525 ci qəzet Zelenskinin Toskanadakı dəbdəbəli villasınin qiyməti kəskin ucuzlaşıb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenaya məxsus olduğu iddia edilən Toskanadakı dəbdəbəli villanın qiyməti kəskin ucuzlaşıb.
525.az xəbər verir ki, bu barədə “Mash” teleqram-kanalı məlumat yayıb.
Bildirilir ki, villanın qiyməti 4,5 milyon avrodan 2,5 milyon avorya düşüb.
Sözügedən villa hələ 2021-ci ildən satışa çıxarılsa da, sonradan aylıq 70 min avroya icarəyə verilib.
“Mash” teleqram kanalının məlumatına görə, Ukrayna böhranı başlayandan sonra villaya kirayəçi tapmaqda da çətinliklər yaranıb. Kanal iddia edir ki, villanın bağını alaq otları basıb, evin özü - 400 kvadratmetrlik malikanə isə yararsız vəziyyətə düşüb.
Villa Aralıq dənizi sahilində rusdilli icması ilə məşhur olan kurort şəhəri Forte dei Marmidə yerləşir.
Şəhərin meri Bruno Mursi “İzvestiya”ya bildirib ki, villa Zelenskinin ailəsinin himayəsində olan Kipr şirkətinə məxsusdur.
Mursi əlavə edib ki, Zelenskini bu ərazidə heç vaxt görməyib.
İbrahim Cəfərov
Baxış sayı:127
Bu xəbər 26 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















