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:653
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri